İsmayıl Vəliyevin qollarındakı qandal... – Yaxud keçilərin SİNFONİYASI
Onu sonuncu dəfə 10 gün əvvəl rayondakı yas məclislərinin birində görmüşdüm. Yas məclisindəyik və anidən içəri əynində köhnəlmiş (ətəyi də qısa) kostyumda hündürboylu bir adam girir və bizim stola yaxınlaşıb deyir: “İsmayıl müəllim gəlir, tez bu stolu tərk edin”. Əvvəl bu adamın kimliyini, nə demək istədiyini başa düşmədim. Sonra yanımdakılar “polis rəisi Vüsal Şəbəndiyevdir. İcra başçısı ilə yasa gəlib. Ona görə bizi qaldırırlar” dedilər.
Əlbətdə bu mənə çox qəribə gəldi və “icra başçısı yasa gəlirsə gəlsin, daha biz niyə ayağa qalxmalıyıq” deməli oldum. Məclis sahibinə hörmətdən, əlavə söz-söhbət yaranmasın deyə bir balaca sola da çəkildim. Budur Əlahəzrət İsmayıl Vəliyev və əsabələri məclisə daxil oldu.
Əynində həbs olunduğu zaman hamının gördüyü geyimi ilə bərabər – dizləri ağarmış cins, siqaret gözü düşüb deşilmiş gödəkçə, siqareti də əlində… Bu “adam” yazıq Neftçalanın icra başçısı idi. Bu gün DTX tərəfindən rüşvətlər aldığı üçün həbs olunan İsmayıl Vəliyev…
Jurnalist kariyeram boyu İsmayıl Vəliyevin “fəaliyyəti” ilə bağlı saysız yazıların sahibiyəm. Əslən Neftçalalı olduğum üçün bu rayonun problemləri həmişə diqqətimdə olub. İsmayıl Vəliyev və onunla birgə həbs olunan insanların məlum fəaliyyyətini həmişə tənqid etmişəm. Təzyiqlər də olub, hədələr də. Amma İsmayıl Vəliyev bəlli əməllərindən çəkilmədən düz 9 il Neftçalada at oynatdı.
İndi isə Dövlət Təhlükəsizliyi Xidmətinin İsmayıl Vəliyev və onun rayonu sözün həqiqi mənasında inkişafdan qoyan əlaltılarından təmizlənməsi böyük hadisədir. Ölkədə aparılan islahatlar fonunda icra başçılarının, ümumiyyətlə rüşvətə meyilli məmurların hədəfə alınmsı, həbs edilməsi və ya gələcək inkişaf üçün dəyişdirilməsi kifayyət qədər ciddi addımlardır. İsmayıl vəliyevlərin təmizlənməsində əməyi keçən hər kəsə bir neftçalalı olaraq təşəkkür edirəm.
Həmçinin Neftçala icra başçısı İsmayıl Vəliyevin, müavini Vurgun Əkbərovun, baş həkim Telman Zahidovun və rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimovun eyni əməliyyatla həbsi rayonun gələcəyi üçün böyük tövhədir. Təsəvvür edirsinizmi ki, Neftçala rayonu üçün nə boyda imkan yaradılıb? Yeni icra başçısı, yeni birinci müavin, yeni baş həkim, yeni təhsil şöbəsinin müdiri, yeni və yeni kadrlar. Hətta yeni millət vəkili… Bundan böyük şans ola bilməz…
Əslində İsmayıl Vəliyevin fəaliyyətinə qiymət vermək, əməllərini müzakirə etmək, rayona vurduğu ziyanları sadalamaq istəmirəm. Rayonun vəziyyəti və insanların yaşam səviyyəsi ortadadır. Görünən dağa nə bələdçi… İsmayıl Vəliyev, onunla birgə həbs olunan və ya yaxın günlərdə öz vəzifələri ilə vidalaşacaq məmurlar Neftçalanın üz qarası idi və bu adamların fəaliyyəti yalnız öz ciblərini düşünməyə hesablanmışdı.
İsmayıl Vəliyev əsl rüşvətxor icra başçısı idi. Rüşvətin peşəkar yollarla əldə olunmasını bəlkə onun qədər kimsə bilmirdi. Bütün günü kef məclisləri təşkil etmək, özünə məxsus heç bir sənədi olmayan “Yurdum” restoran və hotelində əylənmək onun hobbisi idi.
Həbs olunan zaman əynindəki geyim onun icra başçısından daha çox bazar adamına oxşadırdı. Çünki o, əsl bazar adamı idi, rüşvətxor, və sairə. Damağından siqaret düşməyən bu “icra başçısı” üçün Neftçala sahibsiz bir yer, neftçalalılar isə məzlum bir insanlar hesab olunurdu. Amma deməli heç də elə deyilmiş…
İsmayıl Vəliyev Neftçaladan yalnız belə, qolları qandallı getməli idi. Çünki, o çox ailələri gözüyaşlı, bir tikə çörəyə möhtac qoymuşdu. Bir qədər də dərinə getsək o, Neftçaladan qolu qandallı getməsinə sevinməlidir. Bəlkə də kəfənə bükülü gedə bilərdi. Hər halda həbsxana qəbrdən pis olmaz. Anlaya bilirsinizmi ki o və onlar nələr edirdi? Hansı iyrənc addımlr atırdılar? Baş həkim Telman Zahidovla İsmayıl Vəliyevin və diğər məmurun dostluğunu daha dərin araşdırmaq lazımdır. Telman Zahidov yalnız rüşvətmi alırdı və ya verirdi? Xəstəxanada daha başqa hansı iyrənc əməllərə imza atılır? Rayon gənclərini bu xəstəxanada necə zəhərləyirlər? Kimlər zəhərləyir? Bu ölümə daha hansı məmurlar göz yumur?
Rayon mərkəzindəki məktəb direktorları kimlərdir? Onların ailələrində hansı ciddi problem yaşanır? Rüşvət verən və alan Təhsil şöbəsinin müdiri Əjdər Kərimov niyə belə adamları direktor kimi vəzifədə saxlayırdı? Əjdər Kərimov özü hansı əməllərlə məşğul idi? Təbii ki, bu hallar araşdırılacaq, hər kəs öz cəzasını alacaq. Bu prosses başlamışkən kompleks həll olunmalıdır. Daha kimlər həbs olunmalıdır? Daha kimlər işi ilə vidaşalmalıdır? Daha kimlər rayon sakinlərinin həyatını göy əskiyə büküb? Rayon Qaz İstismar İdarısi müdirini də bir az silkələmək gərəkdir. Ondan mütləq nəsə töküləcək.
Və beləcə Neftçala və rayon sakinləri üçün böyük dönəm başlayır. Yəqin ki, yaxın günlərdə yeni icra başçısı təyin ediləcək. Bu rayonda daha peşəkar, savadlı və rayonu idarə edə biləcək, rüşvətdən uzaq kadrlar var. Belə kadrları İsmayıl Vəliyev hansısa kiçik idarələrdə çürüdürdü. O çalışırdı ki, yuxarı instansiyalar belə gənclərin varlığını hiss etməsin, onlardan dövlətin gələcəyi üçün istifadə olunmasın. Amma indi əsl imkan, əsl zamandır.
Neftçala aparılan islahatlar fonunda bir addım daha öndədir. Rayonun əsas güc fiqurları yenilənəcək, sakinlər bir qədər nəfəs ala biləcək. Hodru meydan!, bundan sonra Neftçala üçün yaşıl işıq. Amma gərək yeni icra başçısı bu rayonda ciddi işləsin və illərdir qalan problemləri mərhələli həll etsin. Bu rayonu dircəltmək o qədər də uzun vaxt almaz. Rayon sakinləri sakit, qonaqpərvər, savadlı və işgüzardır. İsmayıl Vəliyevin xarabaya çevirdiyi Neftçalanı qısa müddətdə özünə qaytarmaq mümkündür. Bu rayona kim təyin olunacaqsa hər bir neftçalalı dəstək verməli, köməyini əsirgəməməlidir.
İsmayıl Vəliyevi, onun rüşvətxor komandasının üzvlərini, Gültəkin Sadıqovanı və diğərlərini unudun, əziz neftçalalılar. Onların əllərində rüşvət, alınlarında rüşvətxor damğası var.
İsmayıl Vəliyev və komandası keçi südünü eşşək südünə qarışdıranda qabaqlarına nə gələcəyini anlamalı idi…
Ədil Hüseynli //bizimxeber.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:22-02-2020, 10:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-02-2020, 10:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08