reklam
Regionxeberlericom.az » Sosial » Zaqatalada icra başçısı Əli Həsənovun adamını himayə edir? - İTTİHAM

reklam

Zaqatalada icra başçısı Əli Həsənovun adamını himayə edir? - İTTİHAM

 Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov vəzifədə olarkən, vaxtilə onun himayəsinə sığınmış millət vəkili, siyasi şərhçi, Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri, 110 saylı Zaqatala Seçki Dairəsindən ikinci dəfə deputatlığa namizəd Elşən Musayev, bu gün özünə yeni himayədar tapıb.

Belə ki, Zaqatala Rayonundan GundemXeber.Az-ın redaksiyasına şok məlumatlar daxil olub. Verilən məlumata görə, Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə yerli deputatlığa namizədlərin portretlərini cırdrıb, Əli Həsənova yaxınlığı ilə tanınan və vaxtilə ona ''troll''uq edən Elşən Musayevin portretlərini lövhələrə yapıştırtdırır.

O halda ortaya belə bir sual çıxır ki, görəsən icra başçısının Əli Həsənova sevgisi nədən yaranır və səbəb nədir ki, icra başçısı onun adamına qarşı belə canfəşanlıq edir?

Hərhalda mövcud qanunvericiliyin tələblərinə görə, qeydiyyata alınmış namizədlərin plakatlarını cırdırıb, özünə sərf edən namizədin təbliğatını həyata keçirən dövlət məmuru, məhz atdığı belə bir addımı ilə böyük cinayəti törətmiş olur. Buna görə də, adı çəkilən icra başçısı dərhal vəzifəsindən kənarlaşdırılmalı və barəsində Azərbaycan Respublikası CM-nin müvafiq maddəsi ilə cinayət işi qaldırılmalıdır. Baş verən hadisəni əks etdirən videonu GundemXeber.Az-ın oxucularına təqdim edirik.



Paylaş:


Müəllif : Tarix:
23-01-2020, 17:25
Sikayət   


loading...
Загрузка...