“ABŞ-da çirkaba batmış bir təşkilatın ayırdığı gizli pullarla layihədə iştirak edən şəxsin...” - QALMAQAL
Parlament seçkilərində beynəlxalq və yerli təşkilatlar birlikdə “exit-poll” keçirəcəklər. Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası ABŞ-ın “Arthur J. Finkelstein & Associates”-"AJF&Associates İnc." təşkilatı ilə birgə, “İnsan Hüquqları XXI əsr-Azərbaycan” Fondu Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu və RƏY Monitorinq Mərkəzi “exit poll” keçirəcək qurumlar kimi qeydə alınıb.
Milli Şuranın sədri Cəmil Həsənli fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri zamanı “exit-poll” aparacaq Amerikanın “Arthur J. Finkelstein & Associates” şirkətinin etibarlılığına şübhə edən yazı paylaşıb. Sosial şəbəkədə Cəmil Həsənli qeyd edib ki, bu şirkət 2013-cü ildə keçirilən prezident seçkilərində də “exit-poll” aparıb və onun göstəriciləri Azərbaycan Mərkəzi Seçki Komissiyasının rəsmi açıqlaması ilə üst-üstə düşüb. C.Həsənli hesab edir ki, fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində MSK-dan öncə “hakimiyyətin köhnə müştərisi” olan “AJF&Associates Inc.” (əslində isə Arthur J. Finkelstein & Associates) Amerika təşkilatı 118 seçki dairəsi üzrə “exit-poll” vasitəsi ilə nəticələri təsdiq etməli, seçkilərin etibarlılığını artırmalı, onun ardınca MSK siyahını təsdiq etməlidir: “Sonra da bütün dünyaya car çəkəcəklər ki, bizim seçkilərin ”exit-poll"unu Amerika təşkilatı aparıb və onun dürüstlüyünə heç bir şübhə ola bilməz".
Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Seçki Məcəlləsində, həmçinin Qeyri Hökumət Təşkilatları İctimai Birliklər və Fondlar haqqında Azərbaycan Respublikası Qanununa görəb Azərbaycanda xarici təşkilatlar yalnız yerli partnyorlarla bir yerdə “exit-poll” keçirə bilərlər: “Birincisi, bunu bilmək lazımdır. İkincisi, ABŞ-ın ”AJF&Associates İnc." təşkilatı bizimlə birlikdə 2015-ci ildən bəri keçirilən parlament seçkilərində və ümumrespublika referendumunda “exit-poll” keçirib. Bu təşkilat dünya üzrə təcrübəli sorğu keçirən təşkilatdır. Onların öz metodikası, proqramları var. Həmin proqram əsasında da sorğunu keçirirlər. Bizim adımızın hallandırılmasına gəlincə, bunu da biriləri bilsinlər ki, bizim vəzifəmiz həmin ABŞ təşkilatı ilə aramızdakı razılaşmaya görə, məsələnin hüquqi tərəflərini-yəni sənədləri toplamaq, məntəqələr, dairələr üzrə məlumatları toplamaq, hüquqi sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim eləməkdir. Biz də məhz bunu etmişik. Bank hesablarımızı da istənilən şəxsə göstərə bilərik. Seçki günü “exit-poll” bizim partnyorların metodikası əsasında keçiriləcək. “Exit-poll” 118 dairə üzrə 1053 seçki məntəqəsində keçiriləcək".
Sahib Məmmədov Milli Şura sədrinə daha bir cavabında bildirdi ki, Azərbaycanda 2005-ci ildə də parlament seçkilərində “exit-poll”lar keçirilib. Əgər kimsə təhlil edirsə, o dövrdən başlasın: “Belə çıxır ki, kimsə özü deputat mandatı əldə edirsə, həmin seçkilərdə keçirilən ”exit-poll"u düzgün adlandırır, özü iştirak etmədiyi və ya seçilmədiyi seçkilərdə keçirilən “exit-poll”u qeyri-düzgün hesab edir. Bu cür yanaşmanın özü qərəzin olduğunu açıq göstərir.
İkincisi də ABŞ-da kifayət qədər çirkaba batmış və qaranlıq reputasiyası olan bir təşkilatın ayırdığı gizli pullarla hazırda başqa bir ölkədə layihədə iştirak edən şəxsin başqa bir ABŞ təşkilatını ittiham eləməsi bilmirəm nə dərəcədə korrektdir. Bəziləri bir yandan ABŞ-a, Qərbə səcdə edir, onu ideallaşdırır, onun təşkilatlarının bir neçəsi ilə sıx əlaqədədir, amma o biri yandan digər bir Amerika təşkilatını pisləyir. Belə adamların dediklərinə fikir vermək lazım deyil".
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:5-02-2020, 09:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-02-2020, 09:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16