reklam
Regionxeberlericom.az » Sosial » Şərurlu İsfəndiyardan nazirə şikayət - "Hakim mənim kimi kasıb adamın..."

reklam

Şərurlu İsfəndiyardan nazirə şikayət - "Hakim mənim kimi kasıb adamın..."

Şamaxı rayonun Ovçulu kəndində yaşayan Hüseynov Heydər Ənvər oğlu tərəfindən Ədliyyə Naziri Fikrət Məmmədova şikayət ünvanlanb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Çox hörmətli nazir cənab Fikrət Məmmədov! Əvvəlcə Goranboy Məhkəməsinin hakimi cənab Samir Mayılova dərin təşəkkürümü bildirmək istəyirəm ona görə ki, hakim mənim kimi adi bir kasıb adamın, arxasında milyarder doğma dayısı ( Şərurlu İsfəndiyar) olan cavabdeh Əliyev İlhama qarşı iddiasını təmin etmiş və ədalətli qətnamə qəbul etmişdir. Amma “məşhur” dayısı olan cavabdeh məni açıq aşkar təhdid etmişdir ki, imkan verməyəcəm ki, qətnamə icra olunsun. O bu barədə küçə öz əxlaq və mədəniyyətinə uyğun küçə söyüşü ilə and qoyaraq təsdiq etmişdir. Ona görə də məcbur olub şəsxən Sizə müraciət etmək zorunda qaldım ki, mənim iddiam üzrə çıxarılmış 21 iyun 2019-cu il tarixli qətnamənin icra olunması üçün Binəqədi İcra Şöbəsinə göndərilmişdir. Binəqədi İcra şöbəsi cavabdehin məcburi gətirilmə qərarına məhəl qoymadığından onun barəsində lazımi ölçü götürülməsi barədə Goranboy rayon Məhkəməsinə təqdim yazılmışdır. Uyğun olaraq Goranboy rayon Məhkəməsi cavabdeh haqqında məhkəmə qətnaməsinin icra edilməsi üçün 05 dekabr 2019-cu il tarixli düşzgün qəradad qəbul etmişdir. Lakin cavabdeh tərəf işi uzatmaq və dayısına yalvarıb ona köməklik etməsi üçün vaxt qazanamaq xatirinə həmin qəradaddan apellyasiya şikayəti vermişdir.

Hesab edirəm ki, cavabdehin apellyasiya şikayətinin heç bir əsası yoxdur və qanuni qüvvəyə minmiş 21 iyun 2019-cu il tarixli Göranboy Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə icra olunmalıdır.

Hörmətli Fikrət müəllim, bir daha xahiş edirəm məsələmi şəxsi nəzarətinizdə saxlayasınız ki, cavabdeh tərəf 31 yanvar 2020-ci il tarixinə təyin olunmuş Gəncə Apellyasiya Məhkəmə prosesinə hər hansı yolla təsir edib əsassız şikayətini təmin etdirə bilməsin. Əvvəlcədən təşəkkürlər.


Paylaş:


Müəllif : Tarix:
27-01-2020, 11:16
Sikayət   


loading...
Загрузка...