YAP Şəkidə kimi deputat seçmək istəyir? - Belə deyirlər...
Fevralın 9-da Milli Məclisə keçiriləcək deputat seçkilərındə iştirak edən namizədlərin siyahısında müxtəlif təbəqədən, çox insanlar var. Zənnimizcə burada qeyri adi heç nə yoxdur və Azərbaycan Respublikasının Konstitusuiyası müəyyən istisnalar olmaqla,hər kəsə seçib, seçilmək hüququ verir. Seçki kompaniyası başladıqdan sonra dövrü mətbuatda müzakirə olunan bir çox məsələlərlə yanaşı,məmurların bu seçkilərdə iştirakı da maraqla izlənilirdi. Məlum olduğu kimi, deputatlığa namizədliyini irəli sürmüş şəxslər arasında hazırda dövlət məmuru olanlar da var. Daha çox Yeni Azərbaycan Pariyasını təşəbbüsü ilə namizədliyi irəli sürülmüş məmurlardan biri də 113 saylı Şəki şəhər seçki dairəsindən namizədliyi qeydə alınmış İskəndərov Vüqar Yapon oğludur. Qeyd edək ki,YAP-çı namizəd 2005-ci ildən Şəki rayon Gənclər və İdman İdarəsinin müdiri vəzifəsində çalışır. Artıq 15 ildir ki, bu vəzifəni zəbt etmiş Vüqar İskəndərov həm də Yeni Azərbaycan Partiyası Şəki rayon Təşkilatı sədrinin müavinidir. Şəki rayonunda yayılmış məlumatlara görə Vüqar İskəndərov bu çağırış Şəkinin alternativsiz deputatıdır. Söylənilənlərə görə buna onun həm maddi vəziyyəti imkan verir, həm gənclərdən ibarət əhatəsi. Üzvü olduğu partiyanın onu dəstəkləməsi isə deputatlıq uğrunda mübarizədə Vüqar İskəndərova geniş imkanlar açır. Bəs, Vüqar İskəndərov kimdir?
Aktualinfo.org 113 saylı Şəki şəhər seçki dairəsindən deputatlığa namizədliyi YAP tərəfindən irəli sürülmüş İskəndərov Vüqar Yapon oğlunun tərcümeyi-halında çatışmayan bir sıra məqamları gözdən qaçırmayıb. “Vİkipedia” axtarış proqramında göstərilənlərə görə Vüqar İskəndərov 30 dekabr 1972-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1979-cu ildə Şəki şəhər 17 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin X sinfini bitirmişdir. 1991–1992-ci illərdə Sovet ordusunda hərbi xidmətdə olmuşdur.
Vüqar İskəndərov 1993-cü ilin 1 iyunundan 1995-ci ilin 14 avqustuna kimi Şəki “Məsul” idman cəmiyyətində karate-do üzrə məşqçi-müəllim, 1995-ci ilin 6 sentyabrından 1998-ci ilin 2 sentyabrına kimi “Müstəqil Nəqliyyat Birliyi”ndə texniki təhlükəsizlik üzrə baş mühəndis, 1998-ci ilin 6 sentyabrından 1999-cu ilin 22 aprelinə kimi Şəki 62 nömrəli “Təmir-tikinti” idarəsində iqtisadçı, 1999-cu ilin 1 aprelindən 2000-ci ilin 3 yanvarına kimi Şəki rayon Kooperativlər İttifaqında aparıcı hüquqşünas, 2001-ci ilin 7 fevralından 2005-ci ilin 26 dekabrına kimi Şəki MRX-nın BUX-da hüquq məsləhətçisi vəzifələrində çalışmışdır.
Vüqar İskəndərov 1996-cı ildə Gürcüstan Respublikası Laqodexi Elmi Tədris institutunun hüquq fakültəsinə daxil olmuş, 2001-ci ildə həmin institutu hüquqşünas ixtisası üzrə bitirmişdir. 1990-cı ildən taekvando şərq döyüş növü ilə, 1992-ci ildən isə karate-do döyüş növü ilə məşğul olmuşdur. 2012-ci ildə isə Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş, 2014-cü ildə həmin universiteti iqtisadçı ixtisası üzrə bitirmişdir.
Burada çatışmayan nədir? Vüqar İskəndərovun tərcümeyi-halından da görsəndiyi kimi orta məktəbi bitirdikdən sonra 1991-1992 ci illərdə Sovet ordusunda hərbi xidmətdə olub. Qeyd edək ki,1972- ci ildə Azərbaycan SSR-də doğulanlar sovet ordusunda cəmi bir il hərbi xidmətdə olublar. 1991-ci ilin dekabrında SSRİ dağıldığına görə müttəfiq respublikalardan orduya çağırılmış şəxslər öz ölkələrinə göndərilib. Qeyd edək ki,1991 ci ildə sovet ordusunda hərbi xidmətdə olmuş şəxslər 1992-ci ilin iyun ayından sonra, 1996 cı ilə qədər hərbi xidmətlərini müstəqil Azərbaycan Ordusunda davam etdiriblər. Sovet ordusunda xidmət etdiyini fəxrlə önə çəkən Vüqar İskəndərov bəs Azərbaycan ordusunda nə vaxt xidmət edib? Edibsə, tərcümeyi-halında ən xırda detalları belə göstərilən deputatlığa namizədin Azərbaycan Ordusunda xidmət göstərməsi barədə nə üçün ətraflı,dəqiq məlumatlar yerləşdirilməyib? Çox təəssüf hissi ilə qeyd etmək istərdik ki, Dağlıq Qarabağda erməni daşnakları ilə ərazi bütövlüyümüz uğrunda döyüşənlərin, canlarını verənlərin, şəhid olanların böyük əksəriyyəti məhz 1971-1972-1973 ci il təvəlludlü gənclər olub. Vüqar İskəndərovun tərcümeyi-halında isə 1993-cü ilin 1 iyunundan 1995 ci ilə qədər Şəkidə, “Məsul” İdman Cəmiyyətində karate-do üzrə məşqçi işlədiyi göstərilib. Burada sual yaranır. Azərbaycanin ərazi bütövlüyü təhlükə altında olduğu bir vaxtda, deputatlığa namizəd YAP-çının tay- tuşları torpaq uğrunda savaşdıqları günlərdə Vüqar İskəndərovun Şəkidə məşqçiliyi kimə lazım olub? Əgər karate kimi bir idman növü ilə məşğul olubsa, deməli Vüqar İskəndərovun sağlamlığında heç bir problem olmayıb. Sağlamlığında heç bir problem olmayıbsa YAP-çı namizəd bilik və bacarağını nə üçün Azərbaycan Ordusunun sıralarlında ermənilərə qarşı göstərməyib? Qeyd edək ki, karate əlbəyəxa döyüş növü olmasına baxmayaraq müharibə şəraitində də kəşfiyyat və sair xarakterli əməliyyatlarda lazımlı bir idman növüdür və Azərbaycan Ordusu da daxil olmaqla dünyanın bir çox ölkələrində əsgər və zabitlərə özünümüdafiə məqsədi ilə öyrədilir. Maraqlıdır, görəsən Vüqar İskəndərov namizədliyini irəli sürərkən Mərkəzi Seçki Komissiyasına Azərbaycan Ordusunda xidmət keçməsi barədə nə kimi məlumatlar verib? Yaxud da Yeni Azərbaycan Partiyası kollegial qaydada Vüqar İskəndərovun namizədliyini irəli sürərkən,onun müəmmalı keçmişini nəzərə alıbmı?
Vüqar İskəndərovun tərcümeyi-halındakı ikinci qaranlıq məsələ isə onun təhsili ilə bağlıdır. “Vikipedia”da göstərilən tərcümeyi-hala görə Vüqar İskəndərov 1996-cı ildə Gürcüstan Respublikası Laqodexi Elmi Tədris institutunun hüquq fakültəsinə daxil olmuş, 2001-ci ildə həmin institutu hüquqşünas ixtisası üzrə bitirmişdir. Qeyd edək ki, Laqodexi Gürcüstanın balaca bir rayon mərkəzidir. 2014-cü ilin məlumatlarına görə əhalisinin sayı 5198 nəfər olub. Bu o deməkdir ki, Laqodexi əhalisi 68 mindən çox olan Şəki şəhərindən 13 dəfə balacadır. Laqodexi Elmi Tədris İnstitutu isə Şəkidə yerləşən Şəki Dövlət Texniki Kolleci və ya Şəki Dövlət Regional Kolleci ilə müqyisədə orta məktəb kimi bir şeydir. Bəs bu təhsillə Viqar İskəndərov Azərbaycanın Milli Məclisində nə kimi işlər görəcək,onu özünüz düşünün. Digər tərəfdən Balakən rayonu ilə sərhəddə yerləşən Laqodexidə Vüqar İskənərovun dərslərdə iştirak etməsi də şübhələr doğurur. Axı institutda oxuduğu vaxtlarda o həm də Şəkidə, 1995-ci ilin 6 sentyabrından 1998-ci ilin 2 sentyabrına kimi “Müstəqil Nəqliyyat Birliyi”ndə texniki təhlükəsizlik üzrə baş mühəndis, 1998-ci ilin 6 sentyabrından 1999-cu ilin 22 aprelinə kimi Şəki 62 nömrəli “Təmir-tikinti” idarəsində iqtisadçı, 1999-cu ilin 1 aprelindən 2000-ci ilin 3 yanvarına kimi Şəki rayon Kooperativlər İttifaqında aparıcı hüquqşünas, 2001-ci ilin 7 fevralından 2005-ci ilin 26 dekabrına kimi Şəki MRX-nın BUX-da hüquq məsləhətçisi vəzifələrində çalışmışdır.
Bir sözlə YAP-çı namizədin tərcümeyi-halı qaranlıq məqamlarla doludur. Onun 2005 ci ilə qədərki tərcümeyi halı nə qədər qaranlıqdirsa,ondan sonrakı həyatı bir o qədər parlaqdır. 2005-ci ildə Şəki rayon Gənclər və İdman İdarəsinə rəis təyin edildikdən sonra Vüqar İskəndərovun nailiyyətləri də artıb,imkanları da genişlənib,yolları da açılıb. Artıq onu Milli Məclisə aparan bu yollarda daha nələr baş verib? Bizi izləyin.
Aktualinfo.org
Paylaş:
Müəllif : Yazar
Tarix:29-01-2020, 09:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-01-2020, 09:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16