reklam
Regionxeberlericom.az » Sosial » Eldar Quliyevin ilginc seçki kampaniyası... - Adam seçicilərinə deyir ki...

reklam

Eldar Quliyevin ilginc seçki kampaniyası... - Adam seçicilərinə deyir ki...


İndiki deputat,, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı - "Azərittifaq"ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, 28 saylı Sabunçu seçki dairəsindən yenidən namizədliyini irəli sürmüş Eldar Quliyev müəmmalı bioqrafiyaya sahibdir.

2015-ci ilin parlament seçkisində rektor-deputatlar qarşısında şərt qoyuldu ki, ya mandat, ya da rektor kürsüsü. Rektorlar da seçim etdilər- Bakı Dövlət Universitetinin o vaxtkı rektoru Abel Məhərrəmov, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev rektor kürsüsünü, Dövlət Dillər Universitetinin rektoru Səməd Seyidov, Müəllimlər İnstitutunun rektoru Aqiyyə Naxçıvanlı və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Əbiyev deputat mandatını seçdi. Yalnız Eldar Quliyev bu şərtdən yan keçərək həm deputat mandatını, həm də rektor kürsüsünü qorudu. "Gözəgörünməz əl" onu xilas etdi.

Özünü görkəmli iqtisadçı-alm sayan E.Quliyevin hələ bir iqtisadi tədqiqatı da ortada yoxdur. Bioqrafiyasında sadalanan elmi titullar da yəqin elə daşıdığı mandat qədər saxtadır.

Adam seçicilərinə deyir ki, Bakının kanalzasiya sisteminin modernləşdirilməsi üçün dövlət proqramını hökumət qarşısında o qaldırıb və proqrama 25 milyard pul ayrılıb. Əvvəla, o proqrama 25 milyard ayrıla bilməz. O sadə səbəbə görə Azərbaycanın dövlət büdcəsi elə 25 milyard manatdır. Ən azı büdcə parlamentdə təsdiq olunur və ona səs verən "görkəmli alim" ən azı büdcənin məbləğindən xəbərdar olmalıydı.

İkincisi, dövlət proqramları Milli Məclisdə müzakirə olunmur, aidiyyatı nazirliklər tərəfindən hazırlanır. Təşəbbüslər də Milli Məclisdən yox, hökumətin özündən gəlir.

Nəhayət, Eldar Quliyev bu məsələni hökumət qarşısında nə vaxt qaldırıb ki, media bundan xəbərsiz olub. Adam reallıq hissini itirərək hökumətin layihələrini öz adına çıxmağa çalışır.

Ümumiyyətlə, seçicilərlə görüşdən yayılan videodan bəlli olur ki, tədbiri icra hakimiyəti təşkil edib. Çünki danışanlar E.Quliyevi yalnız tərifləməklə mə.ğul idilər. Bu artıq inzibati resurslardan istifadə deməkdir. Sadə məntiqlə götürsək, niyə Maştağa, Nardaran kimi böyük kəndlərin seçiciləri namizədlə eyni gündə, eyni saatda görüşməlidir. Təkcə Maştağada rəsmi statistikaya görə 42 min əhali yaşayır. Bunun da 70 faizi - 30 minə yaxını seçicidir. Təkcə Maştağa seçicilərini əhatə etmək üçün ən azı 10 gün vaxt lazımdır ki, gündə 16 saat görüş keçirəsən. E.Quliyev isə bu 2 böyük kəndə cəmi 15 dəqiqə vaxt ayırıb. MSK bu məsələyə müdxailə etməlidir. //istiqlal.az//


Paylaş:


Müəllif : Tarix:
22-01-2020, 11:18
Sikayət   


loading...
Загрузка...