reklam
Regionxeberlericom.az » Sosial » Gömrük sistemimizdə "KORONA TƏHLÜKƏSİ"... - Səfər Mehdiyevin idarəsi ƏN ZƏİF BƏNDDİR...

reklam

Gömrük sistemimizdə "KORONA TƏHLÜKƏSİ"... - Səfər Mehdiyevin idarəsi ƏN ZƏİF BƏNDDİR...


Dünyanın bir çox ölkələri koronavirusla daha effektli mübarizə aparmaq üçün Çinlə bütün ticarət və turizm əlaqələrini dayandırmışdır. Çünki virusun məhz bu yolla digər dövlətlərə yayıldığı məlumdur.

Ovqat.com-un məlumatına görə, dünyanın üz çevirdiyi Çin itirdiklərinin bir qismini Azərbaycan kimi ölkələrə ixracatını artıraraq kompensasiya etməyə çalışır.

Dövlət Gömrük Komitəsinin rəsmi statistik məlumatları da bunu təsdiqləyir.

Məlumata görə, bu ilin yanvar ayında, yəni koronavirusun tam yayıldığı bir zamanda iki ölkə arasındakı ticarət dövriyyəsi nə az nə çox 33% artıb.

Məlumatda billdirilir:

“Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi 120 072,5 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin yanvar ayı ilə müqayisədə 29 819,9 min dollar və ya 33% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu ilin yanvar ayında ixracın həcmi 3 309,3 min dollar və ya 2,2 dəfə artaraq 6 080 min dollar, idxalın həcmi isə 26 510,6 min dollar və ya 30,3% artaraq 113 992,4 min dollara çatıb.

2020-ci ilin yanvar ayında 107 912,4 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 23 201,3 min dollar və ya 27,4% çoxdur”.

Qeyd edək ki, Azərbaycan işbazlarının bu addımı 3 ehtimalla izah oluna bilər: bu adamlar ya təhlükənin fərqində deyillər, ya da kimlərsə qəsdən ölkədə epidemik xəstəliklər yayaraq hökuməti zəiflətməyə çalışırlar. O da mümkündür ki, koronavirus böhranından sonra Çin bazarında yaranmış ucuzluq Azərbaycan iş adamlarının marağını bu ölkəyə cəlb edib. Amma bu halda da kimlərinsə tamahı Azərbaycanı ciddi təhlükə qarşısında qoyur.

Nə yazıq ki, versiyalardan hansını doğru olduğunu araşdırmaq imkanında deyilik. Ümidvarıq ki, dövlətin müvafiq qurumları Azərbaycan xalqının sağlamlığını risk altında qoyan bu hadisənin əsl səbəbini araşdıracaq. Ən azı ona görə ki, həmin təhlükəli məhsulların Çindən idxal edilməsinin üzərindən hardasa bir ay zaman keçir. Bu bir ay ərzində həmin məhsulların nə qədər və kimlərə satıldığını, virus daşıyıcısı olub-olmadığını yoxlamaq dövlət qurumlarının birbaşa borcudur. Zira sağlam yaşamaq hüququ hər bir insanın fundamental haqqıdır və bu haqq dövlət tərəfindən qorunmalıdır.
Ovqat.com


Paylaş:


Müəllif : Tarix:
24-02-2020, 10:37
Sikayət   


loading...
Загрузка...