reklam
Regionxeberlericom.az » Sosial » "Bina yanğından öncə heç olmasa yaşanacaq vəziyyətdə idi" - GİLEY

reklam

"Bina yanğından öncə heç olmasa yaşanacaq vəziyyətdə idi" - GİLEY

 Kəlbəcər rayonundan məcburi köçkün olan Qəmər Hüseynova Kərim qızı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən şikayətçidir. Şikayətçi bildirib ki, bütün müvafiq qurumlara və lazımı instansiyalara müraciət edib, cavab ala bilməyincə, məsələni ictimailəşdirmək üçün Musavat.com-a üz tutub.

Şikayətçi Qəmər Hüseynova problemini aşağıdakı kimi bildirib: "Ötən ilin fevral ayında Sabunçu rayonu Zabrat-1 qəsəbəsi, Frunze küçəsi 13 ünvanında baş verən yanğından sonra ikinci dəfə məcburi köçkün düşmüşük. Belə ki, yanğın zamanı binada 5 mənzil yandı. Həmin mənzildə yaşayanlar köçürülsə də, biz hələ də suyun içərisində, pis bir şəraitdə yaşayırıq. Bina yanğından öncə heç olmasa yaşanacaq vəziyyətdə idi. Yanğından sonra binanın içərisinə yağış suları dolmağa başlayıb. Eyni zamanda kanalizasiya sistemi də yararsız olduğu üçün evin içərisində topuqdan su olur. Buna görə də məcbur qalıb, həmin yataqxanadakı birotaqlı mənzili tərk etmişəm. Özüm təmizlik işləri ilə məşğul olub, xəstə atamı saxlayıram. Ev də olmadığı üçün kirayədə qalıram. Bu, onsuz da əziyyət içərisində olan ailəmizi daha pis vəziyyətə salıb. Hazırda binanın dam örtüyü dağılıb, otaq yaşanılası vəziyyətdə deyil. Bununla bağlı dəfələrlə müvafiq qurumlara və "Qaçqınkom"a müraciət etsəm də kömək ala bilməmişəm. Komitənin Sabunçu şöbəsindən gəlib, mənim yaşadığım otağa baxıblar. Bildiriblər ki, burada yaşamaq mümkün deyil. Ancaq heç bir kömək göstərilməyib. Biz dövlətdən ev istəmirik. Heç olmasa bizi başqa bir sığınacağa yerləşdirsinlər ki, müvəqqəti də olsa orada yaşayaq. Kirayə pulunu verə bilmirəm. Ona görə də müvafiq qurumlardan yardım istəyirəm. "Qaçqınkom"dan mənə deyirlər ki, sizi köçürəcəyik. Bəs nə zaman? Bu suala cavab yoxdur".

Məsələ ilə bağlı münasibət öyrənmək üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etdik. Komitədən Musavat.com-a bildirildi ki, Qəmər Hüseynova komitənin sədr müavini tərəfindən qəbul edilib, şikayəti dinlənilib. Ona bildirilib ki, bu il ərzində mənzillə təmin ediləcək: "Hazırda məcburi köçkünlər üçün yeni mənzillər inşa edilir. Həmin mənzillər hazır olduğu zaman Qəmər Hüseynovaya da oradan ev veriləcək. Müvəqqəti sığınacağa gəlincə bu, Komitənin deyil, icra hakimiyyətinin səlahiyyətində olan məsələdir. Bütün bunlar vətəndaşa da izah edilib".

Ötən il fevralın 19-da Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, sözügedən ərazidə ümumi sahəsi 1140 kvadratmetr olan, arakəsmələri taxta konstruksiyalardan ibarət tikilinin yanar konstruksiyaları 670 kvadratmetr sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.


Paylaş:


Müəllif : Tarix:
4-02-2020, 10:32
Sikayət   


loading...
Загрузка...