reklam
Regionxeberlericom.az » Sosial » Keçmiş kürəkənindən Səbail Məhkəməsinin sədrinə ağır ittiham - "...onun hissləri, psixologiyası ilə oynayırlar"

reklam

Keçmiş kürəkənindən Səbail Məhkəməsinin sədrinə ağır ittiham - "...onun hissləri, psixologiyası ilə oynayırlar"

Keçmiş kürəkəni Səbail Rayon Məhkəməsinin sədri Ağamalı Qafarovun onun oğlunu və əmlakını əlindən aldığını iddia edib.

“Qafqazinfo”ya müraciət edən Vüqar Nağıyev bildirib ki, 2010-cu ildə A.Qafarovun qızı Türkanla ailə həyatı qurub və 2018-ci ildə boşanıb. Birgə nikahdan 2011-ci ildə Murad, 2015-ci ildə Siyara dünyaya gəlib.

V.Nağıyev iddia edir ki, A.Qafarovun təzyiqi, Nərimanov Rayon Məhkəməsinin sədri Tofiq Paşayevin tapşırığı ilə onun iştirakı olmadan məhkəmə nikahı pozub və uşaqları anaları Türkanın himayəsinə verib, iki uşağa görə isə Vüqar Nağıyevin hər ay 600 manat aliment ödəməsinə qərar verib. Bu qərarı isə Ağstafa rayon İcra Hakimiyyətinin həbs edilən keçmiş başçısı Nizaməddin Quliyevin oğlu, hakim Ramin Quliyev çıxarıb. V.Nağıyevin sözlərinə görə, apellyasiya şikayəti vermək istəsə də, R.Quliyev qətnaməni ona verməkdən imtina edib.

Vüqar Nağıyev qeyd edib ki, onun övladları ilə görüşünə imkan verilməyib:

“Qızım Siyara 2019-cu ildə anasının yanında olarkən böyüklər üçün olan hovuzda boğularaq ölüb. Türkanın başı qarışıb telefona, uşağa baxmayıb. Lakin prokurorluq bu işi araşdırmadı. Türkan boşandıqdan sonra uşaqları evdə tək qoyub gedirdi, onların təmizliyinə, dərslərinə nəzarət etmirdi. Oğlumun səs yazısı var ki, onu necə psixoloji təsir altında saxlayırlar. Mənlə görüşmək istədiyini bildirsə də, icazə vermirlər. Onlar oğlumu ölən bacısının otağında saxlayırlar, onun hissləri, psixologiyası ilə oynayırlar”.




Paylaş:


Müəllif : Tarix:
11-03-2020, 16:18
Sikayət   


loading...
Загрузка...