reklam
Regionxeberlericom.az » Sosial » Korona AZAL-a zərbə vurdu: - Maaşlarda problem olacaq

reklam

Korona AZAL-a zərbə vurdu: - Maaşlarda problem olacaq


Azərbaycan Hava Yolları koronavirusla əlaqədar təyyarə səfərlərinin ləğv edilməsi səbəbindən güclü maliyyə zərbəsi alacaq.

KONKRET.az xəbər verir ki, bu sözləri Azərbaycan Hava Yollarının vitse-prezidenti İlham Əmirov İctimai TV-dəki “Diqqət mərkəzi” verilişində qonaq olarkən deyib.

İ.Əmirov bildirib ki, AZAL dəyən maliyyə zərərini öz resursları hesabına qarşılamağı düşünür:

“Bilet satılmadığı üçün mənfəət əldə olunmur və yəqin ki, buna görə AZAL əməkdaşlarının maaşının verilməsində çətinlik yaşanacaq. Hesab edirəm ki, bu, təkcə Azərbaycanda yox, bütün dünyada gedən prosesdir. Ona görə də burada üzümü vətəndaşlarımıza tutub demək istəyirəm ki, belə bir fors-major vəziyyətdə maddiyyatı yox, mənəviyyatı öndə tutaq. Bizim çox gözəl bir bayramımız var – Həmrəylik Günü. Gəlin bu gün həmrəy olduğumuzu sübuta yetirək”.

Vitse-prezident ləğv edilən səfərlərin biletlərinin geri qaytarılması prosesində yaşanan problemlərdən də danışıb:

“Hər kəsin pulu qaytarılacaq. Mən bir daha deyirəm ki, hazırda gözlənilməz vəziyyət yaranıb. Vətəndaşlarımız 2-3 ay əvvəldən biletlərini alıblar. Lakin uçuşların dayandırılmasına görə onlar biletlərini geri qaytarırlar. Biz biletləri qəbul edib, vətəndaşların pullarını ödəyirik. Kimin bilet pulu gec qaytarılıbsa və ya hələ də pulunu ala bilmirsə, bu, kassalardakı növbələrlə bağlıdır. Kassaların qarşısında sıxlıq olur. Yaxşı olardı ki, sərnişinlərimiz biletlərini onlayn formada qaytarsınlar. Bu, kassalar qarşısında yaranmış növbələrin seyrəkləşməsinə səbəb olar”.


Paylaş:


Müəllif : Tarix:
18-03-2020, 18:03
Sikayət   


loading...
Загрузка...