reklam
Regionxeberlericom.az » Sosial » Neft ölkələrinin təcili iclası çağırılıb – QİYMƏT “YUVARLANIR”

reklam

Neft ölkələrinin təcili iclası çağırılıb – QİYMƏT “YUVARLANIR”


İraq OPEK+ təşkilatının təcili iclasını çağırıb.

regionxeberlericom.az Cebhe.info-a istinadən xəbər verir ki, buna səbəb neftin qiymətindəki kəskin ucuzlaşmadır. Rəsmi Bağdad hesab edir ki, hazırda neft bazarında qeyri-müəyyənlik hökm sürür, ixracatçı ölkələr vəziyyəti müzakirə edərək təcili qərar qəbul etməlidir.

İraq üçün ən münasibə neft qiyməti hər barel üçün 60 dollar hesab olunur. Neft bazarında isə son qiymətlər 28-30 dollar ətrafındadır.

Xatırladaq ki, qiymətin kəskin ucuzlaşmasına səbəb koronavirusla əlaqədar Çində neftə olan tələbatın kəskin azalması və OPEK+ ölkələrinin hasilatla bağlı sazişinin uzadılmamasıdır. Sazişin uzadılmamasına səbəb Rusiyanın narazılığı olub. Səudiyyə Ərəbistanı bundan sonra neftinin qiymətini ucuzlaşdırıb və bu, bazarda kəskin qiymət dəyişməsi ilə nəticələnib.


Paylaş:


Müəllif : Tarix:
18-03-2020, 11:39
Sikayət   


loading...
Загрузка...