Milli Oftalmologiya Mərkəzini "bazar"a kimlər çevirib? - GİLEY
"Gəncədən Bakıya 350 kilometr yol gedib Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müasir, nizam-intizamlı xəstəxana, qayğıkeş həkimlər əvəzinə "bazar"la rastlaşacağımı heç zaman xəyal etməzdim".
Bu sözlər Qlobala.az-a Gəncə şəhərindən göndərilən şikayət məktubunda deyilir.
Şikayətçi qeyd edir ki, orta məktəblərdə verilən tətildən istifadə edərək yanvar ayının 28-də övladını akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin uşaq bölməsinə müayinəyə gətirib. Övladının gözünün zəif gördüyündən şübhələnən valideyn üz tutduğu tibb müəssisəsində qarşılaşdığı ilk mənzərədən dəhşətə gəldiyini deyir.
"Qəbul otağı yoxsa "Bazar"?
"Səhər saat 9 radələrində Mərkəzin uşaq bölməsində qəbula düşdüm. İlk öncə girişdə dayanan mühafizəçi gənc məktub markaları boyda nömrələnmiş kağız parçası verərək bizi böyüklü-kiçikli, qadınlı-uşaqlı bir otağa yönləndirdi. Təxminən 80-90 kvadratmetrlik otaqda səs-küy əlindən qulaq tutulurdu. Otaqda havalandırma sisteminin olmaması, pəncərələrin açılmaması, üstəgəl bu boyda otağa 100-ə qədər uşaqlı-böyüklü adamın yığılması içəridə çox acınacaqlı durum yaratmışdı. Burada gərginliyi artıran digər səbəb isə bu qədər adamların mühafizəçi gəncin ixtiyarına verilməsidir. Heç bir həkimin və ya digər məsul şəxsin qəbul otağına gəlməməsi havasız otaqda növbədə qalan insanları daha da əsəbiləşdirirdi. Buradakı səsi eşidib, görməyən adam elə bilərdi ki, bura ya hansısa vağzal, ya da bazardı..."
"Növbə sistemi" pulu aparata salana kimidir...
"80-90 kvadratmetrlik qəbul otağında başqa bir problem otaracaqlarla bağlıdır. İnsanların böyük hissəsi ayaqüstə qalmağa məcburdu. Əksəriyyəti də qucağı körpəli analar. Biz siyahıda 54-cü adam idik. Uzun sürən məşəqqətdən sonra nəhayət ki, növbə bizə çatdı. İçəri girdik. Ödəniş aparatının yanında iki həkim əyləşnişdi. Uşağın problemini soruşdular. Elə bildim həkim bunlardır. Dedim ki, gözü zəif görür. Məndən 30 manat istəyib aparata saldılar. Aldığım çeklə yenidən başqa yerdə növbəyə dayandım. Uşağın gözünü aparata salacaqdılar. Burada heç bir növbə yox idi. Səs-küy, növbəsizlik...
Baş həkimin "oxrana"sı var?
Həkimlərdən baş həkimin yerini öyrənib 3-cü mərtəbəyə qəbuluna şikayətə getdim. Burada da qəbulda təxminən 15-20 nəfər var idi. Dedilər baş həkim harasa gedib. Hər 10 dəqiqədən bir bir ağxalatlı gəlib deyirdi ki, baş həkim əməliyyata gedib, gələcək. Təxminən 40 dəqiqə gözlədikdən sonra Səbinə adlı baş həkim gəlib kabinetinə keçdi. Bayaqdan qəbulda onu gözləyənlər ümidlənərək qalxıb həkimin otağına keçmək istəyəndə yaşı təxminən 50-55 yaşların bir şəxs bizim qarşımızı kəsib problemimizlə maraqlanmağa başladı. Ondan baş həkimin yanına gedib problemimizi deyəndə isə bizə problemi ona deməyimizi istədi. Ondan kimliyini soruşduq. Dedi ki, "oxrana"nı rəisidir...
Şikayətçi qeyd edir ki, klinikada "Qartal" firmasının əməkdaşları mühafizə xidməti yerinə yetirirlər. Ancaq baş həkimin qapısı ağzında "post" yaradan "oxrana rəisi" mülki geyimdə olub. Üzərində isə şəxsiyyət və vəzifəsini bildirən heç nə olmayıb.
Şikayətçi bu məktubu redaksiyamızın elektron ünvanına göndərərək qarşılaşdığı vəziyyətin işıqlandırılmasını istəyir. Ümid edir ki, bundan sonra Mərkəzdə belə neqativ hal yaşanmaz.
Məsələyə Milli Oftalmologiya Mərkəzindən münasibət bildirmədilər.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-02-2020, 09:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-02-2020, 09:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
15-11-2024, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
15-11-2024, 09:42
"İstilik olmadığından uşaqları baxça və məktəblərə göndərmirik" - Naxçıvan sakinləri
14-11-2024, 14:57