![reklam](/templates/tema/images/saythazir.png)
Şəhid ailəsi çətin durumdadır: - Evi qəzalı vəziyyətdə olan ana və oğlu dövlətdən yardım istəyir
![](http://www.dia.az/uploads/posts/2020-02/1580813066_777.jpeg)
Xətai rayonu, Əbilov küçəsində yaşayan Azərbaycanın şəhid oğlu Sənan Əliyevin ailəsi, həyat yoldaşı Zülfiyyə Əliyeva, oğlu Ağasəlim Əliyev dövlətdən yardım istəyir.
1993-cü ilin payızında 1 aylıq körpəsini Bakıda qoyub, cəbhə xəttinə yollanan Sənan Əliyev bir neçə ay düşmənlə üz-üzə savaşdıqdan sonra, şəhid olub. Ailənin çətin günləri də məhz bundan sonra başlayıb.
Zülfiyyə xanım deyir ki, bir müddət qaynanasının yanında çətin şəraitdə yaşasa da, sonradan qaynı şəhidin xatirəsinə də hörmətsizlik edərək, ana-balanı evdən çıxarıb, onları hazırda yaşadığı 2 otaqlı 26 kvadratmetrlik bu evə gətirib. İllərlə evin damından yağış suları mənzilə axır, köhnə-qırıq pəncərələr qışda onları soyuqdan qorumur, ana və bala həyatın çətinliklərinə sinə gərib, bu günlərə gəlib çıxıblar.
Həyatın zərbələri bununla bitmir. Zülfiyyə xanım uzun illər həm də, I qrup əlil, ruhi xəstə olan bacısı Arzuya baxmalı olur. İllər sonra dövlət başçısının qərarı ilə şəhid ailələrinə verilən 11 min manat sığorta pulunu aldıqdan sonra onlar evlərini bir qədər təmir etdiriblər. Ancaq rütubət və binanın qəzalı vəziyyətdə olması onları hələ də narahat edir.
İndi 3 nəfər bir otaqda yaşayan bu ailənin gənc üzvü Ağasəlim evlənmək yaşına çatıb, ancaq mənzil problemini həll etmək üçün çıxış yolu tapa bilmir.
Atasının üzünü belə, görməyən bu gənc dövlətin şəhid ailələrinə diqqət və qayğısı çərçivəsində onlara da bir mənzil verilməsini istəyir.
Daha ətraflı təqdim etdiyimiz videoreportajdan izləyə bilərsiniz. //musavat.com//
Paylaş:
Müəllif : Yazar
Tarix:4-02-2020, 15:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
![](http://www.dia.az/uploads/posts/2020-02/1580813066_777.jpeg)
Xətai rayonu, Əbilov küçəsində yaşayan Azərbaycanın şəhid oğlu Sənan Əliyevin ailəsi, həyat yoldaşı Zülfiyyə Əliyeva, oğlu Ağasəlim Əliyev dövlətdən yardım istəyir.
Paylaş:
Müəllif :
Yazar
Tarix:4-02-2020, 15:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
![reklam](/templates/tema/images/reklam300.png)
Xəbər lenti
Bu gün, 14:01
Bu gün, 13:55
Bu gün, 11:17
Bu gün, 09:04
Bu gün, 09:02
Bu gün, 08:48
Dünən, 09:26
10-02-2025, 19:29
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/thumbs/1739354429_mg_20250206_233932-1210x642.jpg)
Ağsu rayonunda yas mərasimləri zamanı ehsan süfrəsi artıq bir-neçə ildir ki, ləğv olunub
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/thumbs/1739353951_4619a574-b55a-3eb9-9cf4-2bc31e9c7892_850.jpg)
Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu - İLGİNC FAKTLAR...
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739336344_1.jpg)
Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739336120_1.jpg)
“Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739291913_1.jpg)
Rəşad İsmayılov Ağgöl Milli parkında qanunsuz balıq ovunun qarşısını ala biləcək? - Yegerin oğlu qanunsuz dəstə yaradıb
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739335416_0001.jpg)
Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır - ABŞ "kəmərlərini sıxır"...
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739251498_sekil.jpg)
DTX dövlətə xəyanət etmiş Azər Bağırovu məsuliyyətə cəlb etdi - İordaniyadan gətirildi - Foto
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/thumbs/1739201074_jsw1efegsz9x8mz1wu89bqjnroqii6vqct2ljb8e_1200.webp)