Rusiyadakı diasporumuzda nə baş verir - Mehriban Sadıqovanın istefasının pərdəarxası
Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos FMMM) rəhbəri Mehriban Sadıqova Rusiyada yaşayan azərbaycanlıların təkidli tələblərindən sonra istefa verib. Bu barədə modern.az-a Rusiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri məlumat verib.
Bildirilib ki, M.Sadıqova qurumun fevralın 12-də çağırılan növbədənkənar toplantısında istefa verməyə məcbur olub. Belə ki, təşkilatın üzvləri tələb ediblər ki, M.Sadıqova istefa verməsə, azərbaycanlılar təşkilatı kütləvi şəkildə tərk edəcək.
Məlumata görə, Rusiyada, xüsusən Moskvada azərbaycanlıların birləşməsinə mane olduğu bildirilən M. Sadıqovanın istefası uzun müddətdir təşkilat üzvləri tərəfindən tələb edilirdi.
Yeni sədrin seçilməsi üçün bu ilin aprelinə qurultay çağırılıb. Məsələni dəqiqləşdirmək üçün modern.az Diasporla iş üzrə Dövlət Komitəsinə müraciət edib. Komitədən məlumatı təsdiqləyiblər.
M.Sadıqovanın istefaya göndərilməsi gözlənilməz deyildi. Çünki onun fəaliyyəti hər zaman ciddi tənqidlərə səbəb olub. Hətta Sadıqova ara-sıra ermənilərlə bağlı hiddət doğuran açıqlamalar verib. Qızını erməniyə ərə verən Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin Moskva Regional bölməsinin sədri Ağadadaş Kərimovu belə dəstəkləmişdi. Onun gedişi müsbət qarşılanır və bunun Rusiyada azərbaycanlılar arasında birliyin formalaşmasında, diasporumuzun güclənməsində mühüm töhfələrinin olacağı vurğulanır.
Ana Vətən Partiyasının sədri, V Çağırış Milli Məclisin deputatı Fəzail Ağamalı M.Sadıqovanın istefaya göndərilməsini müsbət dəyərləndirdi: “Mətbuatdan mənə də bəlli idi ki, Mehriban Sadıqova orada yaşayan azərbaycanlıların birliyinə maneçiliklər törədir, daha çox öz ambisiyaları və digər məqsədləri ilə bağlı fəaliyyətini gücləndirirdi. Beləliklə, bizim üçün çox əhəmiyyətli olan Rusiya kimi bir ölkədə diasporumuzun güclənməsinə və inkişafına mane olurdu. Hər zaman bu və ya bunabənzər informasiyalar Kütləvi İnformasiya Vasitələrində gedib. Deyilən bu fikirlər həqiqiliyini daim sübut edirdi. İndi artıq o, istefaya göndərilib. Qurumun yaxınlarda qurultayı gözlənilir. Mənə elə gəlir ki, o quruma elə bir şəxsin namizədliyinin verilməsi və seçilməsi son dərəcə bizim üçün əhəmiyyətlidir ki, o şəxsdə sözün həqiqi mənasında Azərbaycan üçün ürək yanğısı olsun, vətənpərvərlik duyğularını qəlbində daşısın, milli məsələlərdə son dərəcədə prinsipal və sədaqət nümayiş etdirsin, azərbaycanlıların birliyində, onların Azərbaycanın taleyüklü məsələlərinin həllində ciddi rol oynaya bilsin. Heç şübhəsiz ki, bu gün iki ölkə arasında münasibətlər yetərincə yüksək səviyyədədir. Bunu inkar etmək olmaz. Sadəcə olaraq, biz Rusiyada fəaliyyət göstərən erməni diasporuna qarşı fəaliyyətimizi gücləndirməliyik. O diaspor ki, artıq kifayət qədər özünün əhəmiyyətli lobbisinə malikdir, Rusiyanın demək olar bütün strukturlarında onlar yerləşiblər və Ermənistanın haqsız mövqeyini müdafiə etməkdədirlər. Belə bir şəraitdə təbii ki, bizim orada diasporumuzun həm güclü, həm fəal, həm prinsipial olmasına, həm də sıx birliyinə çox böyük ehtiyac var. Çox arzu edərdik ki, Mehriban Sadıqovanı məhz bu keyfiyyətləri özündə ehtiva edən soydaşımız əvəzləsin. Onun fəaliyyəti Rusiya qanunları çərçivəsində olsun. Heç şübhəsiz ki, bu da nəzərə alınmalıdır. Elə bir adam həmin vəzifəyə gətirilməlidir ki, həm onun Azərbaycan cəmiyyəti, azərbaycanlılar arasında, həm də Rusiyanın siyasi elitasında, ictimai-siyasi fəalları, rəsmi qurumlar arasında nüfuzu olsun. Belə olarsa, onda həmin qurumun həyata keçirmiş olduğu fəaliyyət daha məhsuldar ola bilər. Hər halda, ümid edək ki, Mehriban Sadıqova üstün keyfiyyətləri özündə əks etdirən soydaşımızla əvəz olunacaq”.
Politoloq Elçin Mirzəbəyli yeni faktlar açıqladı: “İstər Rusiyada, istərsə də digər ölkələrdə Azərbaycan diasporu ilə bağlı yaşanan problemlər yeni deyil və proses 1991-ci ildən başlayır. Onu da qeyd edim ki, 1991-ci ildə Sankt Peterburqda Azərbaycan diasporuna rəhbərlik edən bir şəxs kimi problemlərin haradan qaynaqlandığını yaxşı bilirəm. Həmin il mərhum prezident Əbülfəz Elçibəyin Sankt Peterburqa, oradan da Helsinkiyə səfərindən sonra mən də daxil olmaqla, bir qrup diaspor rəhbəri diaspor quruculuğu ilə bağlı təkliflər paketi hazırlamışdıq. Təkliflər paketi Elçibəyin tövsiyəsi ilə həmin dövrdə Milli Məclis sədrinin müavini olan Tamerlan Qarayevə təqdim olunmuşdu. Daha sonra müraciətimizə cavab ala bilmədik və hazırladığımız təkliflər paketi də tarixin arxivinə atıldı. Təəssüf ki, həmin sənədin surəti məndə qalmayıb. Azərbaycan diasporu təhtəlşüur olaraq və əksər hallarda fərdlərin və maraqların üzərində formalaşdırıldı. Diaspora quruculuğu prosesində Azərbaycandan əlaqələndirici funksiyasını yerinə yetirən şəxslər isə sonradan bu qurumlardan ölkə daxilindəki mövqelərini möhkəmləndirmək, maddi və digər maraqlarını istifadə etmək üçün yararlandılar. Mehriban Sadıqovanın istefaya göndərilməsinə gəldikdə isə, bu prosesdə xeyli gecikmələrin olduğu qənaətindəyəm. Amma yenə də dönüş etmək mümkündür. Amma prosesin əsasında konseptual amillər dayanmalıdır, fərdlər və maraqlar yox. Mehriban Sadıqovanın fəaliyyəti təkcə Rusiyada yaşayan həmvətənlərimizdə deyil, elə Azərbaycanda da qıcıq yaradırdı. Onun da, sələfi Söyün Sadıqovun da məqsədi diasporu gücləndirmək deyildi. Onlar açıq ifadə etmək istəmədiyim xüsusi bir missiyanı həyata keçirirdilər. Buna müəyyən qədər nail ola bildilər. Amma Mehriban Sadıqovanın istefası ilə prosesin normal məcraya yönələcəyini düşünmək sadəlövhlük olardı. Diaspor qurumları yenidən təşkilatlanmalı və kollegial əsaslarla idarə olunmalıdır. Mehriban Sadıqovanın istefasının ermənilərə böyük zərbə olduğunu düşünmürəm. Bu şəxsi bir o qədər də böyütmək lazım deyil. Söyünü də, onu da kimlər diaspor təşkilatının başına gətirmişdilərsə, onlar da yola saldılar. Çünki artıq onların xidmətinə ehtiyac duyulmur. İndi Azərbaycan-Rusiya münasibətlərində də, diaspor quruculuğunda da yeni bir mərhələ başlayıb. Proses də bu mərhələnin içində yer alan missiyanın mahiyyətinə uyğun həyata keçiriləcək”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:13-02-2020, 09:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-02-2020, 09:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07