Hansı məmur və deputatlar ADAU-dan "sosial yardım" alır? - ŞOK SİYAHI!
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU-da) axsamaqda olan tədris prosesinə ciddi zərbələr vuran daha bir paxırın üstünü açıram, bilin cənablar! Demə, ciddi nöqsan və özbaşınalıqlara meyilli rektor İbrahim Cəfərov ADAU-nu bir çox iriranqlı məmur üçün "sosial yardım" mərkəzinə də döndərməkdən çəkinməyib.
"Demokratik.Az"-ın oxucusuna təqdim etdiyim aşağıdakı siyahıdan görəcəksiniz ki, rektor şəxsi iradə və maraqları ilə ADAU-da "müəllim" adı altında bir çox yüksək vəzifəliyə yarımştat (0,5 ştat dərs vahidi) iş təminatı təşkil edib.
Formal sənədləşmələrdə hansısa məmurun ADAU-da 0,5 ştat olmaqla elmi-pedoqoji fəaliyyətə cəlb edilməsi normal səslənsə də, rektorun tədris ocağında yaratdığı naxoş tədris ortamı bizə başqa şeylər deyir.
Aşağıda adıçəkiləcək bir sıra tanınmış məmur əslində "ölü can"a dönüşərək auditoriya görmədən və tələbəyə dərs keçmədən büdcəni havaya sovuran müftəxor dəstə halındadır. Ən əsası, kənarda qalıb müəllimliyi zəpt edənlərin tədrisə zərbə vurduqları, ayrı-ayrı ixtisas fənləri üzrə kafedra və dekanlıqlara ağırlıq olduqları təkzibedilməzdir.
Əlimdə olan siyahı xeyli uzun və məmur-müəllim adları diqqətçəkicidir. Hələlik onlardan bir neçəsini aidiyyatı qurum rəhbərlərinə və sayqılı oxucularımızın nəzəri-diqqətinə təqdim edirəm:
Natiq Cavadov (müəllim) - Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin direktoru,
İqbal Əliyev (müəllim) - Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin rəisi,
Azad İbrahimov - ADAU-nun sabiq prorektoru, hazırda Bakıda yaşamaqla KT nazirliyi yanında Bitki Mühafizə Mərkəzinin direktoru,
İlyas Məmmədov (müəllim) Gəncə Gömrük İdarəsinin əməkdaşı,
Qoşqar Məmmədov (müəllim) - Gəncə ş, Nizami rayon bələdiyyəsinin sədri,
Naqif Həmzəyev (müəllim) - Deputat, YAP Gəncə Təşkilatının sədri,
Vəfa Nağıyeva (müəllim) - Gəncə İHB-də başçının humanitar məsələlər üzrə müavini,
Cəmil Səfərov (müəllim) - Gəncə Det-Al Aliminium Kompleksinin direktoru,
Mahir Hacıyev (müəllim) - Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun direktoru,
Eldar İbrahimov (məsləhətçi) - Deputat, MM-in Aqrar İqtisadiyyat Komissiyasının sabiq sədri və sair...
Bu möhtəşəm siyahını bir az da uzada bilərik. Amma bu da yetərlidir ki, rektor İbrahim Cəfərovun təhsil adına mühüm qaydaları bilərəkdən pozub, başına karlı məmur toplayaraq ADAU-nun tədris mühitinə, Əmək Məcəlləsinə tüpürdüyünü söyləyə biləsən. Hələ bu əndirəbadi yolla büdcə israfçılığını demirəm. Qorxuram ki, desəm Korrupsiya idarəsi gəlib İbrahim Cəfərovu cinayət işinə cəlb edər, yazıq universitet rektorsuz qalar.
Bir daha ifadə edirəm ki, hansısa məmurun elmi-pedoqoji fəaliyyətinə qadağanın tətbiqinin yolverilməzliyini bilirəm. Əksinə, onlara bu yöndə şərait yaradılması təqdirəlayiq haldır. Və bilirəm ki, adıkeçən məmurların bəzilərində yüksək elmi dərəcələr olmasa belə, onların həm də praktiki bilgiləri tələbələr üçün faydalı ola bilər. Lakin, əgər siyahıda adıkeçənlərə ayrılan dərs yükündə auditoriya saatları mövcud deyilsə, onlar bakalavr pilləli auditoriyalarda mühazirələr demirsə, onda ADAU-nun tədrisində məmurların "müəllimliyinə" hansı ciddi zərurətlər mövcuddur? Və niyə ADAU-nun "məmur-müəllimləri" öz bilik və təcrübələrini məhz magistratura şöbəsində sınaqdan çıxarmalıdırlar?
Bu nə hoqqadır orda özünüzdən açmısız axı, cənab rektor?!
Araşdırılmalıdır ki, əgər ADAU-da pedoqoji kollektivi gücləndirmək rektorun hədəfində olubsa, niyə aqrar mütəxəssis hazırlığına və universitetin digər kafedralarına kənardan yüksək hazırlıqlı professor-müəllim heyəti gətirilməyib, məhz İbrahim Cəfərovun məmur dost-tanışları 0,5 ştatlıq təşrif buyurub?
Təbii ki, bu suallara rektor özü məsuliyyətli və məntiqi cavab verməlidir. Mən isə bilirəm ki, məmurların məhz magistratura şöbəsində tədrisə cəlb edilməsi bu universitetin ilkin elmi dərəcə şöbəsinin xaotik durumda olmasına, dərslərin çox aşağı səviyyədə tədris edilməsinə, magistratura şöbəsinin dekanının özünün heç elmi dərəcəsinin olmamasına, ümumiyyətlə ali təhsili olmayan birinin belə həmin şöbədə rahatlıqla tyutor olmasına çox uyğun haldır. Bu dərsə gəlməyən magistr tələbə-müəllim hesabına yaradılmış şəraitlə mümkün olub.
Əgər dövlət başçısı ölkəmizdə peşəkar yerli aqrar mütəxəssis hazırlığına gecə-gündüz can yandırırsa, son 5 ildə 60 milyondan çox büdcə pullarını ADAU-nun inkişafına yönəldirsə hansı haqla rektor belə özbaşınalıqlar etməlidir? Tədrisi diz çökdürüb aqrar mütəxəssisləri əslində alimliyə aparmalı olan magistr şöbəsini yarıtmaz hala salmalıdır?
Universiteti bəzi məmurlar üçün sosial yardım mərkəzinə döndərilməlidir? Bu harada yazılıb? Axı bunca özbaşınalıqların dəyirmanına kimlər su tökür ki, rektor da ADAU-da öz atını öz istədiyi kimi dördnala çapır?
Xeyli müddətdir ki, yazdıqlarım qarşısında özünü lallığa, karlığa və korluğa vuran cənab İnam Kərimova səslənirəm. Sizcə daha bəs deyilmi, bu universitet özbaşınalıqdan və məsuliyyətsizliklərdən nə qədər əziyyət çəkməlidir ki, elmi adları belə şübhə doğuran İbrahim Cəfərova "DUR!" deyəsiniz?
Nə etməli, bu dəfə də aidiyyatı şəxsləri yuxarıdakı siyahının təftişi ilə baş-başa buraxıram. Əgər rektor İbrahim Cəfərovun idarəçiliyi son dərəcə vazkeçilməzdirsə onda onu oturduğu kreslosunda daha bərk-bərk tutaq!
Bircə yazıq da indi olacaq ADAU-nun halına...
Demokratik.Az
Paylaş:
Müəllif : Yazar
Tarix:16-01-2020, 11:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-01-2020, 11:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:32
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 10:36
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 11:35