reklam
Regionxeberlericom.az » Sosial » Rektor haqqında ŞOK İDDİA - Ağır ittihamlar...

reklam

Rektor haqqında ŞOK İDDİA - Ağır ittihamlar...


Xatırladaq ki, aktualxeber.az saytında dəfələrlə Azərbaycan Dövlət Aqrar Universiteti və onun rektoru İbrahim Cəfərovla bağlı tənqidi məqalələr dərc etmişik. Ölkə mediasının çoxlu sayda çirkin olaylarda iştirakı baxımından diqqət mərkəzinə çəkdiyi ali məktəb rektorlarından biri olan İbrahim Cəfərovun xeyli müddətdir ki, bir çox qanunsuzluqlarda və cinayətkar əməllərdə, plagiat qalmaqallarında adının hallandığı hər kəsə yaxşı bəllidir.

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin mənfur xislətli rektoru İ.Cəfərovla bağlı son günlərdə də silsilə xarakterli xoşagəlməz informasiyalar cəmiyyətdə rezonans doğurur. Belə ki, ADAU rektorunun hər addımda idarəçilikdə ciddi neqativ hallara, çoxsaylı qanun pozuntularına, özbaşınalıqlara yol verdiyi hər kəsə yaxşı məlumdur. Vaxtilə Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti kürsüsünə belə iddialı olan bu rektor indi də vəzifə səlahiyyətlərindən maksimum yararlanaraq nəyin bahasına olursa-olsun bədnam niyyətlərinə nail olmaq üçün “var gücü ilə” çalışır və görünür ki, hələ bundan sonra da çalışmağa davam etmək niyyətindədir.

Qaranlıq bir keçmişə malik İ.Cəfərovun hələ Gəncədə Dairə Seçki Komissiyasının sədri olduğu zaman törətdiyi yaramaz hərəkətləri hətta onun işçisi olan xanımlardan birini intihara sövq etdiyi (gizli münasibətləri olduğu üçün) məlum hadisələrdən sayılır. Deyilənlərdən o da aydın olur ki, intihardan əvvəl həmin qadın başına belə bir hadisənin gəlməsində əsl səbəbkarın rektor İbrahim Cəfərov olduğunu bildirərək günahkar kimi məhz onun adını qeyd edibmiş. Bu barədə xəbərlər gündəmə gəldikdən dərhal sonra fəallaşan İ.Cəfərov hadisəni əks etdirən informasiyaların qısa zamanda mediadan yığışdırılmasına nail olmuşdu. 2012-ci ilin noyabrında baş vermiş hadisə ilə bağlı yayılan məlumatlardan bəlli olur ki, Gəncənin Nizami rayonu, Gülüstan qəsəbəsində yaşamış 33 yaşlı Elnurə Orucova adlı şəxs sirkə turşusu içərək intihar etmişdir. Qadının intiharının əsl səbəbi gizlədilsə də hüquq mühafizə orqanları Elnurə Orucovanın Gəncədə yerləşən dairə seçki komissiyalarının birində çalışdığını açıqlamışdı. Təəssüf ki, sonradan onu intihara təhrik edən səbəbi əks etdirən məktub ortaya çıxarılmamışdır. Bununla yanaşı, o da vurğulanır ki, ADAU rektoru İ.Cəfərov bu məsələni ört-basdır etdikləri üçün bir sıra vəzifəli şəxslərə təşəkkür də ünvanlamışdı. Həmin hadisənin təfərrüatlarının gizlədilməsi yönündə rektorun bilavasitə canfəşanlıq göstərməsini isə ətraflı şərh etməyə ehtiyac qalmır.

Onu da nəzərinizə çatdıraq ki, əldə etdiyimiz məlumatlara görə, ADAU rektoru eks-spiker Rəsul Quliyevlə də sıcaq münasibətlərə malikdir. Belə ki, İ.Cəfərovun Rəsul Quliyevin fəal tərəfdarı olduğunu iddia edən mənbənin sözlərinə görə, Dövlət Aqrar Universitetinin rektoru əlinə düşən hər fürsətdən istifadə edib eks-spikeri müdafiə edir, hər zaman ona sadiq olacağını vurğulayır.

Qarşı tərəfi də dinləməyə hazırıq.
aktualxeber.az


Paylaş:


Müəllif : Tarix:
23-01-2020, 11:35
Sikayət   


loading...
Загрузка...