reklam
Regionxeberlericom.az » Sosial » Mingəçevirdə hazırlanan SEÇKİ ŞOUSU - Prezidentə MÜRACİƏT

reklam

Mingəçevirdə hazırlanan SEÇKİ ŞOUSU - Prezidentə MÜRACİƏT


47 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizəd, DİA.AZ saytının baş redaktoru Məhəmməd (Ərsoy) Zamanov Prezident İlham Əliyevə növbəti müraciətini ünvanlayıb. Namizədin müraciətində deyilir:

"Cənab Prezident! Sizin bu gün ölkə miqyasında uğurla həyata keçirdiyiniz islahatlara - inqilabi dəyişikliklərə Mingəçevir şəhərində kölgə salmağa çalışanlar var. Daha dəqiqi bu niyyətlə yola çıxıb, özlərinin ənənəvi metodları ilə əslində qaragüruhçu xarakterlərini ortaya qoyanlar var.

Kimdir onlar? Onlar həmin şəxslərdir ki, bu gün Sizin yeniləşmə siyasətinizə ayaq uydura bilmədiklərindən əvvəlki antiXALQ keyfiyyətlərinə söykənərək 9 fevral tarixinə təxribatlar hazırlayırlar.

Cənab Prezident! Bu gün həm Sizə çatdırılan məlumatlar, həm də ölkə mediasında yer alan xəbərlərdən də rahatlıqla müəyyən etmək olur ki, əvvəlki parlamentin heyətində 3 dəfə yer almış Aydın Mirzəzadə Mingəçevir camaatının nifrət və qəzəbinin hədəfi olmaqla yanaşı, həm də ümumi dövlət maraqlarımızı belə təhlükə altında qoymaqdadır.

Cənab Prezident! Mən deputatlığa namizəd olaraq Sizə güvənərək bu gün Mingəçevir sakinləri ilə əl-ələ verərək şəhərimizdə gözəl və böyük işlərin uğurlu təməlini atmaqdayam. Bu yolda tək güvənim Sizsiniz! Sizə güvənirəm, Sizin siyasətinizə arxalanıram və inanıram ki, Siz biz millətsevər-dövlətçi gənclərin öz şəhərlərinin inkişafında iştirak istəyinin gerçəkləşməsinə qarşı olan bütün süni maneələrin aradan qaldırılmasında əsas təminatçı olaraq çıxış edəcəksiniz.

Cənab Prezident! Yuxarıda da qeyd etdiyim kimi, bu gün Mingəçevirdə hələ də köhnə xislətinə söykənib 9 fevral seçkilərinin mahiyyətinə kölgə salmaq istəyənlər var. Bu gün Mingəçevirdə Aydın Mirzəzadənin bşçılığı altında idarə və müəssisələrdə çalışanlar rəsmən təhdid olunur, köhnəliyin qalıqlarının mahiyyətinə uyğun olaraq insanlarımız iş yerlərini itirmə qorxusu ilə növbəti saxtakarlığa hazırlanır.

Bu gün Aydın Mirzəzadənin də aid olduğu şər şəbəkəsi məhz Sizin başlatdığınız inqilabi yeniləşmə siyasətinə xələl gətirən bir plan üzərində iş aparır. Məqsədləri camaatın yox, onların iradəsinin təntənəsidir. Onlar hətta ayrı-ayrı rəqib deputatlığa namizədlərin yaxınlarına, komanda üzvlərinə qarşı də bir iyrənc təxribat planı hazırlamaqdadırlar.

Cənab Prezident! Biz Sizə inanırıq və biz sabah Sizin mübarək əmrinizlə vətənimizin keşiyində dayanacaq, Qarabağımızın azadlığı uğrunda savaşacaq vətən oğullarıyıq! Sizdən xahiş edirik: Mingəçevir camaatının ümidlərinin birdəfəlik olaraq gömülməsinə imkan verməyin. Bir cəmiyyətdə ki, ümidlər ölür, həmin cəmiyyət heç bir zaman faydalı ola bilmir.

Öncədən təşəkkür edirəm. Tanrı Sizi hər zaman uca tutsun!"


Paylaş:


Müəllif : Tarix:
3-02-2020, 09:28
Sikayət   


loading...
Загрузка...