reklam
Regionxeberlericom.az » Sosial » "Məndən 4-5 ayın pulunu istəyiblər" - GİLEY

reklam

"Məndən 4-5 ayın pulunu istəyiblər" - GİLEY


“Ünvanlı sosial yardım almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cəlilabad rayon şöbəsinə dəfələrlə müraciət etmişəm. Məndən 4-5 ayın pulunu istəyiblər, mən də razılaşmamışam. Mənə dedilər, razı deyilsənsə, sənə sosial yardım düşmür. Həqiqətən də həm çox gülməli, həm də çox qəribədir ki, razılaşanda 4-5 aya sosial yardım düşür, razılaşmayanda sosial yardım düşmür. Biz hansı dövrdə yaşayırıq? Bu, nə deməkdir? Bu, nə özbaşnalıqıdır? Buna nə ad vermək olar?”

Bu fikirlər Cəlilabad rayonu, Kirovka kənd sakini Sadıqova Aidə Balasər qızı tərəfindən “Hürriyyət”ə göndərilən şikayət məktubunda yer alıb.

“Sizin də övladlarınız var, ey məmurlar”

A.Sadıqova qeyd edib ki, onun 4 övladı var: “Böyük övladımın 12, kiçiklərin isə 4 yaşı var. Kiçik övladlarım əkizdirlər. Tək yoldaşım işləyir. O da onun-bunun qapısında günəmuzd işləyir. Maddi cəhətdən çox çətin yaşayış səviyyəsindəyik. Bilmirəm, nətəhər edək ki, övladlarımın heç olmasa 30-40% yeməklərini, geyimlərini təmin edək. Özümüz də avara qalmışıq, kimə dərdimizi deyək. 4 ay bundan qabaq əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət etdim, bütün sənədləri də göndərdim. 3-4 gündən sonra balaca bir kağız gəldi ki, məktub çatıb, amma sonra Sahil Babayevdən bir xəbər çıxmadı. Elə bil ki, məktubu bir lal quyuya atmışam. Yaxın bir qohumum “Hürriyyət” qəzetinə müraciət etməyimizi məsləhət bildi. Göydə Allah, yerdə sizə ümidliyəm, Allah həmişə pənahınızda dursun.

Hörmətli redaksiya, sizdən 4 uşaq anası kimi dönə-dönə xahiş edirəm, ünvanlı sosial yardımın alınmasında mənə köməklik edin. Övladlarımın ruzilərinin belə məmurlar tərəfindən kəsilməyinə yol verməyin. Mən iki əsgər böyüdürəm. 6 ildən sonra böyük övladım əsgər olacaq. Nə olar, mənə də şərait yaradın ki, mən də sağlam övlad böyüdüm. Şərait yaradın, ey məmurlar, qoymayın, bizim kimi valideynlər övladları qarşısında aciz qalsınlar. Sizin də övladlarınız var, ey məmurlar. Allah adil və səbrli Allahdır, bunu unutmayın, ey məmurlar.

Hörmətli redaksiya, inanıram ki, siz məni və 4 övladımı nəzərə alıb, mənə ünvanlı sosial yardım alınmasında və Sahil Babayevin mənə laqeyd münasibət göstərməsini, yazdığım məktuba əhəmiyyət verməməsinə aydınlıq gətirilməsinə köməklik edəcəksiniz və bəri başdan sizə öz adımdan və dörd övladımın adından dərin təşəkkürümü bildirirəm. Bizim kimi insanlara kömək olanlara Allah həmişə kömək olsun”, -deyə məktubda yazılıb.


Paylaş:


Müəllif : Tarix:
3-02-2020, 10:10
Sikayət   


loading...
Загрузка...