reklam
Regionxeberlericom.az » Sosial » "İsgəndər bəylə bağlı bizi ümidləndirən hallar olsa da..." - Keçmiş nazirin SON DURUMU

reklam

"İsgəndər bəylə bağlı bizi ümidləndirən hallar olsa da..." - Keçmiş nazirin SON DURUMU


Yanvarın 24-dən komaya düşən sabiq daxili işlər naziri İsgəndər Həmidovun səhhətində heç bir ciddi irəliləyiş yoxdur. Sabiq nazirin nə zaman komadan ayılacağı barədə həkimlər dəqiq bir fikir söyləyə bilmir. Onunla bağlı yeganə sevindirici hal odur ki, durumunda geriləmə yoxdur.

Sabiq nazirin müalicə həkimi professor, “City Hospital”ın həkimi Adil Qeybulla: “Facebookda bəziləri tez-tez şayiələr yayırlar ki, İsgəndər Həmidov vəfat etdi, yaxud durumu kəskin pisləşdi və s. Bunları etmək doğru deyil. Onlar düşünsünlər ki, İsgəndər bəyin yaxınları, dostları var. Belə xəbərlər onları sarsıdır. Bunları mütləq nəzərə almaq lazımdır. İsgəndər bəyin vəziyyəti kritik ağır olaraq qalır. Amma ümidverici hal odur ki, geriləmə yoxdur. İntensiv şəkildə müalicə gedir. Gözünü aça bilir, çağıranda hiss edirsən ki, eşitmə var, ağrıya reaksiya verir.

Bütün bunlar həyat elementləridir. Ona görə də məlumat yayanlar bunları nəzərə almalı, onun qohum-əqrəbasının olduğunu unutmamalıdırlar. İsgəndər bəylə bağlı bizi ümidləndirən hallar olsa da, onun sağalacağı barədə 100% əminliklə danışmaq mümkün deyil. Beyin komasında olan xəstələr barədə proqnoz vermək çox çətindir. Birdən-birə pisləşmə də gedə bilər, ayılma da. Son 6 ayda gözümüzün qabağında xeyli xəstələr olub ki, onlardan dünyasını dəyişənlər də, birdən-birə sağalanlar da olub. İsgəndər bəyin komaya düşməsindən 25 gündən artıq vaxt keçib. Bu müddət ərzində o, kritik dövrdən çıxıb, nisbətən stabilləşib. Amma durumu ağır olaraq qalır. Həyat elementləri olduğu üçün müalicə davam etdirilməlidir. Ondan əlimizi üzə bilmərik. Onun yanına heç kəsı buraxmırlar. Amma buna baxmayaraq, xəstəxanaya gələnlər kifayət qədər çoxdur. Gəlib, durumu ilə maraqlanırlar, qohumları ilə söhbət edirlər. İsgəndər bəy komadan ayıldıqdan sonra beyninin hansı itkilərlə çıxacağı məlum olacaq. Xəstə ağıl elementləri olmaqla da, olmamaqla da ayıla bilər. Hansı itkilərin olacağını indidən demək olduqca çətindir”.
“Yeni Müsavat”


Paylaş:


Müəllif : Tarix:
20-02-2020, 09:14
Sikayət   


loading...
Загрузка...