Ölkədə internetin zəif olmasının SƏBƏBLƏRİ AÇIQLANDI
“Azərbaycanda geniş zolaqlı və keyfiyyətli internetlə bağlı problemlər mövcuddur”.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Lent.az -a ölkədə fiber optik infrastrukturun inkişafından danışarkən belə deyib.
1960-cı ildə ABŞ-da yaranan internet hazırda bütün dünya dövlətlərini əhatə edib. Üçüncü Sənaye İnqilabı dövründə formalaşıb inkişaf edən və Dördüncü Sənaye İnqilabı dövründə isə rəqəmsallaşma, informasiya mübadiləsinin əsas sütunlarından biri olan internet həyatımızın ayrılmaz hissəsinə çevrilib. Hazırda bu vasitə insanların əmək fəaliyyətinə çevrilib, bir çox dövlət qurumlarının xidməti məhz həmin lokal şəbəkə ilə həyata keçirilir. Ancaq Azərbaycanda xüsusən də, son zamanlar internetin zəif olmasından şikayətlər get-gedə artır. Ekspertlər isə bunu ölkədə mövcud olan internet infrastrukturunun texnologiyanın inkişafı ilə uyğunlaşa bilmədiyi ilə əlaqələndirir.
Osman Gündüz ölkədə fiber optik infrastrukturun inkişaf etmədiyi üçün hələ də köhnə DSL texnologiyasından istifadə edildiyini bildirib:
“Son illərdə mobil internetin xüsusi çəkisi artıb. 3G və 4G-yə görə xeyli insan mobil internetdən istifadə edir. Hazırda regionlarda DSL-dən də istifadə olunur. Təbii ki, bu köhnə texnologiyadır. Telefon xətti ilə çəkilən DSL texnologiyasından yüksək sürət əldə etmək olmaz. Regionlarda fiber optik infrastruktur inkişaf etməyib. Buna görə də regionlarda yaşayan insanlar daha çox telefon xətti ilə çəkilən DSL texnologiyasından internet alırlar. Bakı şəhərinin mərkəzində fiber optik infrastruktur müəyyən qədər inkişaf edib. Amma hesab edirəm ki, hazırda Azərbaycanda geniş zolaqlı və keyfiyyətli internetlə bağlı problemlər mövcuddur. Bir sözlə, regionlar, həmçinin Bakı şəhərinin ətrafı üzrə fiber optik infrastrukturun inkişafına ehtiyac var”.
Əlavə olaraq bildiririk ki, bu sahədə araşdırmalar aparan beynəlxalq internet resursu “Internet World Stats”-ın məlumatına əsasən, 2019-cu ildə 7 milyard 716 milyonluq dünya əhalisinin 4 milyard 536 milyonu, başqa sözlə desək, 58.8%-i internetdən istifadə edir. İnternet istifadəçilərinin sayı Asiya regionu üzrə 2 milyard 300 milyon nəfər (55 %), Avropa regionu üzrə 722,6 milyon nəfər (10.7 %), Afrika regionu üzrə 522,8 milyon nəfər (17.1 %), Şimali Amerika regionu üzrə 327,5 milyon nəfər (4.7 %), Latın Amerikası və Karib hövzəsi regionu üzrə 453,7 milyon nəfər (8.5 %), Yaxın Şərq regionu üzrə 175,5 milyon nəfər (3.3 %) və Okeaniya/Avstraliya regionu üzrə 28,6 milyon nəfər (0.5 %) təşkil edir. Ölkəmizdə isə internet istifadəçilərinin sayı resursun məlumatına əsasən, 7 milyon 991 min nəfər təşkil edir və əhalinin 79.8 faizi internet istifadəçisidir. Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) “State of Broadband Report 2018” sənədinə əsasən, Azərbaycan MDB məkanında internetin əhatə olunması, yayımına görə ilk yerdədir (79 %).
Paylaş:
Müəllif : Yazar
Tarix:16-01-2020, 11:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-01-2020, 11:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29