İcra hakimiyyətləri yeni idarəetmə modelinə keçməlidir - GƏLİŞMƏ
Ötən ilin əvvəlindən başlayan islahat dalğası bütövlükdə cəmiyyəti əhatə etməyə kifayət etdi. İlin ortasında başlayan sosial və kadr islahatları, 4 milyona yaxın şəxsin maddi vəziyyətinin yaxşılaşması, eyni zamanda büdcəyə yük kimi qalmaqda davam edən oxşar nazirliklərin birləşdirilməsi bu islahatlara daxil idi.
Dövlət başçısı ilə xalqın birliyi sayəsində formalaşan güc Prezidentə imkan verdi ki, sonrakı dönəmdə islahatlarla ayaqlaşa bilməyən Milli Məclisi buraxsın və islahatlarla ayaqlaşa bilən yeni parlament formalaşdırılsın.
Növbədənkənar parlament seçkiləri keçirildi. Seçkilər rayonlarda icra hakimiyyətlərinin əksəriyyətinin islahatlarla ayaqlaşa bilmədiyini, köhnə qaydalarda ilişib qaldıqlarını üzə çıxardı. Bu isə seçkidən sonra rayon icra hakimiyyətləri sistemində islahatların, icra sisteminin bütövlükdə ASAN-laşdırılmasının zəruriliyini bir daha ortaya çıxarmış oldu.
Bu qənaətdə olan siyasi analitik Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, şübhəsiz, istənilən seçki ictimaiyyətin əksər hissəsini qane etməli, xalq tərəfindən legitim hesab olunmalıdır. Əksər rayonların icra başçıları isə xalqda seçkiyə inamı sarsıtmaqla məşğuldurlar. Son seçkilərdə də belə oldu: “Demokratik ölkələrdə hakimiyyətin mənbəyi xalqdır. Xalqın istənilən siyasi prosesə münasibəti prosesin beynəlxalq səviyyədə də qəbul olunmasına kömək edir, xalqın etirazları isə əksinə, seçkilərin qeyri-legitimliyinə təsir göstərir. İctimai rəyin şübhəsiz ki, legitimləşdirilməsi və xalqın seçkiyə, seçki yolu ilə formalaşan orqanlara inamının olması da vacibdir. Bunun üçün demokratiyanın bərqərar olunması, azad seçkilərin keçirilməsi ən vacib şərtdir. Xalqın rəğbətini yalnız bu yolla qazanmaq olar. Seçkiyə legitimlik yaratmaq istənilən siyasi sistemin qarşısında duran ən mühüm tələbdir. Bu, demokratik dövlətlər üçün də, demokratiya yolunda inkişaf etmək istəyən ölkələr üçün də mühüm şərtdir. Burada hakimiyyətin, cəmiyyətin və ayrı-ayrı fərdlərin öz məsuliyyəti vardır.
Bütün bunların fonunda islahatlara inamın itirilməməsi, xalqın məyusluq hisslərinin yenidən dövlətə, onun rəhbərinin elan etdiyi islahatlar kursuna etimadın artırılması üçün proses davamlı, möhkəm, dönməz xarakter almalıdır. Xalqın böyük bir qismi hesab edir ki, hakimiyyətdə sabotajçı qüvvələr var və onlar prosesə mane olurlar. Bir sıra rayonların icra başçıları, icra hakimiyyətləri sabotajçı qüvvələrlə işbirliyindədir. Sabotajçıların bir qismi hakimiyyətdən uzaqlaşdırılsa da, digər hissəsi hələ də qalır, yaxud proseslərə həlledici təsir göstərə bilirlər. Xarici qüvvə amili də istisna edilmir, bütün bunların qarşısını almaq üçün xalq daha qətiyyətli addımlar gözləyir. Atılması vacib olan addımlardan biri də yerlərdə icra hakimiyyəti sisteminin ASAN-laşdırılmasıdır".
AMİP-in sədr əvəzi Arzuxan Əlizadə isə bildirdi ki, parlament seçkiləri ölkədə ciddi islahatlara start verilməsi barədə ən yüksək səviyyədə səslənən fikirlərin, hakimiyyət komandasında bilavasitə əvvəlki seçkilərin keçirilməsində adları mənfi mənada hallanan hakimiyyət mənsublarının görəvdən alınması və bir sıra sahələr üzrə müsbətə doğru bəzi addımların atılması fonunda elan olundu ki, bu da cəmiyyətin siyasiləşmiş kəsimini bu seçkilərin əvvəlkilərdən fərqli olaraq daha demokratik ortamda keçiriləcəyinə ümidləndirdi: “Nəticədə bu sadalananlar səbəbi ilə seçkilərə əvvəlkilərdən fərqli olaraq daha çox şəxs qatıldı və namizədliklərin qeydiyyata alınması prosesində əvvəlkilərdən fərqli olaraq bəzi istisnalarla daha az maneələrin yaradılması insanlarda seçkilərin bütövlükdə daha demokratik keçiriləcəyinə inam yaratdı. Yalnız yerlərdə bir sıra namizədlərə imzaların toplanmasında və namizədliklərinin qeydiyyata alınmasında bəzi müdaxilə halları oldu ki, çoxları bu pozuntu və müdaxilələri daha çox yerli icra strukturlarının ayağına yazdılar. Bir çox rayonlarda icra hakimiyyəti başçılarının seçkiyə müdaxiləsi barədə xəbərlər isə seçki günü daha çox oldu. İlk dəfə olaraq seçki məntəqələrində baş vermiş ciddi qanun pozuntularının videogörüntülərinin kütləvi şəkildə çəkilərək sosial şəbəkələrdə yayılması ictimai rəydə seçkilərə mənfi münasibətin formalaşdırılmasında əhəmiyyətli rol oynadı. Yalnız bütövlükdə seçkilərin nəticələrini ləğv edərək yeni parlament seçkiləri keçiriləcəyini elan etməklə ictimai fikirdə dəyişikliyə nail olmaq olar ki, bu da hazırkı vəziyyətdə imkansız görünür. Lakin yaranmış vəziyyətdən çıxış yolları da yox deyil. Bunun üçün hesab edirəm ki, ilk növbədə heç olmazsa daha çox qanun pozuntularının olduğu danılmaz faktlarla sübuta yetirilən və daha çox qıcıq doğuran seçki dairələrinin nəticələri ləğv olunmalı və həmin seçki dairələrində yaxın müddət ərzində təkrar seçkilər keçirilməsi barədə qərar verilməlidir. Rayon icra hakimiyyətləri sistemində çox ciddi islahatlar aparılmalıdır. Növbəti addım olaraq, hazırkı seçkilər nəticəsində formalaşmış parlament keçid parlamenti elan olunmalı, ardınca proporsional seçki sisteminin bərpasını və seçki komissiyalarının fərqli formatda yenidən təşkili də daxil olmaqla, mövcud seçki qanunvericiliyində ciddi dəyişiklikləri nəzərdə tutan referendumun keçirilməsi barədə siyasi qərar verilməlidir. Referenduma çıxarılacaq məsələlərlə bağlı geniş ictimai müzakirələrə start verilməli, ən geci cari ilin sonunadək referendum, referendumdan dərhal sonra isə yeni qanunvericilik əsasında yeni parlament seçkiləri keçirilməlidir.
Təklif etdiyimiz dəyişikliklər heç bir halda Prezident hakimiyyətinə təhlükə yaratmır. Əksinə, hesab edirəm ki, bu addımları atmaqla mövcud iqtidar elan olunmuş islahatların davamlı olacağına insanlarda bir əminlik yaradar və özünə əlavə divident qazanar. Bu addımlar xalqda seçkiyə inamı da yüksəldər".
Paylaş:
Müəllif : Yazar
Tarix:21-02-2020, 10:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-02-2020, 10:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16