“Kiçik padşahlıqlar” ləğv olunur - “Ölkəmizdə yeni dövr başlayır”
Azərbaycan Prezidenti İlham Əliyevin ötən ildən start verdiyi sosial-iqtisadi, struktur islahatları ölkədə böyük dəyişikliklərin mesajıdır. Dövlət başçısı dəfələrlə öz çıxışlarında icra başçılarına səslənərək, “insanları incitməyin, sahibkarları soymayın” xəbərdarlıqlarını edib. Özlərini Azərbaycanda regionların “kiçik padşahları” kimi aparan bəzi icra başçıları isə öz bildiklərindən dönmürlər. Bu “dönməmək”lə isə öz müqədaratalrını həll etmiş olurlar.
Dövlət Təhlükəsizliyi Xidmətinin Ağstafa və Neftçalada keçirdiyi xüsusi əməliyyatlarla icra başçılarının öz otaqlarında, vəzifə səlahiyyətlərindən sui-istifadə zamanı yaxalaması da məhz bu cür hallarla bağlı güzəştə gedilmədiyinin göstəricisidir.
Xüsusilə ölkə Prezidentinin yeni təyinat alan icra başçılarını fərdi şəkildə qəbul etməsi, onlara öz tapşırıq və tövsiyələrini xalqın gözü qarşısında verməsi sıradan addımlar deyil.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, Azərbaycan islahatlar dalğası ilə yeni dövrə qədəm qoyub:
“Xüsusilə cənab Prezidentin yeni təyin olunan icra başçılarını şəxsən qəbul etməsi onlarda məsuliyyəti daha da artırmalıdır. Nəinki yeni icra başçıları, həmçinin bu vəzifədə olanlar da Prezidentin tövsiyə və tapşırıqlarına uyğun olaraq hərəkət etməlidirlər. İcra başçıları kifayət qədər məlumatlı, savadlı, dünyagörüşlü şəxslər olmalıdır. Çünki bunlar yerlərdə dövlət başçısını təmsil edən rəsmi şəxslərdir”.
Prezidentin martın 4-də Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışında Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədova xəritə ilə bağlı iradlarına gəlincə, deputat bunları söyləyib:
“Rayonun başçısının Azərbaycanın xəritəsindən xəbəri yoxdursa, ölkə rəhbəri ona irad tutursa, deməli o başçının savadında da müəyyən problemlər var. Onlar daim öz üzərlərində işləməlidirlər. Anlamalıdır ki, o ölkə rəhbərinin qarşısındadır. Necə ola bilər sən divardan asdığın xəritə ilə bağlı məlumatsız olasan. Azərbaycanın sosial, iqtisadi vəziyyəti onlar üçün gündəlik iş planın tərkib hissəsi olmalıdır.
Ümumiyyətlə, Prezidentin icra başçılarına tutduğu iradlar yerindədir. İnsanlar bunu özü başa düşməlidir. Hər məsələ ilə dövlət başçısı məşğul olmamalıdır. Bəzi məsələləri insanlar özü dərk etməyəndə, artıq Prezident bunu deməyə məcburdur.
Son vaxtlar icra başçılarına tutulan iradların sayı artsa da, öz işinin öhdəsindən layiqincə gələnər də az deyil. Biz bunu inkar edə bilmərik. Biz onların gördükləri işləri yüksək qiymətləndiririk”.
Deputat həmçinin yerlədə əhalini incidən icra başçılarının hələ də olduğunu dilə gətirib:
“Yerlərdə əhali ilə davranışlarda problemlər var, bəziləri insanları qəbul etmir, vətəndaşlar var ki, aylarla başçının qəbuluna yazıla bilmir. Hətta sadə vətəndaşa yuxarıdan aşağı baxan rayon rəhbərləri də var. Bunları yığışdırmaq lazımdır. Bu problemlər öz həllini tapmalıdır.
Azərbaycanda olan icra başçısı başa düşməlidir ki, ölkəmizdə yeni dövr başlayır. Bu islahatların davamı olacaq. Ölkə başçısının qəti addımları heç kimə güzəşt olmayacağından xəbər verir. O bildirdi ki, müstəqilliyimizə, inkişafımıza kölgə salacaq ən kiçik səhv bağışlanmayacaq. Ona görə də vəzifəsindən asılı olmayaraq, hər kəs yerini bilməli, məsuliyyətini dərk etməlidir. Bizim getdiyimiz yol Azərbaycanın inkişafı, əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edəcək. Milli Məclis də fəaliyyətə başlayandan sonra bir sıra məsələlər də həllini tapacaq”
Paylaş:
Müəllif : Yazar
Tarix:6-03-2020, 14:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-03-2020, 14:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:35
AŞARAQ ƏRAZİDƏ QALAN 10 YAXIN İRİ HƏCİMLİ ŞAM AĞAÇLARI - TƏBİƏTƏ ABŞERON RİH TƏRƏFİNDƏ EDİLƏN " HÖRMƏT" VƏ "QAYĞI" - FOTO
Bu gün, 11:34
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
15-11-2024, 10:07