reklam
Regionxeberlericom.az » Sosial » "Bank Standart"-a 4.5 milyon borcu olan Xaləddin Hüseynov kimdir? - Deputatlığa namizəd...

reklam

"Bank Standart"-a 4.5 milyon borcu olan Xaləddin Hüseynov kimdir? - Deputatlığa namizəd...

Sabiq İqtisadiyyat naziri Heydər Babayevə məxsus olan, 2016-cı ilin oktyabr ayında rəsmən ləğv edilən "Bank Standart" yenidən gündəmə gəlib.

regionxeberlericom.az xəbər verir ki, ötən gün "Azpolitika.info" saytınını məlumatına görə "Bank Standart"-ın müflisləşməsində 1 milyard manatdan çox vəsaitin müxtəlif fiziki və hüquqi şəxslərin adına kredit şəklində götürülərək, qaytarılmaması olub. Mənimsənilən vəsaitlərin əsas hissəsi isə dövlətin, Mərkəzi Bankın, SOCAR-ın vəsaitləri, eləcə də sıravi vətəndaşların əmanətlərindən ibarət olub. Bankın vəsaitlərinin mühüm hissəsi faizsiz və girovsuz kreditlər formasında talanıb.

Saytın məlumatına görə ötən ilin sonlarında «Bank Standard»ın Kreditorlar Komitəsinin sədri Şahin Əhmədov açıqlamasında bankın çökməsində əsas yer tutan şəxs və şirkətlərin sayı 153 olduğunu qeyd edib: "Mən Apellyasiya Məhkəməsinə müraciət etdim ki, mənə bu adamların adlarını verin, ictimailəşdirək. Bu 153 nəfər məqsədli olaraq bankı talayıblar. Onları və onlara kredit verənləri tapıb gətirmək lazımdır. Bu adamları tapıb gətirib əmlaklarını əllərindən alıb, satıb insanların pulunu qaytarmaq lazımdır”.

Maraqlıdır ki, bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) rəhbərliyi banka borclu olan şəxs və firmaların adlarını konfidinsial məlumat olduğunu əsas gətirərək, açıqlama verməyib...

Sayt bankın borcluları arasında adı geniş ictimaiyyətə məlum olmayan çoxsaylı şirkət və fiziki şəxslərin bir neçəsinin adını qeyd edib. Adları qeyd olunan şəxslərin arasında Hüseynov Xaləddin Rəşid oğlunun da adı çəkilir. Onun 4 milyon 500 min manat borcu qaytarmadığı iddia edilir.




Paylaş:


Müəllif : Tarix:
17-03-2020, 12:26
Sikayət   


loading...
Загрузка...