"Dializ böhranı" ilə bağlı son durum - Müvafiq qurumlar niyə susur
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında (RMX) zəhərləndikləri iddia olunan dializ xəstələrindən dördü Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) müalicə olunur. Xəstələrin hazırkı vəziyyəti ilə bağlı məlumat almq üçün üçün Mərkəzi Neftçilər Xəstəxanasına baş çəkdik.
MNX-nın baş həkimi Nadir Mehdiyev AYNA-ya açıqlamasında bildirdi ki, xəstələr kritik vəziyyətdən çıxıblar: “Xəstəxanamıza ilk olaraq Nəsirova Gülbacı gətirilmişdi, vəziyyəti indi stabildir, dünəndən palataya köçürülüb, artıq evə getmək istəyir. Əlimədət, Seymurə və Əzizə isə hələ reanimasiya şöbəsindədirlər. Hər üç xəstə bizə müraciət edəndə ağır vəziyyətdə idilər, indi isə ikisinin - Əlimədət və Seymurənin vəziyyəti stabildir. Əzizənin isə hazırkı vəziyyəti digərlərinə nisbətən ağırdır. Xəstəxanamıza gətiriləndə o, suallara adekvat deyildi, təzyiqi normadan çox aşağı idi, ancaq indi suallarımıza reaksiya verir, təzyiqi 120-ə qalxıb”.
“Özüm də şəxsən xəstələrə baş çəkmişəm, bütün lazımi tibbi xidmət göstərilir, müalicələri tam qaydalara uyğun olaraq davam etdirilir. Bu gün xəstələrdən təkrar analiz götürülüb, analizlərin cavabı çıxandan sonra vəziyyət qənaətbəxş olsa, Əlimədətlə Seymurə də palataya köçürüləcək. Xəstələrin kreatinləri də normaldır, 4-7 arasında dəyişir. Həmçinin Əzizəylə Gülbacını dializ də etmişik. Əlimədətlə Seymurədə infeksiya olduğuna görə antibiotik müalicəsi hələ də davam etdiyindən, onları dializ edə bilməmişik. İnfeksiya təmizləndikdən sonra hər ikisi dializ olunacaq”, - deyə baş həkim qeyd etdi.
Qeyd edək ki, xəstələrin dördü də uzun müddətdir dializ olunur, həftədə 3 dəfə dializ alırlar.
Sabirabad RMX-nın baş həkimi Ənvər Lümanovdan isə digər xəstələr barədə məlumat aldıq: “İki nəfərdən başqa, digər xəstələrdə ölüm hadisəsi qeydə alınmayıb. Hadisə baş verən gün Bakıya aparılmış iki xəstə dünən artıq geri qayıdıb, bu gün xəstəxanamızda dializ alıblar. Xəstələrdən biri də altıncı gün dializini alıb getmişdi, vəziyyəti normal idi, ancaq gecə vəziyyəti ağırlaşıb, xəstəxanaya gətiriblər. Bəlli oldu ki, kreatini 2000-ə qalxıb, müalicəyə başladıq, indi vəziyyəti normaldır. Neftçilər Xəstəxanasına aparılmış 4 xəstə barədə artıq özünüz məlumatlısız”.
Baş həkimin dediklərindən anlaşıldı ki, 23 yanvar tarixində Sabirabad Rayon Mərkəzi Xəstəxanasında dializ almış 5 yox, 9 dializ xəstəsinin vəziyyəti ağırlaşıb. Onlardan ikisi - Saatlı rayon sakini Ağayev Əlisa Mahmud oğlu və Sabirabad rayon sakini Soltanov Füzuli Soltan oğlu hadisə baş verəndən bir gün sonra - 24 yanvar tarixində həyatını itirib. Xəstə yaxınlarının iddiasına görə, dializ xəstələri dializ aparatında "osmos" deyilən qurğunun filterinin olmadığına və ya dəyişdirilmədiyinə görə zəhərləniblər. Bildirirdilər ki, məhz buna görə dializ suyuna bakteriya düşüb və bu da xəstələrin qanına keçib. Həmçinin, xəstəxanada nefroloq və uroloqun olmadığı, xəstələri tibb bacılarının dializ etdiyi da iddia olunurdu.
Sabirabad RMX-nın baş həkimi Ə.Lümanov isə hadisənin nədən baş verdiyini bilmir: “Hadisənin hansı səbəbdən baş verməsi barədə dəqiq heç nə deyə bilmirəm. Ötən həftənin şənbə günü Bakıdan monitorinq qrupu, prokurorluq nümayəndələri gəldilər, hazırda araşdırma gedir. Ehtimal edirik ki, hadisə xəstələrdə kreatinin qalxması və son dövrlər yayılmış kəskin respirator xəstəliklə əlaqəli ola bilər. Bu da sadəcə fərziyyədir”.
Ancaq baş həkim AYNA-ya açıqlamasında Sabirabad RMX-da uroloq və nefroloq olmadığını təsdiq etmişdi: “Kadr yoxdur xəstəxanada, dəfələrlə Bakıya getmişəm, heç kim burda işləməyə gəlmir, heç həkim də yoxdur ki, gələ. Tibb bacılarına dializ etməyə Səhiyyə Nazirliyi icazə verib, kurs keçiblər, həmçinin dializə kardioloq, terapevt təhkim etmişik, xəstələrə o həkimlər nəzarət edirlər”.
Təəssüflər olsun ki, hadisə baş verən gündən AYNA məsələni ictimailəşdirsə də, indiyədək heç bir aidiyyəti qurumdan rəsmi açıqlama ala bilməmişik. Sabirabad Rayon Mərkəzi Xəstəxanasına nəzarət Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) verilsə də, qurumun mətbuat xidmətindən bu barədə açıqlama vermək ixtiyarında olmadıqları bildirilir. Səbəb olaraq isə, dializ xəstələri ilə bağlı dövlət proqramının Səhiyyə Nazirliyinin səlahiyyətlərinə daxil olması göstərilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən açıqlama almaq isə, hər zamankı kimi, bu dəfə də müşkülə çevrildi. Nazirliyin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov, ümumiyyətlə zənglərimizə cavab vermir. Mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev isə suallarımızdan xəbər tutsa da, görməməzlikdən gəlir.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-01-2020, 17:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-01-2020, 17:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09