Köçkün jurnalistin şikayətinə deputatdan reaksiya: - “Parlamentdə qaldıracam...”
“Oğlum həm məcburi köçkün, həm də ikinci qrup əlil olduğu halda ona verilən çörəkpulundan məhrum edilib”.
Bunu Lent.az -a şikayət məktubu ilə müraciət edən Füzuli rayonundan olan məcburi köçkün, hazırda Sabunçu rayonu Maştağa qəsəbəsində müvəqqəti məskunlaşmış jurnalist Məhəbbət Orucov bildirib.
Onun sözlərinə görə, oğlu Sərdarzadə Seymura, həyat yoldaşı Fərqanə Sərdarzadəyə və iki azyaşlı uşaqlarına dövlət tərəfindən verilən yemək xərci (çörək pulu) kəsilib: “Bu məsələ ilə bağlı əlaqədar qurumlara dəfələrlə müraciət etməyimə baxmayaraq, lazımi cavab ala bilməmişəm. Baş nazirə, Baş nazirin müavini Əli Əhmədova, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə, Füzuli rayon İcra Hakimiyyətinə və digər rəsmi qurumlara onlarla məktub yazmışam. Təxminən 16 aydır bu cür nəticəsiz yazışmalar aparıram”.
Şikayətçi bildirib ki, hazırda məcburi köçkün olan oğlunun adına Bakıda heç bir mülk yoxdur və bu barədə “Qaçqınkom”a rəsmi sənəd təqdim edib. Aldığı cavabların şablon xarakter daşıdığını deyən M.Orucov vurğulayıb ki, iki uşaq atası olan oğlu 2-ci qrup əlil kimi 130 (əvvəllər 61 manat) manat müavinət alır. Həyat yoldaşına isə analıq məzuniyyətində olduğu üçün cəmi 30 manat verirlər: “Bu məbləğ heç uşaqların qidasına bəs etmir. Kirayədə yaşayırlar və sosial vəziyyətləri çox ağırdır. Kommunal xərclərini ödəyə bilmirlər. Köçkün statusu olan oğlumun və ailəsinin yemək xərcinin kəsilməsi ədalətsizlikdir. Zamanında bu işləri həyata keçirən şəxslər, öz səlahiyyətlərindən istifadə edərək bu cür qanunsuzluqlara yol veriblər. Axı statusu olmayan çoxlu ailələr var ki, bu gün də kommunal və yemək xərcləri ilə təmin edilirlər. Hətta Füzuli rayon İcra Hakimiyyətindən bildirildiyinə görə, hər ay təkcə Füzuli rayonu üzrə onlarla ailənin kəsilmiş çörək pulu bərpa olunur. Amma nəyə görəsə bu sahəyə baxan rəsmi şəxslər oğlumun ailəsinin problemlərinə diqqət etmirlər”.
Mövzu ilə bağlı Füzuli rayon icra hakimiyyətinin sektor müdiri Cəmşid Əmirova müraciət etdik. O, Lent.az -a açıqlamasında bildirib ki, çörəkpulunun verilməməsi Nazirlər Kabinetinin qərarı ilə bağlıdır: Qeyd etdiyiniz problemlə bağlı Məhəbbət Orucov bizə də bir neçə dəfə müraciət edib. Onu icra hakimiyyətində komissiya qəbul edib, köməklik göstərilməsi üçün Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə göndərilib. Müraciəti Komitənin xüsusi komissiyasından keçməyib. Bunun da səbəbi qanunvericiliklə bağlıdır. Belə ki, ailə üzvlərinin birinin adına mənzil olana və onunla birlikdə yaşayanlara aylıq müavinət verilmir. Əgər onlar adına mülk olan adamla ayrı-ayrı yaşadıqlarını sübut edə bilərsə, o zaman komissiya müraciətə baxıb kömək edə bilər. Biz ona bildirmişik ki, iddiasını məhkəmə yolu ilə bərpa edə bilirsə, etsin”.
Problemlə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən də münasibət öyrəndik. Komitədən bildirilib ki, Məhəbbət Orucov oğlu Seymur Sərdarzadənin vahid aylıq müavinətinin bərpası ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə dəfələrlə müraciət edib, aidiyyəti şöbə və sektorların müdirlərinin, həmçinin komitə sədrinin qəbulunda olub: “Hər dəfə ona bildirilib ki, oğluna vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən dayandırılıb.
Həmin bənddə göstərilir ki, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə vahid aylıq müavinətin verilməsi şamil edilmir. Dövlət Komitəsində aparılan araşdırma nəticəsində müəyyənləşdirilib ki, Məhəbbət Orucovun oğlu Seymur Sərdarzadə Bakı şəhərində, daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışı olan, ayrıca yaşayış sahəsi əldə edib və sonradan həmin yaşayış sahəsi başqa şəxsə satılıb”.
Məsələ ilə bağlı Füzuli rayonundan seçilmiş deputat, iqtisadçı Vüqar Bayramovun da münasibətini öyrəndik. O bildirdi ki, çörəkpulunun dayandırılması birbaşa qanunvericilikdə olan dəyişikliklərlə bağlıdır: “Mövcud qaydalara əsasən məcburi köçkünün adına ev varsa, o zaman həmin şəxsə çörəkpulunun ödənilməsi dayandırılır. 3 il öncə qanunvericilikdə belə bir dəyişiklik oldu. Dəyişikliklərə uyğun olaraq kompensasiya alan məcburi köçkünlərin siyahıları müəyyənləşdirildi. Yəni məsələ mövcud qaydalara əsasən tənzimlənir. Yerli və ya icra hakimiyyəti orqanları qaydalardan kənar kompensasiya ödəmək imkanına malik deyillər. Amma bu məsələ ilə bağlı bizə xeyli müraciətlər gəlib. Adına əmlak olan məcburi köçkünlərə çörəkpulunun bərpa edilməsi məsələsini parlamentdə qaldırmaq niyyətindəyəm. Baxmayaraq ki, qanunvericilik belə bir məhdudiyyət müəyyənləşdirib. Bəzi hallarda məcburi köçkün puluna qənaət edib mənzil alır, amma onun çörəkpulusu kəsilir. Halbuki o mənzil almaqla dövlətə xeyir vermiş olur. Çünki onların mənzillə təminatı dövlət tərəfindən həyata keçirilir. O baxımdan düşünürəm ki, qanunvericiliyə dəyişikliyin edilməsi və həmin şəxslərə çörəkpulunun verilməsinin bərpa edilməsi məqsədəuyğun olardı”.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-03-2020, 15:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-03-2020, 15:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09