reklam
Regionxeberlericom.az » Sosial » Alpout kəndindən olan milyarder qardaşların maxinasiyaları - ABDULLAYEVLƏRİN BİZNESİ NECƏ ÇÖKDÜ...

reklam

Alpout kəndindən olan milyarder qardaşların maxinasiyaları - ABDULLAYEVLƏRİN BİZNESİ NECƏ ÇÖKDÜ...


2019-cu ilin dekabrında Rusiyanın Sankt-Peterburq şəhərində sirli azərbaycanlı milyarder Müşfiq Abdullayevin SPAR və “Narodnaya semya” supermarketlər şəbəkəsinin bağlanması barədə xəbər vermişdik. Təchizatçılar və kreditorlar qarşısında nəhəng borcları yaranan M.Abdullayev Yeni il ərəfəsi Dubaya uçmaq istərkən aerportda saxlanılmışdı və polisdə “profilaktik söhbətə” cəlb ediləndən sonra onun supermarketlər şəbəkəsinin işçiləri aylardır ala bilmədikləri əmək haqlarını almağa başlayıb. Doğrudur, 2 faizini çıxmaqla.

Virtualaz.org xəbər verir ki, life.ru portalı Müşfiq Abdullayevin biznesinin lap əvvəldən “fırıldaq və maxinasiyalar” üzərində qurulduğunu iddia edir. Belə ki, onun şirkəti Kareliyada, Peterburqda, Leninqrad vilayətində işçilərin əmək haqlarını əvvəllər də sistematik olaraq ödəməyib, yaxud qeyri-leqal işçi əməyindən istifadə edib.

Müşfiq Abdullayev və onun qardaşı Allahverdi Abdullayevin barəsində çox az məlumat var idi. M.Abdullayev publik şəxs deyil və cəmi bir dəfə-2018-ci ildə biznesinin çökməyə başlaması ilə bağlı RBC-ya müsahibə vermişdi.

İndi isə məlum olur ki, Abdullayev qardaşları Azərbaycanın Alpout kəndindəndir, (bu adda kənd həm Ucar, həm Qazax rayonunda mövcuddur,-red.) 90-cı illərin sonlarında Rusiyaya gedərək alverə başlayıblar. Əvvəlcə onların şirkəti konservlərin, makaron və tütünün alveri ilə məşğul olub. 2003-cü ildə onlar ilk ticarət şəbəkəsini qurublar və dörd il sonra Abdullayev qardaşlarının “İntertorq” şirkəti Sankt-Peterburqda 35 universam açıb. 2011-ci ildə isə Abdullayevlər SPAR transmilli ticarət şəbəkəsinin mağazalarını alıb. 2017-ci ildə onların artıq 468 supermarketi vardı və biznesmenlər sonrakı bir neçə ildə bizneslərini iki dəfə böyütməyi planlaşdırmışdılar.

Abdullayev qardaşları bizneslərini böyütmək üçün “Sberbank”dan kreditlər götürüblər, amma məlum olur ki, onların mağazalarında işləyənlər vaxtaşırı olaraq əmək haqlarını ala bilməyiblər, bir-iki ay işlədikdən sonra işdən çıxarılıblar. Və işdən çıxarılanların yerini yeniləri tutub.

Məsələn, atasız uşaq böyüdən Nadejda Farkova 2015-ci ildə eşidib ki, yaşadığı Petrozavodskda “Narodnaya semya” supermarketi açılıb. Qadın ora kassir işinə düzəlib. Amma nəyə görəsə onu işə götürən şirkət Murmanskda qeydiyyatdan keçmişdi. Elə ilk aylardaca Farkovaya maaş vəd olunandan az verilib, daha sonra personaldan digər firmaya işə keçməyi tələb ediblər. Farkova bunun səbəbini soruşanda ona deyiblər ki, istəmirsə işdən çıxa bilər.

“Mən düşünürdüm ki, onlar sanballı ticarət şəbəkəsidir, amma məlum oldu ki, başdan ayağa “atanşiklərdir”,-qadın deyir. O, Murmansk prokurorluğuna şikayət edəndən sonra nəhayət maaşını ala bilir. Amma məlum olur ki, qadına maaşı ödəyən tamam ayrı firmadır. Abdullayev qardaşları çoxsaylı “birgünlük” firmalar təsis edərək həm qeyri-leqal işçilər çalışdırıblar, həm dolaşıq sxemlərlə vergidən yayınıblar.

2019-cu ilin sonlarında Abdullayev qardaşlarının “İntertorq” şirkətinə qarşı təchizatçılar və kreditorlar üst-üstə 15 milyard rubl iddia qaldırıblar. Və ucarlı biznesmen qardaşlar vəziyyətin xarab olduğunu görərək özləri şirkətlərini bağlayıblar. Fevralın əvvəllərinə olan məlumatlara görə təchizatçı şirkətlər tərəfindən M.Abdullayevə qarşı borc iddialrı qar topası kimi artır. Üstəlik o, cinayət məsuliyyətinə də cəlb oluna bilər. Təchizatçılar hüquq-mühafizə orqanlarına şikayət edərək biznesmenin əməllərinə qiymət verilməsini tələb ediblər. Onun offşor şirkəti Monakoda qeydiyyatdan keçib və ehtimal edilir ki, Abdullayev qardaşlarının götürdükləri çoxsaylı kreditlərin, gəlirlərin bir qismi həmin şirkətin hesablarına köçüb.


Paylaş:


Müəllif : Tarix:
17-02-2020, 10:55
Sikayət   


loading...
Загрузка...