Bakıda otelin qarşısında əməliyyat – NARKOTİK ALVERÇİLƏRİ TUTULUB
Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə qabaqcadan əlbir olan bir qrup şəxsin İrandan qaçaqmalçılıq yolu ilə gətirdiyi külli miqdarda narkotik vasitələrin ölkə ərazisində realizə ediləcəyi barədə məlumat daxil olub.
Bakı şəhəri, Binəqədi rayonu, Məmməd Səid Ordubadi küçəsində yerləşən otelin qarşısında Dövlət Gömrük Komitəsi və Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları birgə əməliyyat tədbiri keçirib.
Əməliyyat tədbiri zamanı Azərbaycan vətəndaşı Quliyev Elnur Baloğlan oğlu narkotik vasitələrin alqı-satqısını həyata keçirmək üçün "Lada" markalı, 10-SX-776 qeydiyyat nişanlı minik avtomobili ilə həmin yerə gəlib.
O, özü ilə gətirdiyi sellofan torbanın içərisindəki 1 bağlamada 183 qram heroini, 2 bağlamada isə ümumilikdə1960 qram tiryəki şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satarkən saxlanılıb.
Vətəndaşın üzərində şəxsi axtarış zamanı isə gödəkcəsinin cibində 1 bükümdə 16,4 qram heroin, 2 bükümdə isə ümumilikdə 12,5 qram tiryək aşkar edilib.
İstintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, Quliyev Elnur Baloğlan oğlu bu il fevralın əvvəllərində külli miqdarda narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmək barədə İran İslam Respublikasında istintaqla müəyyən edilməmiş şəxslə telefon vasitəsilə, ölkə ərazisində isə tanışı Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəhrad Xaliq oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib.
Quliyev Elnur Baloğlan oğlu və Abbasov Fəhrad Xaliq oğlu törətdikləri əməlləri etiraf edib və onlar şübhəli şəxs qismində tutulub.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilən həmin şəxslərə müvafiq maddələrlə ittiham elan edilib və barələrində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayətkar qrupun digər üzvlərinin məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq-əməliyyat axtarış tədbirləri davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-02-2020, 15:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-02-2020, 15:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 15:10
Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar: Sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
10-01-2025, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
10-01-2025, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
10-01-2025, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54