Gömrükdə MÜƏMMALI HƏBS... - İLGİNC
DTX vəzifəli şəxslərin qanunsuz əməllərini ifşa etmək istiqamətində növbəti əməliyyat keçirib.
Şimal Ərazi Baş Gömrük İdarəsinin qaçaqmalçılığa qarşı mübarizə idarəsinin rəis müavini Emil Hüseynov və daha iki nəfər saxlanılıb. E. Hüseynov Xaçmaz rayonun sabiq icra başçısı Şəmsəddin Xanbabayevin kürəkənidir. Ş.Xanbabayev unikal.org-a açıqlamasaında faktı təsdiqləyib: “Bəli, saxlanılan şəxs kürəkənimdir. Emil Hüseynovun niyə saxlanıldığı barədə dəqiq məlumatımız yoxdur”.
Yada salaq ki, Şəmsəddin Xanbabayev əslən naxçıvanlıdır tanınmış şəxslərdəndir. 1976-cı ildə Naxçıvan MR kommunal təsərrüfatı nazirinin müavini, 1977-ci ildə Ordubad Rayon İcraiyyə Komitəsinin sədri, 1980-ci ildən Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildən Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, 1990-1992-ci illərdə Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, Naxçıvan MR baş nazirinin müavini, 1992-ci ildən Naxçıvan Muxtar Respublikasının baş naziri, 2000-2004-cü illərdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışıb.
2004-cü ilin oktyabrında Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2019-cu ilin oktyabrınadək bu vəzifədə çalışıb. İşdən çıxarılandan sonra isə YAP rayon təşkilatının sədri seçilib.
Sabiq baş nazirin 1 oğlu, 1 qızı var. Samir Xanbabayev polis zabitidir.
Şimal Ərazi Baş Gömrük İdarəsində bir rəis müavini postu olub ki, bu vəzifəni Emil Hüseynov icra edib. Ondan başqa daha bir gömrük zabiti ümumi şöbəyə rəhbərlik edir.
Şimal Ərazi Baş Gömrük İdarəsinin son əməliyyatı haqda məlumat martın 5-də yayılıb. Bildirilir ki, idarənin əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz C 180" markalı avtomobil saxlanılıb. Daha sonra nəqliyyat vasitəsi rentgen aparatında yoxlamadan keçib. Yoxlama zamanı avtomobilin arxa oturacağının və yük yerindəki örtüklərinin arxasındakı boşluqlarda gömrük nəzarətindən gizlədilən müxtəlif adda 2830 ədəd həb, 590 ampul dərman preparatları, 90 ədəd isə dərman preparatları üçün boş qutu və plastik qablar aşkarlanıb. //musavat.com//
Paylaş:
Müəllif : Yazar
Tarix:11-03-2020, 09:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-03-2020, 09:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 15:10
Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar: Sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
10-01-2025, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
10-01-2025, 17:03