reklam
Regionxeberlericom.az » Sosial » Polis Biləsuvarda şəhid məzarının təhqir olunması haqda - TƏKCƏ BAYRAQ APARILIB

reklam

Polis Biləsuvarda şəhid məzarının təhqir olunması haqda - TƏKCƏ BAYRAQ APARILIB


Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupu Biləsuvarda şəhidin məzarının təhqir olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Virtualaz.org-un redaksiyasına göndərilən məlumatda bildirilir ki, şəhid Mahir Məmmədovun məzarının təhqir olunması ilə bağlı iddialar həqiqəti əks etdirmir.

Bildirilir ki, Biləsuvar rayonunun Bəydili kənd sakini Sahib Məmmədov fevralın 21-də DİN-in “102” xidmətinə və Biləsuvar RPŞ-yə müraciət edərək Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş qardaşının qəbrinin üstündən asılan və sinə daşının üzərinə qoyulan dövlət bayraqlarının naməlum şəxslər tərəfindən götürüldüyünü deyib.

“Həmin müraciət əsasında hadisə yerinə baxış keçirilib və müəyyən edilib ki, şəhidin qəbri üzərində olan baş və sinə daşlarında kənar müdaxilə nəticəsində yaranmış heç bir cızıq, sınıq və yazı izləri yoxdur. Lakin qəbir daşının yanında yerə bərkidilmiş dəmir dirəyə sancılmış və sinə daşının üstündə olan bayraqlar yoxdur. Hazırda faktla bağlı araşdırmalar davam edir”, - məlumatda qeyd olunur.

Xatırladaq ki, şəhidin qardaşı S. Məmmədov mətbuata müraciət edərək fevralın 21-də qəbir daşının dağıdıldığını, məzarın üzərindəki bayrağın götürüldüyününü bildirmişdi. Məzarın təhqir olunmasına etiraz əlaməti olaraq Bəydili kənd sakinləri icra hakimiyyətinin qarşına toplaşıb və hadisəni törədən şəxsin tezliklə tapılmasını tələb ediblər.

Qeyd edək ki, şəhid Mahir Füzuli oğlu Məmmədov 1977-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. 1996-cı ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində şəhid olub və Bəydili kənd qəbiristanlığında dəfn olunub.


Paylaş:


Müəllif : Tarix:
27-02-2020, 17:23
Sikayət   


loading...
Загрузка...