Redaksiyalar işi evə “daşıyacaq?” - Media kapitanları nə düşünür?
Dünyada yayılan ölümcül koronavirusdan qorunmaq üçün özəl şirkətlər də müəyyən addımlar atır.
Belə ki, koronavirusla bağlı “Twitter” və “Google” şirkətinin İrlandiyadakı qərargahı artıq həftənin birinci günündən işçilərinə evdən işləməyi məsləhət görüb. Azərbaycanda da koronavirusla bağlı qabaqlayıcı addımlar atılır. Artıq bağçalar, məktəblər və universitetlər 10 mart tarixinə qədər bağlanıb.
Bəs cəmiyyəti informasiya ilə təmin edən redaksiyalar koronavirusla mübarizədə nə etmək niyyətindədir?
Bu sualla məbuat rəhbərlərinə müraciət etdik.
“Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının rəhbəri Rəfail Becanov işlərini əvvəlki qaydada davam etdirəcəklərini deyib:
“Düşünürük ki, koronavirusla mübarizədə önləyici addımlar atılır. Narahatlığa əsas görmürük. Ona görə də işçilərin evdən işləməsi ilə bağlı qərar verməyi düşünmürəm. İşimizi əvvəlki qaydada davam etdiririk”.
“APA” Holdinqin rəhbəri Vüsalə Mahirqızı da belə bir qərar vermək haqqında düşünmədiyini deyib.
“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı isə zərurət yaranarsa, bu məsələyə baxa biləcəklərini bildirib:
“Ölkədə koronavirusla bağlı ciddi problem olsa, biz də bu varianta əl ata bilərik, istisna deyil. Amma düşünmürəm ki, Azərbaycanda vəziyyət o dərəcədə kritikdir. Düşüncəmə görə, koronavirus riskləri bütün dünyada olduğu kimi, Azərbaycanda da var. Amma vəziyyət həddindən ziyadə kritik deyil. Kritik olsaydı, təbii ki, belə bir qərar qəbul etməyə ehtiyac olardı. Uşaqlarla bağlı Nazirlər Kabineti vaxtında və düzgün qərar qəbul etdi ki, təhsil ocaqlarında dərslər müvəqqəti dayandırılsın. Böyüklər üçün isə belə bir problem görmürəm. Koronavirus təsvir edildiyi qədər də təhlükəli xəstəlik deyil. Hər kəsə məlumdur ki, bu, daha çox immuniteti zəif olan, ağır xəstəliklər keçirmiş yaşlı adamlarda özünü büruzə verir. Uşaqlarda və sağlam insanlarda elə də ciddi təhlükəsi yoxdur. Hətta o virusa yoluxsan belə, müalicə yolları var. Bu baxımdan, açığı, bu məsələyə pozitiv yanaşıram. Düşünürəm ki, indiki situatsiyada işçilərin evə göndərilməsinə hələlik ciddi bir zərurət yoxdur. Belə bir zərurət yaranarsa, buna baxarıq”.
“Yeniçağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər də təhlükə böyüyərsə, belə bir addım atmağa məcbur olacaqlarını deyib:
“Heç bir iş insan ömründən önəmli deyil. Açığı koronavirusla bağlı böyük təşvişin olduğunu düşünürəm. Deyirlər ki, Azərbaycanda filan yerdə koronavirus tapıldı, sonra məlum olur ki, adamın sadəcə qızdırması var. Amma ölkədə belə bir problem yaranarsa, təhlükə böyüyərsə, biz də bununla bağlı profilaktik addımlar atmağa məcburuq. Çünki heç bir iş, heç bir xəbər insan həyatından önəmli deyil. İlk növbədə insanımızı, çalışanımızı, sonra isə işimizi düşünməliyik”.
“Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan isə belə bir qərarın verilməsinin əlavə ajiotaja səbəb olacağı qənaətindədir:
“Hələlik koronavirusla bağlı vəziyyət o həddə deyil ki, onunla bağlı qərarlar verək. Bu cür qərarın verilməsi cəmiyyətdə əlavə bir çaşqınlığın, şaiyənin yayılmasına səbəb olar. KİV-lər cəmiyyətin informasiya təminatı ilə məşğul olan qurumlardır. Çox şükürlər olsun, Azərbaycanda vəziyyət o həddi deyil ki, biz də bu cür addımlar atmaq məcburiyyətində qalaq. İrəliləyən zamanda şəraitə uyğun addımlar atılması məsləhət olarsa, buna ehtiyac yaranarsa, biz də şübhəsiz ki, öz fəaliyyətimizdə müəyyən korrektələr edə bilərik. Amma hələlik buna gərək görümürəm. İstəyimiz də budur ki, dünyanı ağuşuna alan bu bəla Azərbaycandan yan keçsin, ya da az bir təsirlə bundan ötüşə bilək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-03-2020, 13:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-03-2020, 13:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
15-11-2024, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
15-11-2024, 09:42
"İstilik olmadığından uşaqları baxça və məktəblərə göndərmirik" - Naxçıvan sakinləri
14-11-2024, 14:57