Nazirlik müqaviləni ləğv edir? – RƏSMİ AÇIQLAMA

Mədəniyyət Nazirliyi Azərbaycanda Novruz bayramının keçirilməsi ilə bağlı ötən ilin sonu tender keçirmişdi. Tenderin qalibi “Kean Group” MMC olmuşdu. Bu məqsədlə şirkətə 288 500 manat ödənilib.
Nazirlər Kabineti yanında operativ qərargah koronavirusla əlaqədar bildirib ki, Bakı şəhərində və respublikanın müxtəlif regionlarında mart ayında keçirilməli olan ənənəvi Novruz şənlikləri ləğv edilir.
Maraqlıdır, müqavilənin və pulların axı necə olacaq?
Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri Türkan Cəfərova FED.az-a deyib ki, tədbir baş tutmasa, vəsait də xərclənməyəcək:
“Bu vəsait birbaşa Novruz bayramının keçirilməsi üçün nəzərdə tutulmuşdu. Artıq müəyyən işlərə də başlanılmışdı. Hazırlıqlar ötən həftəyə qədər davam edirdi. Əgər tədbir olmasa, yəqin ki, müqavilə də, vəsait də olmayacaq. Ola bilər ki, həmin vəsait hesabına orada hansısa işlər görülüb, nələrsə alınıb, hazırlanıb. Yəqin ki, bundan sonra vəsait xərclənməyəcək. Nə qədər vəsaitin xərclənməsi barədə məlumatlı deyiləm. Tutaq ki, hansısa bir tədbir keçiriləcək. Öncədən hazırlıqlara başlanılır, amma sabah tədbirin baş tutmayacağı deyilir. Bu zaman alınan malların geri qaytarmaq mümkün olmur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-03-2020, 17:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-03-2020, 17:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39
Dünən, 13:07

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT