“Aqrar Tədarük və Təchizat” ASC-də böyük yeyinti - İTTİHAM
Son illər ölkənin neft gəlirlərinin azalması öz növbəsində dövlət vəsaitlərinin xərclənməsində səmərəliliyin artırılmasını və büdcə vəsaitlərindən qənaətlə istifadəni zəruri edir. Xüsusən də dövlət satınalmalarında şəffaflığın təmin olunması aktual məsələyə çevrilir. Reyting.az xəbər verir ki, Astana.biz bu məqsədlə ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasını həyata keçirən, səhmləri dövlətə məxsus “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin (ASC) fəaliyyəti ilə bağlı araşdırma aparıb.
“Aqrar Tədarük və Təchizat” ASC kənd təsərrüfatı məhsullarının ticarəti, tədarükü, təchizatı sahəsində fəaliyyət göstərir. “Aqrar Tədarük və Təchizat” ASC ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada təşkili ilə bağlı həyata keçirilən işlərin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin etmək məqsədilə yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli fərmanı ilə “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması qaydası” təsdiq edilib. Həmin qaydaya uyğun olaraq Azərbaycanda dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınması çoxlu sayda dövlət orqanının təşkilatçılığa cəlb edilməsi ilə həyata keçirilir. Belə ki, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasını mərkəzləşdirilmiş qaydada təşkil etmək məqsədilə “Aqrar Tədarük və Təchizat” ASC yaradılsa da təşkilati işlərə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və regionlarda fəaliyyət göstərən 60-a yaxın dövlət aqrar inkişaf mərkəzləri də cəlb edilib. Hətta “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”na görə, ərzaq məhsullarının hər bir növü üzrə satınalma qiymətini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi müəyyən edir.
Hər ildə dövlət büdcəsində ərzaq məhsullarının alınması üçün böyük həcmdə maliyyə vəsaitləri nəzərdə tutulur. Son 4 ildə dövlət hesabına ərzaq məhsullarının alınması üçün ayrılan büdcə vəsaitlərinin məbləği aşağıdakı diaqramda göstərilir.
Diaqram 1. Dövlət büdcəsində ərzaq məhsullarının alınması və təminatı xərci. Milyon manat
Dövlət büdcəsində ərzaq məhsullarının alınması və təminatı məqsədilə 2017-ci ildə 343,4 milyon manat, 2018-ci ildə 299, 2 milyon manat, 2019-cu ildə 412,5 milyon manat nəzərdə tutulmuşdu. 2020-ci ildə isə ərzaq məhsullarının alınması və təminatı xərci – 414,0 mln manat təşkil edəcək.
Bildirilir ki, “Aqrar Tədarük və Təchizat” ASC fəaliyyətində etibarlılıq, səmərəlilik, dayanıqlı inkişaf, düzgünlük, şəffaflıq, keyfiyyət, məsuliyyət, operativlik, innovativlik və ətraf mühitə hörməti əsas prinsipləri kimi qəbul edib.
“Aqrar Tədarük və Təchizat” ASC ilk baxışdan sivil ölkələrdə dövlət satınalmalarında mövcud olan əsas prinsipləri qəbul etsə də, araşdırmalar göstərir ki, cəmiyyətin fəaliyyəti heç də şəffaf deyil. Dövlətə məxsus Səhmdar Cəmiyyəti yarandığı vaxtdan bu günə qədər saytında fəaliyyəti, apardığı alqı-satqı barədə hər hansı məlumat yaymayıb. Fəaliyyəti şəffaf olmayan Cəmiyyətin hansı prinsiplərlə işləməsini müəyyən etmək isə müşkül məsələdir.
Qeyd olunur ki, “Aqrar Tədarük və Təchizat” ASC-nin hüquqi varisi olduğu “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” Açıq Səhmdar Cəmiyyəti 2018-ci ildə həmin ilin ilk yarımillik hesabatını mətbuat vasitəsi ilə açıqlamışdı. Həmin məlumata görə, “ilin ilk altı ayı ərzində dövlət büdcəsindən maliyyələşən 850 müəssisə və təşkilatla satınalma müqaviləsi imzalanıb, həmin müqavilələrə əsasən müəyyənləşdirilən tələbatlar “tedaruk.az” portalına yerləşdirilib və 173 məhsul növü üzrə 286 istehsalçı və satıcıdan onlayn rejimdə təkliflər qəbul edilib. Nəticədə ilin ilk 6 ayı ərzində bu istehsalçı və satıcılardan 28 min ton, dəyəri 52 milyon manat olan kənd təsərrüfatı və ərzaq məhsulları tədarük olunaraq mərkəzi, yerli icra hakimiyyəti orqanlarına məxsus 1934 təchizetmə nöqtəsinə çatdırılıb.
2018-ci ildə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-nin təqdim etdiyi məlumatda qeyd edilir ki, 2018-ci ilin 9 ayının yekunlarına əsasən Səhmdar Cəmiyyət yerli fermerlərdən ümumi miqdarı 53 min ton, dəyəri 106 milyon manat olan kənd təsərrüfatı məhsulları tədarük edib. Tədarük olunmuş məhsulların 81 milyon manatlıq hissəsi dövlət satınalan təşkilatlarının (uşaq bağçaları, xəstəxanalar, penitensiar sistem, hərbi hissələr və s.) təlabatına yönəldilib, 25 milyon manatlıq məhsul isə xarici ölkələrə ixrac olunub. Varisi olduğu “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-dən fərqli olaraq “Aqrar Tədarük və Təchizat” ASC indiyə kimi dövlət satınalmaları və digər alqı-satqılarla bağlı statistik rəqəmləri ictimailəşdirməyib.
Mətbuatdan əldə olunan məlumata görə, “Aqrar Ticarət və Təchizat” ASC-nin Gəncə Regional İdarəsi Gəncə şəhəri də daxil olmaqla, Samux, Göygöl, Daşkəsən və Kəlbəcər rayonlarına aid müxtəlif satınalan dövlət qurumlarını kənd təsərrüfatı və ərzaq məhsulları ilə təchiz edir. Region üzrə 92 uşaq bağçası, 20 səhiyyə, güc strukturu müəsisəsi qida məhsulları ilə ayda 2 dəfə olmaqla təchiz edilir. Ümumilikdə, 125 adda 250 ton məhsulun təchizatı təşkil olunur. Əlbəttə, ayda 2 dəfə ərzaq məhsulları daşımaqla uşaq bağçalarını, xəstəxanaları təzə meyvə, giləmeyvə və tərəvəz məhsulları ilə davamlı təmin etmək mümkün deyil.
Yeni il ərəfəsində Kənd Təsərrüfatı Nazirliyi və “Aqrar Ticarət və Təchizat” ASC-nin Bakı şəhərində təşkil etdiyi “Kənddən Şəhərə” satış yarmarkalarındakı kənd təsərrüfatı məhsullarının qiymətlərini Bakı bazarlarındakı qiymətlərlə müqayisə etdikdə, bəlli olub ki, bu sahədə vəziyyət ürəkaçan deyil. Paradoks olsa da, Bakı şəhər bazarlarında Cəmiyyətin təşkil etdiyi yarmarkalarla müqayisədə eyni keyfiyyətli kənd təsərrüfatı məhsulları müştərilərə daha ucuz qiymətə təklif edilirdi.
Təzə bazarda bir kiloqram mal əti müştərilərə 9-10 manata, Nəsimi və Yasamal yarmarkalarında isə mal ətinin 1 kiloqramı 9-11 manat arasında təklif olunurdu.
Təzə bazarda yumurtanın qiyməti 13 qəpik, yarmarkalarda isə yumurtanın qiyməti 13-15 qəpik arasında dəyişirdi.
Nəsimi bazarında bir kiloqram toyuq əti 4-6 manat, Nəsimi və Yasamal yarmarkalarında toyuq ətinin qiyməti 5 -7 manat arasında təklif olunurdu.
“Aqrar Ticarət və Təchizat” ASC-nin Bakı şəhərində təşkil etdiyi “Kənddən Şəhərə” satış yarmarkalarında istehlakçılara təklif edilən kənd təsərrüfatı məhsullarının keyfiyyəti aşağı, qiymətləri isə yüksəkdir. Yarmarkalara çıxarılan kənd təsərrüfatı məhsulları əsasən bazarlarda satılmayan, büzüşmüş, çürük meyvə-tərəvəz məhsullarıdır. Yarmarkalarda müştərilərə təklif olunan ət və ət məhsullarının keyfiyyəti də bazarlarda təklif edilən məhsullardan fərqlənir.
Ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının dövlətin yaratdığı yalnız bir Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilməsi çox böyük ehtimalla bu sahədə inhisarçılığın yaranmasına gətirib çıxaracaq. Bu halın qarşısının alınması uçun dövlət satınalmalarının təkmilləşdirilməsi, sahənin inhisarsızlaşdırılması, ərzaq malları, kənd təsərrüfatı məhsulları istehsalçılarının və istehlakçıların hüquqlarının müdafiəsi, dövlət satınalmaları sahələrində rəqabət mühitinin yaradılması çox vacibdir. Yaxşı olar ki, hökumət ərzaq və kənd təsərrüfatı məhsullarının satın alınmasını mərkəzləşdirilmiş qaydada deyil, müsabiqə və aşkarlıq əsasında həyata keçirilməsi üçün lazımi şərait yaratsın. Dövlət satınalmaları zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi yalnız aşkarlıq əsasında, müsabiqə yolu ilə podratçıların tenderlərdə bərabər iştirak etməsi şəraitində mümkün olar.
Açıq tender üsulu ilə ərzaq və kənd təsərrüfatı məhsullarının dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasını həyata keçirməklə dövlət öz üzərinə düşən funksiyaları yerinə yetirməklə yanaşı, özəl strukturların müsabiqələrə çıxış imkanını yaratmaqla, digər bir funksiyanı da yerinə yetirər – bu sahədə sağlam rəqabətli mühit yaratmış olar.
Beləliklə, dövlət vəsaitləri hesabına dövlət müəssisə və təşkilatları tərəfindən ərzaq məhsullarının satın almalarının həyata keçirilməsində özəl sektorun iştirakı üçün bərabər rəqabət mühitinin yaradılması büdcə vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsinə imkan verər.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-01-2020, 09:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-01-2020, 09:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29