Fəzail Hüseynov həbsdən necə qurtuldu? - İDDİA
Bir müddət əvvəl Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov öz müavini – Memarlıq və tikinti şöbəsinin müdiri Fəzail Hüseynovu vəzifəsindən azad elədi. Və bir neçə gün sonra onu yenidən özünə müavin, amma bu dəfə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin etdi. Görəsən, bu yerdəyişmədə başçının məqsədi nə idi ?
Məlumatlı mənbənin verdiyi bilgiyə görə, Fəzail Hüseynov artıq müvafiq hüquq-mühafizə orqanlarının diqqət mərkəzində idi və onun həbsi gözlənilirdi. Başçı bu addımı ilə Fəzail Hüseynovu zərbədən yayındıra bildi. Bəs Fəzail Hüseynovun günahı nə idi ki, onu hətta həbs gözləyirdi.
Fəzail Hüseynov uzun müddət Sumqayıtda tikinti və inşaat işlərinə “xozeyn”lik edib, onun razılığı olmadan Sumqayıtda daşı daş üstdə qoymaq mümkün olmayıb. Fəzail Hüseynov hətta qanuni-sənədli mülk sahiblərinin obyektlərini ələ keçirmək üçün təzyiqlərə, təhdidlərə əl atıb, hətta lazım gələndə “süni qəza” da törədə bilib. Və nəticədə istədiyi obyekti zorla ələ keçirməyi bacarıb.
Bütün bunlar azmış kimi Fəzail Hüseynov Sumqayıt şəhərində iş adamlarına, sahibkarlara ciddi problemlər yaradıb, onları müflis vəziyyətinə qoyub.
Belə ki Sumqayıt şəhərində görülən tikinti-abadlıq işləri aparan şirkət sahibləri Fəzail Hüseynovun saxta vədlərinə inanaraq gecə-gündüz çalışıblar, vəsaitlərini xərcləyiblər, mal-material alıblar. Fəzail Hüseynov isə onlara söz verib ki, “Sumqayıt bulvarı”nın açılışı olan günün sabahı hamı pulunu alacaq.
Məlumat üçün bildirək ki, Sumqayıtın abadlığı və bulvarın yenidən qurulması üçün 100-lərlə insan, fəhlə çalışıb, iş adamları, sahibkarlar milyonlarla vəsait sərf ediblər. Hətta Sumqayıtda dalğalanan 3 rəngli bayrağımızı da konkret sahibkar öz vəsaiti ilə alıb quraşdırıb. Amma açılışın sabahısı günü Fəzail Hüseynov heç kimi tanımayıb. Hətta onlara hədə-qorxu gəlib, “ Sizin ağırlıqda qızılım var, istəsəm hamınızı həbs etdirərəm” deyib hədələyib.
Fəzail Hüseynov öz haqqını tələb edən iş adamlarını hətta guya ona hücum etmək adı ilə həbs də etdirib.
Fəzaili Hüseynovun aldatdığı yüzlərlə insan hüquq-mühafizə orqanlarına, Prezident Admistarsiyasına müraciət etməli, hətta aklsiya keçirməyə məcbur olublar.
Fəzail Hüseynov bəzi zərərçəkənlərə vəd verib ki, pullarınızı icra başçısı təyin olunmaq üçün vermişəm, yaxın vaxtlarda rayonlardan birinə icra başçısı təyin olunacam, onda pullarınızı qaytarcam. Bir sözlə, Fəzail Hüseynov iş adamlarının halal pulunu qaytarmamaq üçün hər yola əl atıb, Zakir Fərəcovun adından adamlara nələr deməyib, nələr vəd verməyib.
Şikayətlərin çoxaldığını görən Zakir Fərəcov müavininin yerini dəyişməklə guya problemdən çıxış yolu tapıb. Ancaq problemlər yerində qalıb, zərərçəkənlər geri çəkilmək istəmirlər, öz pullarını tələb edirlər. Yeri gəlmişkən, Fəzail Hüseynov Mərdəkandakı tayı-bərabəri olmayan villasını satsa, iş adamlarının pulunu ödəyə bilər.
Digər tərəfdən axı Sumqayıtın abadlığı üçün dövlət büdcəsindən milyonlarla vəsait ayrılmışdı. Görəsən, o pullar hara xərclənib ? Həm də ölkə başçısı cənab İlham Əliyev bu yaxınlarda öz çıxışında qeyd etdi ki, BİZƏ BELƏ ABADLIQ LAZIM DEYİL...
Bu sadəcə, abadlıq deyildi. Təsəvvür edin, Sumqayıtda Bulvarda Bayraq Meydanı da inşa olunub. Azərbaycan Respublikasının dövlət bayrağı meydanda 42 metr hündürlüyündəki bayraq dirəyi üzərində dalğalanır. Bulvarda 100 min ağac, 500 mindən çox müxtəlif gül kolu əkilib, 60 min kvadratmetr sahədə çəmənlik salınıb, işıqlandırma sistemi qurulub. Park-bulvar kompleksində 10 min oturacaq qoyulub. Beş yerdə böyük fəvvarə kompleksi tikilib, su təchizatı və kanalizasiya şəbəkəsi yaradılıb. Kompleks boyunca 12 min poqonmetr uzunluğunda piyada yolu salınıb, mühafizə kameraları, monitorlar quraşdırılıb.
Bulvarda kiçik ölçülü gəzinti avtobusları və avtomobil yolu ilə yanaşı, velosiped idmanı ilə məşğul olmaq istəyənlər üçün də 3 metr enində xüsusi hərəkət zolağı salınıb. Bununla yanaşı, 3 kafe-çay evi, istirahət obyektləri, attraksionlar, kinoteatr, tennis kortu, futbol meydançaları salınıb. Yəni möhtəşəm işlər görülüb. Amma əvəzində iş adamları müflis olub, fəhlələr öz əmək haqlarını ala bilməyib, mal-material sahibləri çarəsiz durumda qalıb. Əvəzində Fəzail Hüseynovlar milyonçu olub. İndi də icra başçısı olmaq eşqinə düşüb.
Görəsən, Zakir Fərəcovun Fəzail Hüseynova bu boyda etimadının arxasında nə dayanır ?
Başçı bilmir ki, Fəzail Hüseynov özündən böyük vəzifəli şəxsi görən kimi “Bizim külfət də sizin rayondandır” deyib yağlı dilini işə salır, özündən zəifi isə həbslə hədələyir.
Söhbət külfətdən-arvad-uşaqdan düşmüşkən, görəsən Fəzail Hüseynov külfətini uzaq İtaliyaya istirahətə göndərəndə külli miqdarda borc aldığı biznesmenin pulunu indiyədək niyə qaytarmır? Adam olan başqasının pulu ilə belə hərəkət etməz, cənab Fəzail Hüseynov...
Sonda ümid edirik ki, ölkəmizdə həyata keçirilən islahatlar, hüquq-mühafizə orqanlarını nəhayət tərpədəcək və Sumqayıt məsələsi ciddi araşdırılacaq və Fəzail Hüseynovlar layiq olduğu “cəza”nı alacaq.
Prezident əbəs yerə demədi ki, heç kim toxunulmaz deyil, hər bir məmur layiq olduğu cəzanı alacaq.
NUH.AZ
Paylaş:
Müəllif : Yazar
Tarix:17-02-2020, 09:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-02-2020, 09:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45