DSMF-in sosial təminat sektorunun müdiri bu işi tək bacarmaz... - NARAZILIQ...
"Prezidentin yanında keçirilən son müşavirədə 2020-ci ildə 1500 Qarabağ əlili və şəhid ailəsinin mənzillə təminatı haqqında dövlət başçısının verdiyi tapşırıq xüsusi önəm daşımaqla yanaşı, bir sıra suallar da doğurur". Bu sözlər DİA.AZ-a göndərilən məqalədə yer alıb.
Məqalə müəllifləri daha sonra yazır: "Əlil və şəhid ailələrinin mənzil təminatı qanunla tənzimlənir və 1-ci dərəcəli əlillər və sağlamlıq imkanları məhdud uşaqların ailələri mənzillə növbədənkənar təmin olunurlar. Prezidentin 20.06.2014 tarixli 569 saylı Sərəncamına əsasən 2014-cü ilin yanvarın 1-ə kimi mənzil növbəsində olanların 2014-2018 -ci illər arasında mənzillə təmin olunmalı idilər. Lakin artıq 2020 -ci ildir, amma prezidentin tapşırığına əməl edilmədiyi göz önündədir. ƏƏSMN yetkililəri isə toplumu və Prezidentin özünü aldatmaqla məşğuldurlar. Belə ki, 2018-ci ildə , Prezidentin sərəncamına əsasən 2014-cü ilə kimi növbədə olanların hamısı mənzillə təmin olunmalı olduqları halda, cəmi 626 ailənin mənzil yiyəsi olduğu və bunun da nəzərdə tutulduğundan 3 dəfə çox olduğu ƏƏSMN hesabatlarında hələ də vurğulanır. Belə çıxır ki, 2014-cü ilin yanvarın 1-ə kimi növbədə cəmi 209 nəfər əlil-şəhid ailəsi olub?
Yola saldığımız 2019 -cu ildə ƏƏSMN yetkililəri özlərini sığortalamaq üçün 20.06.2014 tarixli 569 saylı Prezident Sərəncamında göstərilən əlil və şəhid ailələrinin 2014-2018-ci illər arasında mənzillə təminatını 2028-ci ilə kimi uzatmaları haqqında 25.01.2019 tarixli 905 saylı Prezident sərəncamıını qəbul etdirmələri diqqət çəkir. Başqa sözlə, əlil və şəhid ailələrinin mənzil təminatı 5 ilə yox , 15 ilə geri çəkilib. Bu il isə Prezident konkret 1500 əlil və şəhid ailəsinin mənzillə təmin olunmasına göstəriş verdi və bu da artıq manipulyasiyaya yer qoymur. Bircə təminatın , yuxarıda qeyd etdiyimiz kimi, ilin sonuncu ayında həyata keçirilməsi ciddi narahatlıq doğurur. Eyni zamanda Bakının mərkəzi rayonlarında yaşayan əlil və şəhid ailələrinin Bakıdan xeyli kənara “çıxarılması” da qanuna ziddir və neqativ hallara yol açır. Nizami rayonunda 5 il ərzində tikilən evin qanunsuz bölgüsü buna misaldır.
Hələ də Prezidentin ad günündə açılışını etdiyi və cəmi 5 nəfərə orderləri təqdim etdiyi binanın qalan 91 nəfərinin kimliyi açıqlanmır. Bu qanunsuzluğun başında ƏƏSMN yanında DSMF-in sosial təminat sektorunun müdiri Vüqar Behbudovun, DSMF-in direktor müavini Əminə Seyidzadənin tək durması da şübhəlidir. Bakıdan xeyli kənarda Bakıda yaşayıb -işləyənlərə mənzillər ayrılmasını nə ilə izah etmək olar? Məgər şəhər içində tikilən evlərdən müharibə əlillərinə, şəhid ailələrinə mənzillər ayırmaq olmaz? Yeri gəlmişkən, Prezidentin sözügedən sərəncamında evlərin tikintisi üçün icra hakimiyyətlərinin torpaq sahələri ayırmaları da təsbit olunub. Bəs niyə icra hakimiyyətləri sərəncama əməl etmirlər, yalnız Abşeron rayonundan evlər alınır?
Əlil və şəhid ailələrinin mənzillə dövlət hesabına təminatı qanunun tələbidir. Təəssüf ki, müharibə adamlarının qanunla qorunan mənzil təminatı hüququ ƏƏSMN yanında DSMF-in məmurlarının rüşvətlə təminatından keçir".
Paylaş:
Müəllif : Yazar
Tarix:20-01-2020, 10:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-01-2020, 10:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09