reklam
Regionxeberlericom.az » Sosial » "Space" kanalını kim idarə edir?

reklam

"Space" kanalını kim idarə edir?


Son vaxtlar Azərbaycan telekanalları ilə bağlı aparılan islahatlar hər bir vətəndaşımızı sevindirir. Çünki neçə vaxtdı camaat yerli telekanallardakı reytinqə hesablanmış bayağı şoulardan cana yığılıb. Odur ki, bu günlərdə Xəzər tv-də Murad Dadaşovun Tolikin verilişini bağlaması, bəzi müğənnilərə qoyulan efir qadağası, Lider telekanalının müvəqqəti yayımı dayandırması vəziyyətin müsbətə doğru dəyişməsinə, canlanmaya işarədir.
Lakin cumhuriyyet.az olaraq apardığımız müşahidələr onu göstərir ki, “Space” telekanalı, xüsusən də, kanalın rəhbəri olan Vaqif Mustafayev fil qulağında yatmaqda davam edir. Nə rəhbərlik etdiyi telekanalın hind filmi kassetlərinə bənzəməsi, nə bayağı verilişlər onu narahat eləmir. Bu günlərdə mətbuatda səs-küyə səbəb olmuş Sərdar Aminin “Vaqif Mustafayev niyə belə edir” başlıqlı yazısı da sənətkarımızın yuxusuna heç bir tikə də haram qatmadı.
Baxmayaraq ki, sözügedən yazı çox ibrətamiz sonluqla bitirdi:
“Ay Vaqif müəllim!
Eşitmir e”.
Bəli, Vaqif müəllim eşitmədi, hətta təsirli olsun deyə öz qəhrəmanının diliylə ona səslənən müəllifi belə eşitmək istəmədi. Bəs görməyə nə? Ay Vaqif müəllim, gerçəkdənmi, sizin kimi bir rejissor öz telekalının hansı filmə bənzədiyini görmür?
Yuxarıda sözügedən yazıda müəllif daha maraqlı başqa sual da qoyur:
“Yaramaz”, “Hər şey yaxşlığa doğru”, “Yoxlama”, “Fransız” və s…. Bu filmlərin altına imza atacaq qədər ayıq adam sonda bir televiziyada gün-gündən necə bata bilir?”
Gəlin bu suala birlikdə cavab axtaraq, nəzərə alsaq ki, televiziya kollektiv yaradıcılıq məhsuludur, burda təkcə bir “suç keçisi” ilə kifayətlənmək də ədalətli olmazdı.
Televiziya daxilində baş verənlərlə bağlı cumhuriyyet.az-a daxil olmuş məlumata görə, Vaqif Mustafayev Spayce telekanalının müqəddaratını çoxdandı başqasına- proqram rəhbəri Tamara Məmmədovaya həvalə edib. Əslində, vəzifəsi verilişlərin efir vaxtını təyin etmək, yerləşdirmək olan Tamara xanım kollektivdə “Vaqifin müəllimin sağ əli”, kanalda külli-ixtiyar sahibi kimi tanınması qeyd-şərtsizdi. Kollektivdə “Toma xanım” adı ilə tanınan bu qeyri-qanuni sevimli “müavin” “Space” telekalının binasında özünü şəxsi villasındakı kimi aparmaq, istədiyi işçini istədiyi an mühafizənin köməyilə bayıra atmaq, hanısısa qonağını xoşlamadığı verilişi efirə buraxmamaq, qılıncının altından keçməyənləri cəzalandırmaq iqtidarındadır. Və bütün bu prosedurlar yalnız Tamara xanımın şəxsi münasibətinə hesablanıb, telekanalın reputasiya və taleyi nəzərə alınmadan.
Bu pəncərədən baxanda “Space”nin kimin zövqünə hesablandığı, niyə sentimental hind filminə oxşadığı artıq sual doğurmur.
Səhv eləmirəmsə, Napaleonun sözüdü, o, harada problem olsa, deyirmiş :
“Qadını tapın”.
Biz qadını, yəni problemi göstəririk, amma Vaqif Mustafayev fil qulağında yatdığı qəflət yuxusundan ayılacaqmı, çox böyük bir sual altındadır. Yəqin ki, o özünü Toma xanımın yaratdığı diktaturada olduqca xoşbəxt hiss edir. Kapitanı olduğu gəminin batmaq üzrə olduğunu hiss etməyəcək qədər…


Paylaş:


Müəllif : Tarix:
13-03-2020, 09:49
Sikayət   


loading...
Загрузка...