"Azərbaycanda təmiz kərə yağı yoxdur" - Ekspertlərdən ŞOK AÇIQLAMA
Mütəxəssislər yeməklərdə marqarin yerinə kərə yağı istifadə etməyi məsləhət bilir. Tərkibində A, D, E kimi vitaminlər olan kərə yağı, həm də proteinlə zəngindir.
Güclü antioksidant olan kərə yağı, xolesterolu azaldır və bədənin yağ nisbətini qoruyur. Amma bu gün təmiz kərə yağını əldə etmək çox çətindir. Bütün istehsal sahələrində olduğu kimi, kərə yağı istehsalında da saxta məhsullar ortaya çıxır və əhalini suallar qarşısında qoyur. Azərbaycan alıcısının cibi üçün kifayət qədər baha olan kərə yağını alqdıqdan sonra saxta çıxması, istənilən keyfiyyətdə olmaması haqlı narazılıq yaradır. İstehlakçının güvənəcəyi, seçim etmədən alıb istifadə edəcəyi yağlar demək olar yoxdur. Vəziyyətdən çıxış yolu varmı? Yerli istehsalın ortaya çıxmasına əngəl olan səbəblər nələrdir? Bu sahədə rəqabət mühitinin olmaması nəticəyə təsir edirmi?
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli Lent.az -a bildirib ki, əhalinin qida rassionunda kərə yağı qırmızı ətdən sonra ikinci yerdə durur. Daha çox yağlı, dəbdəbəli yeməklərə meyilli olan ölkələrdə kərə yağının vacib qida olduğunu deyən ekspert dünyanın əksər ölkələrinin kərə yağını idxal etdiyini də vurğulayıb: “Kərə yağını sırf yerli istehsal hesabına təmin etmək olmur. Bir kiloqram kərə yağı 25, bəzi ölkələrda isə 27 litr süddən əldə olunur. Tam yerli istehsal üçün ölkədə çox böyük yerli süd istehsalı ilə yanaşı, südün yağlılıq faizi də yüksək olmalıdır. Bu məsələdə axsayırıq. Heyvan başına düşən məhsuldarlıq göstəricilərimiz aşağıdır. Dünyada bir heyvandan ildə 10 ton süd əldə olunur. Bizdə isə hələ ki bu rəqəm 1,5 tondur. Buna görə hökmən kompleks tədbirlər həyata keçirilməlidir. Heyvandarlıqda cins tərkibi dəyişdirlməli, süni mayalanma genişləndirilməli, heyvanların yemləndirmə mədəniyyəti dəyişməli, yem bazamız yüksək olmalıdır”.
N.Nəsirli emal sahəsinə də toxunub. Onun sözlərinə görə, kərə yağı ilkin və dərin emal tələb edən, emal infrastrukturu tələb edən qida növlərindəndir: “Qida texnoloqlarımız aşağı səviyyədədir, azdır”.
Yağ sahəsində ciddi problemlərdən birinin də bütün dünyanın qarşısında aciz olduğu palma yağları ilə bağlıdır. Ekspert yağların çox ucuz qiymətə başa gəlməsinin səbəbini də açıqlayıb: “Sahibkarlar palmadan hazırlanmış ucuz yağlar gətirirlər. Palma ucuz məhsul əldə etmək üçün ən əlverişli xammaldır. İstehsalçılar da ucuz məhsul əldə etməklə daha çox istehlakçı kütləsinə xitab etmək və bu yolla daha çox gəlir qazanmağa çalışırlar. Ortada ciddi bir bazar rəqabəti var. Palma yağları Amerika da daxil olmaqla bir çox böyük ölkələrin problemidir. Azərbaycana gələn saxta yağların əksəriyyətinin tərkibinin 90 faizi palma yağlarından ibarətdir. Bu rəqbətin qarşısında “yerli istehsalı quracağıq və dünyadan Azərbaycana yağ gəlmiyəcək” düşüncəsi absurddur.
Təxminən 70-80 faiz yerli istehsal ilə təmin edə bilirik. 100 faiz həddinə ona görə çıxa bilmirik ki, Azərbaycanda kərə yağı, heyvansal qidalar çox istifadə olunur. Bu təlabatın qarşısında yerli istehsalı o səviyyəyə qaldırmaq ciddi hazırlıq tələb edir. Mətbəximizdə bitki yağlarından istifadə olunması, ağır yeməklərin tərkibinin sadələşdirilməsi kimi məsələlər də vurğulanmalıdır. Yağlı yeməklər çox yeyilir. Bu təlabatın qarşısnda yerli istehsal hələ ki cavab vermir”.
N.Nəsirli onu da vurğulayıb ki, kərə yağlarının tərkbinin müəyyənləşdirilməsi ixtisas məsləsidir: “Ən çox alınan kərə yağlarının tərkibinin nədən ibarət olduğunu bilmək çox ciddi anlizlər tələb edən sahədir. Heç kim deyə biməz ki, Azərbaycan bazarındakı yağların 50 faizi təmizdir, yaxud əksinə”.
İqtisadçı-ekspert Akif Nəsirli isə düşünür ki, ölkədə qida təhlükəsizliyinin qoruma sistemi düzgün qurulmayıb: “Ölkədə on minlərlə satış mərkəzi, minlərlə istehsalçı, yüzlərlə idxalçı var. Bir agentliyin nə qədər əməkdaşının olmasından asılı olmayaraq, praktiki baxımdan onlara nəzrət etmək imkanı yoxdur. Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyi sistemini təşkil etməlidir. Ölkədə müstəqil laboratoriyalar olmalıdır. İstənilən vətəndaş şübhələndiyi qida məhsulunu həmin yerdə müayinə etdirib arayış ala bilməlidr. Bu sənəd vasitəsilə keyfiyyətsiz məhsulun istehsalında kim günahkardırsa, onu məhkəməyə verib təzminat ala bilməlidir. Yəni qida təhlükəsizliyinə vətəndaş nəzarətini təmin etmək lazımdır”.
Qida Təhlükəsizliyi Agentliyinin mütamadi olaraq saxta yağlar aşkarlaması məsələsinə gəlincə, elkspert bildirib ki, agentlik istehsalçını, ən azı markaları elan etməlidir: “Azərbaycanda orijinal kərə yağının satıldığına inanmıram. Agentlik hər dəfə bazarlarda saxta yağların olması ilə bağlı xəbərdarlıq edir. Mən də alıcıyam. Necə ehtiyatlı olum? Agentliyin xəbərdarlığının arxasında reallıq olmalıdır. Yağların brendini elan etməli, saxta yağları istehsal edənləri müəyyənləşdirməlidir. Tərkibində trans yağlar olan məhsulları hansı firmanın istehsal etdiyini açıqlamalıdır. Hökümətin inzibati nəzarət sisteminin bu qədər möhkəmləndirilməsinin əleyhinəyəm. Dediyim kimi, qida təhlükəsizliyi vətəndaş cəmiyyəti və vətəndaşın nəzarətində olmalıdır. Çünki hökümətin nümayəndələri də qərəzli ola bilər. Amma vətəndaş qərəzli ola bilməz. Vətəndaş aldığı məhsulun keyfiyyətinə bələd olmaq imkanına malik olmalıdır. Bu inkişaf etmiş ölkələrin modelidir. Azərbaycan höküməti də buna şərait yaratmalıdır. Bu imkan yaradılmadıqca, saxta istehsalı məsələsi qalacaq”.
Ekspert bildirib ki, Yeni Zelandiyadan gətirilən təmiz yağın 18 manata olmasını real qiymət hesab etsə də, rəqabət olmadığına görə Azərbaycanda heç bir məhsulda ədalətli qiymət müəyyənləşdirilməsi yoxdur: “Rəqabət olsa, Azərbaycanda Zelandiya yağından da keyfiyyətli və ucuz məhsul istehsal etmək mümkündür. Hazırda daha çox Yeni Zelandiya yağı almaqla oranın fermerinin investoruna çevrilirik”.
Son olaraq təmiz kərə yağının ev şəraitində necə müəyyənləşdirilməsi ilə bağlı bir neçə ipucu təqdim edirik.
Bununla bağlı mütəxəssislərin sadə tövsiyələri var.
Bir parça kərə yağı götürün və bir stəkan isti suya atın. Kərə yağı tək hissə şəklində əriyirsə həqiqi, xırda parçalara bölünüb əriyirə saxtadır.
Əgər soyuducudan çıxan kərə yağını kəsməkdə çətinlik çəkirsinizsə, bıçaq toxunduqda az-az hissələrə bölünürsə həqiqi, yağın bütün parçası çatlayırsa saxta olma ehtimalı yüksəkdir.
Əgər yağ otaq istiliyində qalanda yumşalırsa, həqiqi kərə yağı, əriyib su kimi olursa saxta yağdır.
Kərə yağını otaq temperaturunda saxlayın. Əgər yavaş-yavaş əriyirsə təbii, tez su buraxırsa saxta olmasından şübhələnmək lazımdır.
Ərimiş yağın boşqaba axan hissəsinin rənginə diqqət edin. Əgər ərimiş yağın rəngi kərə yağının özündən daha tünddürsə bu, yağda qida boyasından istifadə olunduğunu göstərir.
Tavaya qoyduğunuz yağ köpüklənmirsə saxta ola bilər.
Təmiz yağın köpüklənməsinin səbəbi sıxlıq səbəbindən içindəki suyun bayıra axması ilə əlaqəlidir.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-01-2020, 16:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-01-2020, 16:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:33
Naxçıvan Səhiyyə Nazirliyində həbslər - Nazri Samiq Sadıxovun da həbs olunacağı gözlənilir İDDİA
Dünən, 11:26
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Dünən, 11:24
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Dünən, 11:20