Korrupsioner məmurların qara günləri uzaqda deyil... - Proses buna gedir...
Aprelin 9-da Milli Məclisin növbəti plenar iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun illik hesabatını təqdim etdi.
Palata sədri qeyd etdi ki, Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində büdcə qanunvericiliyi, mühasibat uçotu, dövlət satınalmaları üzrə daha çox pozuntuların olduğu müəyyənləşib. V.Gülməmmədov bildirdi ki, nöqsanlara yol vermiş şəxslərə qarşı cəza tədbirləri görülüb. Onun sözlərinə görə, hesabat ilində audit tədbirləri nəticəsində 714 nöqsan qeydə alınıb və dövlətə dəyən ziyan büdcəyə qaytarılıb: “Son 5 ildə 69,5 milyon manat büdcəyə, 2.2 milyon manat təşkilatlara, 2,6 milyon manat isə sosial müdafiə fonduna qaytarılıb. Ümumilikdə isə 72,1 milyon manat ziyan bərpa edilib”.
Hesablama Palatası 9 iş üzrə hüquq-mühafizə orqanlarına müraciət edib. V.Gülməmmədov bildirdi ki, 2018-ci ildə Hesablama Palatasının nəzarət fəaliyyətini illər üzrə qruplaşdırsaq, auditlə əhatə olunmuş vəsaitin 21,1 faizi hesabat ilini, 50,7 faizi 2017-ci ili, qalan 28,2 faizi isə əvvəlki illəri əhatə edir: “Keçən ilin nəticələri də göstərdi ki, nöqsanlar əvvəlki illərdəki kimi xarakterikdir. Ən çox yol verilən nöqsanlar əsasən büdcə qanunvericiliyinin pozulması, eləcə də mühasibat uçotunun aparılması, büdcə vəsaitlərinin istifadəsi zamanı satınalmalara cəlb edilməsi və dövlət büdcəsinin investisiya xarakterli vəsaitlərinin xərclənməsində olub.
Nöqsanların baş verməsi, əsasən vəsaitlərin icrası üzrə məsul şəxslərin normativ-hüquqi aktların tələbləri ilə tam tanış olmaması və ya düzgün tətbiq edilməməsi ilə bağlıdır. İkinci bir tərəfdən, təcrübəyə əsaslanıb qeyd edim ki, daxili, həmçinin maliyyə nəzarətlərinin bütün mərhələlərinin güclü olması nöqsan və pozuntuların sayını minimuma endirir”. Hesabatın müzakirəsi isə xeyli sərt tonda davam etdi.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə dedi ki, Hesablama Palatasının 2018-ci ildə apardığı nəzarət tədbirləri nəticəsində 90 milyon manat vəsaitin səmərəsiz xərcləndiyi aşkar edilib. O bildirdi ki, dövlət büdcəsinə bərpa edilən vəsaitlərin yaranma mənbələri üzrə strukturda vergi və s. ödəmələr 38,4%, digər istiqamətlər 19,8%, tikinti xərcləri üzrə 17,4%, satınalmalar üzrə xərclər isə 10,7% təşkil edib: “Hesabat ilində bərpa edilmiş vəsaitin 33,5%-i büdcə qanunvericiliyinin pozulması ilə bağlı olub”.
Deputat Fəzail Ağamalı xüsusilə talanmış büdcə vəsaitlərinə diqqət çəkdi: “Necə edək ki, büdcədən maliyyələşən qurumların büdcə vəsaitinin dağıdılmasına imkan verilməsin? Hələ də bu məntiqi başa düşə bilmirəm ki, ayrı-ayrı qurumların mənimsədiyi pullar hər il Palatanın illik hesabatında göstərilir, lakin bu ənənəyə son qoyulmur. Necə etmək lazımdır ki, buna imkan verilməsin? Bunun üçün Palata öz işini daha yüksək səviyyədə qurmaqla bərabər, qurumun müstəqilliyi təmin edilməlidir. Elə etmək lazımdır ki, Hesablama Palatasının işinə müdaxilə sıfra endirilsin”. F.Ağamalı dedi ki, sənəddə bir sıra qurumların rəhbərliyinin dövlət vəsaitini mənimsədiyi konkret faktlarla əksini tapıb: “Hesabatda qeyd olunur ki, Bakı şəhərində mənzil istismar sahəsi, eləcə də Bakıda fəaliyyət göstərən yaşıllaşdırma idarələri tərəfindən mənimsənilən vəsait büdcəyə geri qaytarılıb. Lakin bu qurumların heç birinin rəhbərliyinə ”gözün üstə qaşın var" deyən olmayıb". Deputat dedi ki, vəzifədən gedən qurum rəhbərləri barədə vaxtında araşdırma aparılmalıdır: “Niyə bizdə büdcə vəsaitlərini mənimsəyən qurum rəhbərləri vəzifədən çıxarıldıqdan sonra onların biznesləri, var-dövləti haqqında məlumatlara mətbuatda geniş yer ayrılır. Hesab edirəm ki, bütün bunlar zamanında araşdırılmalı, hüquq- mühafizə orqanlarına təqdim olunmalıdır. Büdcəni mənimsəyən, pul oğurlayanlar qanun qarşısında ciddi şəkildə cavab verməlidirlər”.
Fazil Mustafa hesabatda mənimsəmə faktlarının “nöqsan” olaraq göstərilməsinə etiraz etdi. “Bu ifadələr uşaq bağçasında, orta məktəblərdə işlədilir. Dövlət büdcəsindən vəsait mənimsənilirsə, bu, artıq nöqsan deyil, cinayətdir. Belə yumşaq adlardan imtina etməyi bacarmalıyıq” deyə, o bildirdi. 76 tender fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmədiyini qeyd edən F.Mustafa bildirdi ki, hansı tenderin nəticəsinin ləğv olunması barədə məlumat yoxdur. Deputat dedi ki, biz islahat ilində Hesablama Palatasının belə məsələlərdə öncüllüyünü təmin edə bilməsək, islahatların həyata keçirilməsi mümkün olmayacaq.
Vahid Əhmədov dedi ki, əsasən 4 sahədə çox ciddi problemlərin olduğu ortaya çıxıb, həmçinin kreditlər və dövlət satınalmaları ilə bağlı: “Təklif edirəm ki, Hesablama Palatası bu sahələrlə bağlı daha ciddi yoxlamalar aparsın və daha sərt tədbirlər həyata keçirsin. Çünki indiyədək görülən tədbirlər yetərli deyil”. V.Əhmədov dövlət büdcəsinə qaytarılan vəsaitin ilbəil artdığını da vurğuladı: “2015-ci ildə cəmi 10 milyon manat vəsait daxil olmuşdusa, ötən il 23 milyon manat vəsait daxil olub”.
Bununla yanaşı, deputat dedi ki, ən çox nöqsanlar Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və Vergilər Nazirliyi ilə bağlıdır: “Bu nazirliklər nöqsanların aradan qaldırılmasına çalışmalıdır”.
Komitə sədri Siyavuş Novruzov Hesablama Palatasının strukturunda ciddi dəyişikliklərin aparılmasını təklif etdi. Eyni zamanda yoxlamaların keçirilmə vaxtına etirazını bildirdi: “Belə çıxır biz gözləməliyik ki, bir insan lövbərini salsın, oranı dağıtsın, ondan sonra həmin qurumun dağıdıldığı barədə məlumat gələndən sonra yoxlama aparaq. Belə olan halda büdcəni talayan adam cəza çəkməyi daha üstün tutur, nəinki dövlət vəsaitini geri qaytarmağı. Ortada itirən dövlətdir. Bu mənada bəlkə də hesabat illik, yaxud altı aylıq olsa, daha yaxşıdır. Palata dövlət vəsaitinin necə xərclənməsinin monitorinqini aparmalıdır. Lazım olsa, əlavə kadrları da cəlb etmək lazımdır ki, kimsə korrupsiyaya meyllənərsə, onun qarşısı alınsın”.
Q.Həsənquliyev Palatanın hesabatında cinayət faktlarının əksini tapdığını bildirdi: “Büdcədən 23 milyon oğurlamış şəxslərin haqqında hansı tədbir görülüb? Bu gün ”oğurlayım, üstü açılsa, sonra qaytarıb yerinə qoyaram" yanaşması var. Hesab edirəm ki, təkcə Hesablama Palatasının bu faktları müvafiq qurumlara göndərməsi ilə kifayətlənməli deyilik. Biz də öz adımızdan həmin materialları Baş Prokurorluğa göndərə bilərik ki, tədbirlər görülsün".
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Hesablama Palatasının illik hesabatını müsbət dəyərləndirdi: “Bizim üçün vacib olan maliyyə nəzarətidir. Azərbaycanda maliyyə şokları yaşanmamalıdır. Bildiyiniz kimi, bir müddət əvvəl Beynəlxalq Bank məsələsində bunu gördük”. Deputat qeyd etdi ki, bir sıra hallarda Hesablama Palatasının təklifləri aidiyyəti qurumlar tərəfindən nəzərə alınmır: “Belə olsaydı, bu cür hallar hesabata daxil olunmazdı. Bu da məsuliyyət hissi ilə bağlıdır. Necə edək ki, bu məsuliyyətsizlik aradan qaldırılsın? Onlar hesabatda göstərilən səhvlərini təkrarlamamalıdırlar. Bunu etməsək, inanmıram ki, Hesablama Palatasının təklifləri, araşdırmaları öz faydasını verə bilsin”.
Müzakirələrdən sonra Palatanın hesabatı 95 səs lehinə, 1 səs əleyhinə olmaqla qəbul edildi.
Növbəti məsələlərin müzakirəsi zamanı söz alan deputat Fazil Mustafa növbəti dəfə kitab və çap məhsulları ilə bağlı çağırış etdi. “Kitab və çap məhsulları vergidən azad edilməlidir”, deyən deputat ardınca bunları söylədi: “Bir müddət əvvəl prezident mədəniyyət işçiləri ilə görüş keçirdi. Dövlət başçısı dedi ki, mədəniyyətin, ədəbiyyatın problemləri ilə bağlı danışın. Onların çoxu öz atalarına heykəl xahiş etdilər, televiziyaya çıxmaları ilə bağlı danışdılar. Bir adam təklif etmədi ki, kitabla bağlı olan 18 faizlik ƏDV götürülsün. Hansı ki, Türkiyə və Gürcüstan bunu götürüb”. F.Mustafa daha sonra ədəbiyyatımızla bağlı digər həssas məqama diqqət yönəltməyə çalışdı: “Azərbaycanın nomenklaturada olmayan şairlərindən biri Musa Yaqubdur. Hazırda onun vəziyyəti ağırdır. Müsahibəsində deyir ki, müalicəyə göndərən yoxdur. Mən demirəm ki, niyə Musa Yaqub, Ramiz Rövşən xalq şairi, Süleyman Abdullayev xalq artisti deyil? Bunları bir tərəfə qoyuram. Musa Yaqub ağır vəziyyətdədir. O, yardım istəyir, lakin kimsə yardım etmir. Biz yüzlərlə ölkə üçün xeyri olmayan adamlara dəstək veririk. Dəstək verilən insanların arasında fayda verənlər də var. Prezident yaradıcı insanlarla görüşür. O görüşdə ictimai məsələlər kənarda qalır, şəxsi problemlərini önə çəkirlər. Biz yaradıcı insanlarımıza dəyər verməliyik”.
Deputat Aydın Mirzəzadə ötən il keçirilən prezident seçkiləri ilə bağlı danışdı. Bildirdi ki, aprelin 11-də prezident seçkilərinin bir ili tamam olacaq. A.Mirzəzadə ötən il ərzində qazanılan uğurlardan bəhs etdi: “Azərbaycanın son 1 ildə dövlət büdcəsinin artımı 2.8 milyard dollardır. İşğalçı Ermənistanın illik büdcəsi 2.8 milyard dollardır. Yəni Azərbaycanın sosial-iqtisadi inkişafı cənab prezidentin apardığı siyasətin ana xəttidir. Bu gün Azərbaycanda bütün sahələrdə inkişaf görə bilərik”. Deputat dedi ki, regionların sosial iqtisadi inkişafı ilə bağlı III Dövlət Proqramı yerinə yetirilib, IV Dövlət Proqramı yüksək göstəricilərlə qəbul olunub. A.Mirzəzadə əlavə etdi ki, Azərbaycanın xarici siyasətlə bağlı uğurları da göz qarşısındadır: “Avropa Parlamenti, Avropa Birliyinin rəsmiləri Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı öz bəyanatlarını verdilər. Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyi kifayət qədər güclənib. Azərbaycanın prinsipial mövqeyi Ermənistan tərəfindən də qəbul olunur. Onların səylərinə baxmayaraq, danışıqlar Azərbaycan və Ermənistan arasında aparılacaq”. Deputat bildirdi ki, bu ildən başlayaraq, həm müxtəlif struktur islahatlarının keçirilməsi, eyni zamanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bir-birinin ardınca çox möhtəşəm proqramların qəbul edilməsi cənab prezidentin dövlət başçısı kimi vəzifəsinin öhdəsindən layiqincə gəldiyini göstərir: “Bu günlərdə Azərbaycanın 10 milyonuncu sakininin anadan olması eyni zamanda ölkəmizin sosial inkişafını, vətəndaşlarımızın öz ölkəsinə bağlılığını göstərir”.
A.Mirzəzadə sonda prezident seçkilərinin ildönümü münasibətilə ölkə prezidentini təbrik etdi.
Spiker Oqtay Əsədov isə öz növbəsində bildirdi ki, Azərbaycan prezidentinin uğurlu siyasəti nəinki ölkəmiz daxilində, hətta Avropa və Amerikada, həmçinin beynəlxalq təşkilatlarda da etiraf olunur.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:10-04-2019, 09:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-04-2019, 09:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24