“Fikrət Yusifov Ana Vətən Partiyasının xəttilə deputat olmaq istəyirdi, alınmadı deyə istefa verdi” - İTTİHAM
“Fikrət Yusifov Ana Vətən Partiyasının xəttilə deputat olmaq istəyirdi. Alınmadı deyə istefa verdi”.
Bu sözləri Yenisabah.az-a Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı bildirib.
Bir müddət əvvəl AVP-yə üzv olan keçmiş maliyyə naziri Fikrət Yusifov dünən partiyadan istefa verdiyini açıqlayıb. O, istefasının səbəblərini partiyada heç bir ciddi resursun olmaması ilə izah edib. Keçmiş nazirin sözlərinə görə, AVP-dən dərhal istefa vermək qərarına gəlsə də, bunu parlament seçkiləri bitənə qədər təxirə salmağı məqsəduyğun sayıb. Fikrət Yusifov həmçinin qeyd edib ki, partiyaya üzvlüyü Fəzail Ağamalı ilə şəxsi münasibətlərindən irəli gəlib.
Fəzail Ağamalı isə deyib ki, Fikrət Yusifov 2019-cu ilin avqust ayında onunla görüşərək qarşıdan 2020-ci ildə keçiriləcək parlament seçkilərində (növbəti seçkilər nəzərdə tutulur - red) iştirak etmək istədiyini bildirib. “Mənə bildirdi ki, zərurət yaranarsa, sizin partiyanın xətti ilə parlament seçkilərində iştirak etmək istəyərdim. Ona söylədim ki, bu barədə fikirləşərik”, - deyə Fəzail Ağamalı əlavə edib. AVP sədrinin sözlərinə görə, 2019-cu ilin oktyabr ayında Fikrət Yusifov onunla yenidən görüşüb: “ Görüşdə qarşıdan gələn parlament seçkilərində çoxsaylı namizədlərlə iştirak etmək niyyətində olduğumuzu bildirdim. Həmçinin qeyd etdim ki, sənin də iştirakını istərdik, necə ki, bu barədə istəyini vaxtilə mənə demişdin. Fikrət Yusifov da bununla razılaşdı. Partiyanın üzvlüyünə ərizə yazdı, iclaslarda iştirak etdi. Eyni zamanda partiyanın Ali Məclisinin 120 nəfərlik yığıncağına, həmçinin də namizədlərin toplantısına qatıldı. Bütün bunların fonunda partiyanın kifayət qədər resurslarının olduğunu gördü. Özü etiraf etdi ki, indiyə qədər bilməmişəm ki, sizin partiyanın bu dərəcədə resursları var”.
Fikrət Yusifovun namizədlikdən imtina etməsi barədə dediklərinə gəlincə, Fəzail Ağamalı bildirib ki, o Sumqayıtdan deputat seçilmək istəyib. Lakin bu addımı deputat seçiləcəyinə əmin olduqda tacağını bildirib.
“Artıq növbədənkənar seçkilər məsələsi gündəmə gəlmişdi. Bununla bağlı müzakirələr gedən zaman söylədi ki, namizədliyini Sumqayıtdan, 41 saylı dairədən namizəd ola bilər. Amma razılıq ən yüksək səviyyədə alınmalıdır. Mən də təbii ki, onun bu fikrinə o qədər də ciddi yanaşmadım. Sonradan Fikrət Yusifov oraya gedib danışdı, sənədlərini vermədi”, - deyə AVP sədri vurğulayıb.
Fəzail Ağamalının sözlərinə görə, Fikrət Yusifovun AVP-dəm istefa verməsindən xəbərsiz olub.
“İstefası verdiyindən heç bir xəbərim yox idi. Ümumiyyətlə, bu istefa nə deməkdir? Ərizə yazıb çıxırsan da. Bunu böyük siyasi hadisəyə, özün barədə mif yaratmağa nə ehtiyac var?!”, - deyə AVP sədri bildirib.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-03-2020, 12:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-03-2020, 12:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07