Rafael Cəbrayılov həbs edilə bilər - GƏLİŞMƏ
Onun borclu olduğu vətəndaşlar Baş prokuror Zakir Qaralova və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət ediblər. 6 nəfərin imzaladığı müraciətdə Rafael Cəbrayılovun müxtəlif bəhanələrlə borcunu qaytarmadığı bildirilir.
Məlumatda bildirilir ki, borc sahibləri Rafael Cəbrayılovun mandatı ləğv ediləndən sonra Baş prokurora müraciət etmək istəyiblər. Lakin keçmiş deputat onlarla görüşərək tezliklə borcu qaytaracağını bildirərək müraciətin qarşısını alıb.
Borc sahiblləri bir müddət gözlədikdən sonra Rafael Cəbrayılovla əlaqə saxlayaraq verdiyi vədi ona xatırladıblar. Keçmiş deputat bu dəfə bildirib ki, borcunu qaytarmaq üçün villasını satışa çıxarıb. Aylar keçsə də, villa satılmayıb. Bu dəfə Rafael Cəbrayılov qardaşı Elşən Cəbrayılovu önə verərək borc sahiblərini məhz ondan şikayətçi olmağı təklif edib. Keçmiş deputat bildirib ki, əslində pulları qardaşı götürərək xaricdə özünə biznes qurub. Borc sahibləri isə Rafael Cəbrayılovun təklifini qəbul etməyiblər. Bu halda keçmiş deputat onlardan bir qədər də möhlət istəyib.
Beləliklə, Rafael Cəbrayılovun bir neçə dəfə verdiyi sözü tutmadığını görə borc sahiblərinin səbr kasası daşıb və nəhayət, onlar Baş prokurora müraciət ünvanlayıblar.
Borc sahiblərinin fikrincə, bu müraciətdən sonra Rafael Cəbrayılov onların pulunu qaytaracaq, əks təqdirdə isə dələduzluq ittihamı ilə həbs ediləcək.
Xatırladaq ki, Rafael Cəbrayılov ayrı-ayrı vətəndaşlardan külli miqdarda borc alıb. Borcu vaxtında qaytaracağına zəmanət olaraq III və IV çağırış deputat vəsiqəsini girov qoyub. Vədinə əməl etmədiyinə görə onun borclu şəxslər məsələni ictimailəşdirib. Bu məsələ ictimai rezonansa səbəb olub və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalıb.(yeni sabah)
Paylaş:
Müəllif : Yazar
Tarix:27-01-2020, 17:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-01-2020, 17:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50