reklam
Regionxeberlericom.az » Sosial » 10 milyon manatlıq sistem niyə çökdü? - “Ciddi məsuliyytətsizlik ediblər”

reklam

10 milyon manatlıq sistem niyə çökdü? - “Ciddi məsuliyytətsizlik ediblər”


“Bu gün səhərdən İpoteka və Kredit Zəmanət Fondunun elektron ipoteka sistemində problemlər yaranıb. Məlum olduğu kimi Fond bu gün saat 10-dan kirayə evlər üçün elektron formada müraciətləri qəbul etməliydi. Əldə etdiyim məlumata görə müraciətlərin sayı çox olduğundan İpoteka və Kredit Zəmanət Fondunun serveri yüklənməyə tab gətirməyib və çöküb. Hazırda eGov portalından e-ipoteka sisteminə ASAN imza ilə daxil olmaq mümkün deyil”.
“Yeni Sabah” xəbər verir ki, bunu tanınmış ekspert, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib. O. Gündüz sözlərinə belə davam edib:

“E-gov sektorunda bu tip hadisə artıq 2-ci dəfədir ki, təkrarlanır. Ötən il də güzəştli mənzillərin onlayn satışı ilə bağlı MİDA informasiya sistemində oxşar hadisə baş vermişdi. Sondaran MİDA digər dövlət qurumlarının köməyi ilə problemi aradan qaldıra bilmişdi.

Dövlət sektorunda baş verən bütün bu tip hadisələrdən sonra yenidən hansısa bir dövlət qurumunda oxşar halın təkrarlanması təəssüf və təəccüb doğurur. Düşünürərm ki, səlahiyyətli qurumlar, cavabdeh şəxsər ciddi məsuliyytətsizlik ediblər. Fikrimcə VXSİ Dövlət Agentliyi (Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə - Red.), dövlət resurslarının təhlükəsizliyinə cavabdeh olan XDMX (Xüsusi Dövlət Mühafizə Xidməti – Red.) yanında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi dövlət qurumları baş verənləri araşdırmalı ciddi tədbirlər görməlidir.

Ümumiyyətlə, bu tip dövlət layihələrinin start vəziyyətindən öncə onların informasiya resurslarının adı çəkilən qurumlar tərəfindən audit olunmaması, stres -test edilməməsi da doğru bir yanaşma deyil.

Düşünüərm ki, eGov Mərkəzi kirayə evlərlə bağlı layihəyə start verməzdən öncə, ötən dərsləri nəzərə alaraq sistemin test olunması üçün fonda göstəriş verməli idi. Həm də ona görə ki, artıq bu qurumlar bilirlər ki, bir dəfə belə bir problem yaşanıb.

Qısa bir araşdrıma nəticəsində əldə etdiyim məlumatları da burada bölüşmək istərdim. İpoteka və Kredit Zəmanət Fondu hazırda çökən rəsmi resursunun hazırlanması və eGov-a inteqrasityası üçün üçün 2 il öncə təxminən 6 000 000 manat vəsait əldə edib. Əlavə olaraq, e-ipoteka alt sisteminin hazırlanması üçün də təxmiinən 3 000 000 manat vəsaiyt xərcləyib. Hər il də serverin saxlanması və İT avadanlıqlar üçün yüz minlərlə vəsait ayrılıb. Təsəvvür edin ki, 2 il ərzində təxminən 10 000 000 manat vəsait xərclənən resurs öz qarşısına qoyulan vəzifələri icra edə bilmir və çökür.

10 milyon vəsait xərclənən adi bir informasiya sisteminin öz funksiyalarını yerinə yetirə bilməyərək çökməsi kifayət qədər düşündürücüdür və hesab edirəm ki aidiyyatı qurumlar bununla bağlı araşdırma aparmalıdırlar. Fikrimcə, bununla bağlı dərhal rəsmi açıqlamalr verilməlidir.

Sistemin bərpası və vətəndaşların müraciətlərin qəbul edilməsi üçüb VXSİ Dövlət Agentliyinin eGov Mərkəzinin öz səlahiyyətləri çərçivəsində aktiv fəaliyyət göstərməsi indiki halda çox vacibdir.

Yeri gəlmişkən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində DATA Mərkəzi olduğu halda Fondun adi bir serverinin, məlumat bazalarının da özündə yerləşməsi sual doğuran məsələdir”.


Paylaş:


Müəllif : Tarix:
22-01-2020, 14:03
Sikayət   


loading...
Загрузка...