Həbsə alınan icra başçılarının susqunluğunun sirri bilindi - İLGİNC
Azərbaycanda son 3 ay ərzində 2 icra başçısı həbs olunub. İlk olaraq qolundakı bahalı saatı açılaraq dəmir qandal vurulan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev oldu. Onun işi üzrə istintaq davam etdiyi bir vaxta Dövlət Təhlükəsizlik Xidməti daha bir əməliyyatı Neftçala rayonunda gerçəkləşdirdi. Bu dəfə dəmir qandalları rayonun icra başçısı İsmayıl Vəliyevin qollarına vurdular.
Ötən 3 ay ərzində Nizaməddin Quliyevlə bağlı mətbuatda müxtəlif səpkili yazılar dərc olunub. Həmin yazılara Nizaməddin Quliyevin yaxınları, onun vəkili heç bir reaksiya vermirlər. Başçının 2 övladı var. Onun oğlu Məhərrəm Vəliyev atası həbs olunana qədər Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində rəis müavini vəzifəsində çalışırdı. İsmayıl Vəliyevin həbsindən sonra onun da yaxınlarının, vəkillərinin səsi gəlmir.
Bu cür gedişat nədən xəbər verir? Həbsə alınan icra başçılarının susqunluğunun səbəbi nədir?
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı “Yeni Müsavat”a deyib ki, icra başçılarının əksəriyyəti son dərəcədə xəsisdir: “Bu adamlar özlərinin müdafiəsini, sadəcə, təşkil etməyə pul xərcləmək istəmirlər. Özlərinə vəkil belə tutmurlar. Onlara dövlət tərəfindən təyin olunan vəkillər hüquqi yardım göstərir, müdafiə edir. Bu adamlar, ümumiyyətlə, özlərini müdafiə etmirlər. Hətta apelyasiya şikayəti də vermirlər, həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsinə belə cəhd etmirlər. Bu adamlar çox gözəl bilirlər ki, cinayətkardırlar. Digər tərəfdən, adamlar bilirlər ki, dövlət məmurudurlar və qələmləri yuxarıdan qırılıb. Qurbanlıq qoyunlar kimi nə vaxt, necə kəsiləcəyi günü sakitcə gözləyirlər. Müdafiə hüquqlarını ağıllarından belə keçirmirlər, hətta qorxurlar ki, birdən özlərini müdafiə edərlər və bu daha çox qəzəbə gəlmələrinə səbəb olar. İçində olduqları sistemin özəlliklərini və keyfiyyətlərini bilirlər”.
Əvəz Zeynallı həbs alınan icra başçılarının aktiv müdafiə mövqeyinə gələ biləcəkləri ehtimalının da olduğunu deyir: “Ortada Cahangir Hacıyev, sabiq MTN-çi İlqar Əliyev nümunələri var. Adamlar gözləyirlər ki, daha ağrısız kəsiləcəklər. Amma görəndə ki, rejimin amansız çarxları bunları məhv edir, başlayırlar bar-bar bağırmağa, bu da çox vaxt gec olur. Gedib ”zon"a düşəndə görürlər ki, 14-15 il həbsdə qalmalı olacaqlar, o zaman etiraz səsləri qulaq batırır. Ya da MTN-in Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev kimi istintaq dövründə görürlər ki, vəziyyət onların düşündüyü kimi getmir, başlayırlar biz danışarıq, bizdə belə şeylər var, onda da Bakı İstintaq Təcridxanasında asılı şəkildə aşkarlanırlar. Amma ümumilikdə səssiz oturub hadisələri öz axarına buraxırlar. Gözləyirlər ki, iş verilsin, alınan-verilən məsələlər başa çatsın və apelyasiya instansiyasında, Ali Məhkəmədə işi azaldırlar. 3-4 il həbsdə yatıb sonra şərti cəza ilə azadlığa çıxırlar. Biz “Rabitəçilərin işi”ndə də, “MTN-çilərin işi”ndə də bunu görmüşük. Baxın, “Rabitəçilərin işi”ndə həbs alınanlardan “içəridə” olanı var? “MTN-çilərin işi”ndə həbs olunanların əksəriyyəti azadlıqdadır. Adamlar illərlə dövlətin, xalqın malını hər kəsin gözü qarşısında talayıblar. İndi də hər kəsin gözü qarşısında adamları açıb buraxırlar. İcra başçıları da bunu bilir, görür və düşünür ki, o işlər üzrə tutulanlara nə oldu ki? Adamlar büdcədən böyük pullar oğurlayırlar və həmin pulların bir qisminin hesabına da canlarını uzunmüddətli həbsdən qurtaracaqlarına əmindirlər".
Əvəz Zeynallı deyir ki, bu gün “qara maskalı oğlan”ın rayonların hər birində əməliyyat tədbiri keçirməsinə çox ciddi əsaslar var: “Bu əməliyyatları planlaşdıranlar açsınlar interneti və istənilən rayonun icra başçısı ilə bağlı axtarış versinlər. Görəcəklər ki, mətbuatda elə faktlar var ki, bunlar dərhal araşdırma tələb edir. İstənilən icra başçısını bu gün həmin o Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev, Neftçalanın icra başçısı İsmayıl Vəliyev kimi həbs etməyə yetərlidir. Bu gün baş verənlər konyuktura ilə oynamaqdır. 3 ay əvvəl Nizaməddin Quliyevi həbs etdilər, indi də bir başqası həbs olundu. Bunların da sayı 75-dən yuxarıdır. Ya bütünlüklə bu adamların hamısını həbs etmək lazımdır, ya da kardinal dəyişiklik etmək lazımdır ki, vəziyyət dəyişsin. Dövləti rayonlarda təmsil edən şəxslərin hər birinin həbsi üçün çox ciddi əsaslar var. İsmayıl Vəliyevin Neftçalada eşşək ferması saxlaması mətbuatda çoxdan var. Onun orada camaatı işlədib dövlətin kasıblara ayırdığı kartlarla əmək haqqı verməsi də bilinirdi. Xaçmazın uzun illər icra başçısı olmuş Şəmsəddin Xanbabayev dövlətin kasıblara ayırdığı sosial kartların 400-nü cibinə qoyub həmin pullarla Kislovodskiyə istirahətə getməyi, istirahətini həmin pullardan xərcləməklə gerçəkləşdirdiyini də mətbuat yazıb. Adam bu gün Xaçmazdadır. Oturub şad-xürrəm kefindədir. Əslində isə onun yaşına-başına baxmadan dərhal çağırıb həbs etməlidirlər. Adam, faktiki, dövlətin əhalinin aztəminatlı hissəsinə ayırdığı sosial iş yerlərinin pulunu cibinə qoyub. Bu cür fakt ortadadır və təkzib olunmur. Şəmkirin icra başçısı Alimpaşa Məmmədov orada 40 kəndin suyunu kəsib və özünə qızıl balıq saxlayır. Həmin balıqlara müxtəlif növ kimyəvi maddələrdən ibarət yem verilir. Və həmin çirkab su axıb 40 kəndə gedir, əhali də içmək məcburiyyətindədir. Belə məlumatlar mətbuatda kifayət qədərdir. Bu adamlar bu gün yerlərdə mütəşəkkil cinayətkar dəstə rolundadır”.
Əvəz Zeynallı deyir ki, icra başçıları təyinatı seçkili olmalıdır: “Azad və müstəqil media olmalıdır ki, icra başçılarına media nəzarəti, ictimai qınaq təsir edə bilsin. Yeni icra başçılarını heç kim tanımır. Onların xalqa və mediaya heç bir bağlılığı yoxdur. Ona görə də biri gedir eşşək ferması, digəri qızıl balıq, bir başqası donuzçuluqla məşğul olur. Bu adamlar xalqa hesabat versələr, belə əməlləri ağıllarının ucundan belə keçirə bilməzlər. Bu gün icra başçılarının əksəriyyəti haqda mətbuatda bəs deyincə məlumat var. Lerikin icra başçısı Rövşən Bağırov var. Mətbuat rayona gedib və camaat videoya dedilər ki, bizim maaş kartlarımız icra başçısındadır. Bu cür məlumatlar dərhal araşdırılmalıdır, başçıları da həbs edilməlidirlər”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:25-02-2020, 11:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-02-2020, 11:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
15-11-2024, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
15-11-2024, 09:42
"İstilik olmadığından uşaqları baxça və məktəblərə göndərmirik" - Naxçıvan sakinləri
14-11-2024, 14:57