reklam
Regionxeberlericom.az » Sosial » "İnfiniti"dən edilən oğurluqla bağlı məhkəmə işi - brilyant qaşlar, külli miqdarda pul

reklam

"İnfiniti"dən edilən oğurluqla bağlı məhkəmə işi - brilyant qaşlar, külli miqdarda pul


Bakının Xətai rayonunda avtomobildən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlamaqda ittiham edilən qardaşlar hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda suçlanan Mürvət Şahbazov və Rüfət Şahbazovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Bu işlə bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, paytaxt sakini Elşən Rəhimov ötən il oktyabrın 24-də Xətai Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək həmin gecə ona məxsus "İnfiniti” markalı avtomobilindən oğurkuq edilib.

Şikayətçi bildirib ki, maşının qabaq sol yan şüşəsinin sındırılıb və saxlanc yerindən 14000 manat dəyərində 65 karat brilyant qaşlar, 11200 manat dəyərində 170 qram çəkidə qızıl-zinət əşyalar, 10000 ABŞ dolları, 3000 Avro və 1500 manatı oğurlanıb.

Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış və 37-ci polis şöbəsi əməkdaşlarının, həmçinin ekspert-kriminalistlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Araşdırma zamanı zərərçəkən şəxsə ümumilikdə 69458 manat miqdarında maddi ziyanın dəydiyi məlum olub. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törəkməkdə təqsirli bilinən Xəzər rayon sakinləri Rüfət Şahbazov və qardaşı Mürvət saxlanılaraq istintaqa təqdim ediliblər. Onlardan oğurluq yolla əldə etdikləri pul və qızıl-zinət əşyaları aşkar olunaraq maddi sübut kimi götürülüb.

Onlara qarşı ş Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Paylaş:


Müəllif : Tarix:
11-03-2020, 16:59
Sikayət   


loading...
Загрузка...