Eldar Quliyevin deputatlıq sevdası ilə Kooperasiya Universitetinin gizlinləri - İTTİHAM
Eldar Quliyevi Azərbaycan ictimaiyyətinə tanıtmağa zənnimizcə ehtiyac yoxdu. Burada Azərbaycan ictimaiyyəti dedikdə çox geniş anlam daşıyır. Azərbaycan ictimaiyyəti dedikdə burada təbii Bakı və ətraf kəndlər nəzərdə tutulur. İyirmi illik deputatlıq fəaliyyətinə baxmayaraq inanmırıq ki, onu Gədəbəydə, Yardımlıda yaxud da Qax,Balakəndə tanısınlar. Bakıda isə onu yaxşı tanıyırlar. Deputatlıq fəaliyyətindən daha çox Azərbaycan Kooperasiya Universitetinin rektoru kimi. İkinci, Üçünçü, Dördüncü və Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş Eldar Quliyev 28 saylı Sabunçu III seçki dairəsindən namizədliyini yenə irəli sürüb. Əldə etdiyimiz məlumatlara görə deputatlıq naminə Eldar Quliyev namizədliyini irəli sürdüyü dairədə digər namizədlərlə qeyri sağlam mübarizə aparır. Bir ildən sionra 70 myaşı tamam olacaq Eldar Quliyevin deputatlığa niyə bi qədər can atmasına Aktualinfo.org ötən yazıda toxunmuşdu. Qeyd etmişdik ki, Eldar Quliyev bir təhsil ocağından daha çox “açıq bazar” olan Azərbaycan Kooperasiya Universitetini əldən verməmək üçün bu addımı atır. Sözügedən yazıdan sonra redaksiyaya verilən yeni məlumatlarda göstərdiklərimizin həqiqət olduğu bir daha üzə çıxdı.
Aktualinfo.org-a verilən yeni məlumatlarda bildirilir ki, Kooperasiya Universitetində və Kooperasiya Kollecində millət vəkili Eldar Quliyevin və onun qardaşı qızı Fatimə Quliyeva rüşvətxorluqla məşğuldurlar. Onlar hər semestr əlaltıları vasitəsi ilə tələbələrdən külli miqdarda pul yığırlar. Universitetdə əyani şöbədə oxuyan hər tələbədən bir imtahana 100-150 manat, qiyabi şöbədə adı gedən tələbələrdən isə 300 və daha çox rüşvət alnır. Kollecin əyanı şöbəsində təhsil alan hər tələbədən isə bir imtahan 50 manat olmaqla, 400-500 manat, qiyabi şöbədə isə hər tələbədən bir imtahan 70 man olmaqla, 700 man qədər pul yığılır. Verilən məlumatlara görə burada özləri şərait yaradırlar ki, tələbələr dərslərə gəlməsinlər. Çünki bir dərs üçün qb pulu 5 azndir. Verilmiş digər məlumatlarda isə çox ciddi cinayət əməllərinin əlamətləri görsənir. Qeyd edilir ki, ümumiyyətlə Kooperasiya Universitetində və Kooperasiya Kollecində dövlət sənədlərinə qaralama kimi baxılır. Dövlət jurnalları hər semestrin sonunda dəyişilir. Hər yarımillikdə dərs cədvəli birinci yarımillikdə noyabr ayına qədər , ikinci yarım illikdə isə aprel ayına qədər dərs cədvəli olmur. Dərs saatları hər an dəyişdirilir. Müəllimlər hansı dərsə istəyirsə girirlər. Anarxiya. Hədiyyələr, pullar gəlməsə dərs cədvəli düzəlmir. Müəllimlər əlavə dərs yükünə görə və dərs cədvəllərinə görə hədiyyə və pul verməlidirlər. Müəllimlər və tələbələr artıq bu sistemdən beziblər. Hər semestrin sonunda tələbələrə yoxlama yazı işi adı ilə imtahan sualları və cavabları yazdırılır. Sonra Eldar Quliyev və Fatimə Quliyeva tələbələrdən pul yığdıqdan sonra tələbələrin imtahan sualların yerinə bu cavabları qoyurlar. Yəni ki, gözdən pərdə asırlar. Tələbənin imtahana girməsi ilə çıxmağı bir olur. Uşaqlar özləri imtahan vermək istəyirlər, ancaq bu şəraiti nə Eldr Quliyev nə də Fatimə Quliyeva yaratmırlar.
Məlumatlarda Eldar Quliyevin və qardaşı qızının hansı müəllimdən xoşları gəlmirsə, min cür şər atıb o müəllimi işdən çıxarıldığı da bildirilir. Bütün fənnlər üzrə hər müəllimə ildə iki dəfə imtahan keçirilir.(pul və hədiyyə almaq üçün) Kim əvvəlcədən onları görürsə, deməli bir il kef edəcəksən. İstəyirsən gir sinifdə telefonla oyun oyna, heç kəs heç nə deməyəcək. Vay onda ki, müəllim dərs keçə, uşaqlara nəsə öyrədə, deməli o müəllim pisdir. İlin ən pis müəllimi adını alır.
Qeyd olunur ki,Eldar Quiyev bir rektor kimi nə müəllimi nə də tələbəni qəbul etmir. Kollecdə isə vəziyyət lap acınacağlıdır. Katibə xanım müəllimənin əlinə baxır. Əgər əlində hədiyyə varsa, deməli sən çaldın. Sənin üçün yaşıl işiqdir. Qəbul edəcəklər, başlarında gəzdirəcəklər. Vay o gündən ki, əliboş gələsən. Sənə elə sözlər deyəcəklər ki, anadan əmdiyin süd burnundan gələcək.
Məlumatlarda rəhbərlik ilə müəllimlər arasında görüş ancaq şəxsi münasibətlər zəminində baş tutduğu bildirilir. Qeyd edilir ki,barrikada Universitetdə və Kollecdə çox gözəl qurulub. Tankla, zirehli maşınlarla ora keçmək mümkün deyil. Eldar Quliyev rektor, qızı Aygün Quliyeva- prorektor, qardaşı qızı Fatimə Quliyeva- kollecin direktoru, Fatimə Quliyevanın xalası qızı Gunay və katibəsi Həmidə öz yaxın qohumlarıdır.
Məlumatlarda çox müəllimlərin ixtisası üzrə işləmədikləri və diplomlarının olmadığı barədə də siqnallar verilir və qeyd edilir ki, Ukraynada həkimliyi bitirib gəlmiş müəllimə ingilis dilindən dərs deyir. Maştağadan öz qohumlarını müəllim adı ilə gətiriblər, kurs açıblar və hər müəllimdən hər ay 30 azn pul yığılır. Ştatda olmayan müəllimlərə (saat hesabı) 1000-1200 saat dərs verilib, hansı kı, 250 saat dərs verilməlidir. Hər il olan qeyri-qanuni imtahanlar müəllimləri boğaza yığıb.
Eldar Quliyev və Fatimə Quliyevaya müəllimlərə zülm edir. Müəllimləri qul kimi işlədirlər. Ştatda olub dərsə gəlməyən o qədər müəllimə var ki, Eldar Quliyev və Fatimə Quliyeva onların sayını itirib. Qanunsuz olaraq müəllimləri işdən çıxardırlar, əgər adamın varsa, işləyəcəklər, yoxsa özünü qapının dalında hiss elə. Nə Prezident İlham Əliyevin rüşvətxorluqla bağlı çıxışlarından nəticə çıxarırlar,nə də dövlətin qanunlarını saymırlar.
Redaksiyanın elektron poçtuna göndərilmiş bu məlumatlardan da görsəndiyi kimi,Eldar Quliyevin rəhbərlik etdiyi təhsill müəssisəsində çox ciddi qanun pozuntularına yol verilir ki, aidiyyatı qurumlar tərəfindən yoxlanılmasına ehtiyac var. Yoxlanılıb,yoxlanılmamasından asılı olmayaraq sözügedən universitetdə dəyişikliklərə ciddi ehtiyac olduğu da yuxarıda qeyd edilən məlumatlardan görsənməkdədir. Çox güman ki,bu dəyişikliklərin yaxın zamanlarda baş tutacağını Eldar Quliyev özü də hiss edir. Elə ona görə də Milli Məclisdə yerini möhkəmlətməklə növbəti beş ildə də Kooperasiya Universitetində hökmranlığını sürdürmək istəyir. Onun bu deputatlıq sevdası xalqa xidmətdən daha çox Kooperasiya Universitetinin gizlinlərinin örtbasdır olunmasına xidmət edir. Amma Eldar Quliyev deputatlığa can atmaqdansa rəhbəri olduğu universitetdə təhsilin keyfiyyətini yaxşılaşdırmağa,yersiz intiqralara, rüşvətxorluğa son qoymağa səy göstərsə daha yaxşı olmazmı?
Aktualinfo.org
Paylaş:
Müəllif : Yazar
Tarix:7-02-2020, 10:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-02-2020, 10:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08