reklam
Regionxeberlericom.az » Sosial » Biləsuvarın icra başçısı da həyəcanlı günlərini yaşayır... - İDDİA

reklam

Biləsuvarın icra başçısı da həyəcanlı günlərini yaşayır... - İDDİA

 Biləsuvarın “ofisiant” icra başçısı PA-da dayağını itirdiBiləsuvarın icra başçısı Mahir Quliyev keçmiş PA rəhbərinə güvənirdi. Onun vəzifədən çıxarılması icra hakiminin belini qırdı.

KİV-də və sosial şəbəkələrdə dolaşan xəbərlərdə iddia olunur ki, M.Quliyev Biləsuvardakı vəzifəsi ilə tezliklə vidalaşacaq.

Onun karyerası “Sahil” restoranında vəzifəlilərə ofisiantlıq etməklə başlayıb və məmurların diqqətini çəkərək dövlət qulluqçuluğuna gətirilib.

Ancaq Biləsuvarda dövlətə və xalqa qulluğu restorandakı kimi canla-başla etməyib. Onun dövründə Biləsuvar ölkənin ən geridəqalmış, inkişafdan saxlanmış, torpaqları, küçələri satılmış bir rayona çevrilib. M.Quliyev ən yarıtmaz məmurlardan biridir.

Onun fəaliyyəti prezidentin islahatlar kursuna heç cür uyğun gəlmir və yerinə savadlı bir məmur təyinatı gözlənilir.

Biləsuvar rayon sakinləri iddia edirlər ki, rayonun icra başçısı Mahir Quliyev elə vəziyyət yaradıb ki, bu gün kəndli Biləsuvarda əkməyə torpaq tapa bilmir.

Sakinlər dia.az-a yazır: "Mahir Quliyev Biləsuvarın torpaq sahələrini məmurlara satıb. Onların hər birinin yüz hektarlarla torpaq sahəsi olduğu halda sıravi biləsuvarlı qonşu rayonlardan icarəyə torpaq götürmək məcburiyyətində qalıb”.

Sakinlər ölkə rəhbərliyinə müraciət edərək bildirirlər ki, bu faktı dövlətin müvafiq qurumları araşdırmalıdır: “Əgər araşdırılarsa, o zaman Mahir Quliyevin böyük yeyintisi və özbaşınalığı ifşa olunacaq”.

Rayon əhalisinin, kənd camaatının da gumani gəlir əkin, bicinə, yığılan məhsula, bu da göz qabağındadır. Hər il ət, yağ, meyvə- tərəvəz daha da baha qiymətə alınır. Artım bəzən dioqnal sistemi xatırladır. 3- 4 il əvvəl ət 8- 9 manata, indi 11- 13 manata, digər məhsular da günbəgün bahalaşır.

Biləsuvar rayonunda suvarılma sistemi bərbad olması və rayonda su qıtlığının yaranmasına səbəb olur və əkinçiliyin səmərəsiz olması da gün kimi aydın görünür. Bir necə il öncə “Regionların sosial- iqtisadi proqramı” adı ilə bir reklam çarxı işə salındı.

İlk baxışdan hesab olunurdu ki, onun hər cümləsi xəyali eyforiya ilə bəzədilmiş dekorasiyadır. İndi yada düşmür, çünki ortaya qoyulan statisik rəqəmlər tam başqa bir mənzərə yaradır.

M.Quliyev bir zamanlar Bakı Bulvarında yerləşən məşhur “Sahil” restoranından işləyib.

İlk olaraq ofisant kimi işə götürülən Quliyev qısa müddətdən sonra bacarığına görə irəli çəkilir. Daha sonra isə o, «Sahil» restoranının admnistratoru olur.

Məlumatda qeyd olunur ki, Heydər Əliyevin hakimiyyətə yeni gəldiyi dövrlərdə Bakıda ən gözəgəlimli və pristijli restoranlar sırasında olan «Sahil»ə məmurlar davamlı olaraq gəlirmişlər.

Həmin məmurlar sırasında əksər nazirlərlə yanaşı, Prezident Administrasiyasından iri fiqurlar da olub. Bu da günün birində onun üçün perspektivin açılmasına yardımçı olur.

Qeyd edək, icra başçısının rəsmi tərcümeyi-halında onun 2000-ci ildə Bakı şəhərində “Naxçıvan” Universitetinin İnzibati İdarəetmə ixtisasını bitirməsi haqqında bilgi öz əksini tapıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “Real həqiqətlər” Araşdırma Mərkəzin sorğusu üzərinə bu quruma göndərdiyi 04/73№-li 26.01.2016-cı il tarixli cavabda göstərilir ki, “28.09.1958-ci il təvəllüdlü Quliyev Hacı Mahir oğlu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən alı təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulla bağlı keçirilmiş test imtahanında iştirak etməmiş və heç bir təhsil müəssisəsinə qəbul olunmamışdır”.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının cavabında o da qeyd edilir ki, Mahir Hacı oğlu Quliyevin hər hansı bir alı və ya orta ixtisas təhsil müəssisəsini bitirməsi haqqında “Tələbə-Məzun” dövlət elektron məlumat sistemində heç bir məlumat mövcud deyil”. //teref.az//


Paylaş:


Müəllif : Tarix:
16-01-2020, 09:26
Sikayət   


loading...
Загрузка...