"Mən Mübariz Mənsimovun həbsinə sevinməmişəm" - İTTİHAM
“Mən Mübariz Mənsimovun həbsinə sevinməmişəm, elə indi də ona azadlıq arzulayıram”.
“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə məşhur hüquqşünas Aslan İsmayılov növbəti dəfə çıxış edib. O, bildirib ki, sosial şəbəkələrdə davamlı olaraq onu təhqir edir və nə üçün Oalmali Hildinqin Türkiyədə həbs olunan prezidenti Mübariz Mənsimovu müdafiə etmədiyini bildirirlər.
A. İsmayılov Mənsimovun keçmiş həyat yoldaşının vəkili olduğunu, onun haqda çox şey bildiyini, lakin onları heç vaxt açıqlamayacağını qeyd edib: “Çünki bu mənim əxlaqıma uyğun deyil”.
Daha sonra hüquqşünas yazıb: “Məhz ona görə bu gün M.Mənsimov haqqında dəqiq bidiklərimin cüzi bir hissəsini Sizə, xüsusilə məni təhqir edənlərə sual kimi ünvanlayacam və bununla da bir daha bu söhbətə qayıtmayacam. Buna da məni Siz - "Mübarizsevənlər" məcbur etdiniz. Xahiş edirəm, əgər həqiqəti, mənim kimliyimi bilmək istəyirsinizsə buna qədər yazdıqlarımı və ünvanladığım sualların cavabını özünüz araşdırın. Günahınızı etiraf edib üzr istəyin demirəm, sadəcə Allahınız və vicdanınız qarşısında haqqımda baş verənlər barədə özünüzdə düşünün.
- Əlbəttə ki, xeyriyyəçi, messenat birinci növbədə öz bölgəsində bu fəaliyyəti ilə tanınmalıdır. Xahiş edirəm ki, araşdırın, M.Mənsimova məxsus olan, indi fəaliyyət göstərməyən "PalSüd" süd emalı zavodunun Lənkəranın Boladi, Şağlaser, Vilvan, Veravul, Separadi, Zövlə, Masallının Mahmudavar, Miyonki (M.Mənsimovun ata yurdudur), Xıl, Şərəfə kəndində neçə süd tədarük edən şəxsə neçə yüz min manat 2016-cı ildən borcu qalıb və nə üçün bu günə qədər ödənilmir? Diqqətinizə çatdırım ki, bu faktları təxminən 1 ay bundan qabaq dəfələrlə şəxsi səhifəmə müxtəlif adamlar yazıb araşdırmamı və bu problemdə onlara yardım etməmi xahiş ediblər.
- Nə üçün SOCAR-la sıx əməkdaşlıq edən zamanları 23.05.2007-cü ildə Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun atası Əhməd Mahmudov, 14.11.2007-ci ildə Heydər Əliyev, 08.12.2007-ci ildə Zərifə Əliyevə adına tankerləri istismara verən M.Mənsimov 2016-cı ildə SOCAR-la əməkdaşlığı pozulduqdan sonra birdən birə müxalifətçi, vətənpərvər olub 30.01.2019-cu ildə Əbülfəz Elçibəy, 07.08.2019 Məmməd Əmin Rəsulzadə tankerlərini istismara verdi?
- Necə olur ki, yenə SOCAR-la şıdırğı alver zamanı 2004-cü "Xəzər Lənkəran" futbol klubu, 2008-ci ildə "PalSüd" süd emalı zavodu yaradılır, 2016-cı ildə SOCAR-la fəaliyyətinə xitam verilən kimi dərhal ikisinin də fəaliyyəti dayandırılır? Nəzərə alın ki, uğurlu, bacarıqlı iş adamının yaratdıqları biznes təşkilatları birdən-birə eyni vaxtda bankrot ola bilməzlər.
- Necə olur ki, əslən Talış olan, böyük xeyriyyəçi M.Mənsimov qanuni oğru Rövşən Lənkaranskinin cənazəsini xüsusi təyyarə ilə Lənkərana gətirir, dəfn mərasimində iştirak edir. Elə bu hakimiyyət tərəfindən ən ağlasığmaz təqiblərə məruz qalmış, 1988-ci illər Azərbaycan Xalq Hərəkatının səmimi öncüllərindən biri, tək Talış Xalqının yox, Azərbaycan Xalqının şərəfli oğlu böyük şair Əli Nasirin 60 illik yubileyinin Bakıda təntənəli demirəm, balaca bir restoranda qeyd edilməsinə olan qadağanın qarşısını almır? Axı həmin vaxtlar M.Mənsimovun Azərbaycanda açmadığı qapı yox idi. Həmin tədbirin təşkil edilməsinə şəxsən çalışsam da buna yuxarılardan icazə verilmədiyinin özüm şahidi olmuşam. 2015-ci ildə Əli Nasir kimi bir Azərbaycan şairi demirəm, elə bir eloğlusunun dəfninə M.Mənsimov qatılmır?
- Lənkəranın Lüvəsər kəndindən olan mənə Rusiyada tək olan vaxtları böyük qardaş əvəzi olmuş, dostum rəhmətlik Fazil Quliyevə həmişə "böyük Talış xalqının böyük Talış balası" deyə müraciət etməyimin səbəbi, həm də bu cür müraciətimin onun üçün çox xoş olması ilə bağlı idi. Hələ gənc yaşlarımdan Stavropol diyarında hakim işləyən zamanı onun Talış olmağı ilə fəxr edib bunu həmişə xüsusi vurğulamağının şahidi olmuşam. Ona olan böyük hörmətim həm də bununla bağlı idi. Ona görə bu gün kiminsə Talış, Kürd, Ləzgi, Tat olmağı ilə fəxr etmədən, öz milli mənsubiyyətini yaranmış vəziyyətə uyğunlaşdırıb danaraq Türk olmağı ilə fəxr etməsinin səmimiliyinə inanırsınızmı? Şəxsən özüm buna heç vaxt inanmamışam və inanmayacam.
- Əlikram Hümbətov kimi Yerevan Universitetlərinin fəxri qonağı olan birisinin M.Mənsimovu müdafiə etməsini də təsadüfimi sayırsınız?
- Xüsusi olaraq M.Mənsimovun xeyriyyəçiliyinin niyə məhz 2016-cı ildən bütün sosial şəbəkələrdə reklam olunmağını da nəzərdən qaçırtmayın.
- Nə üçün M.Mənsimov hər dəfə məndə ona qarşı olanları ifşa edəcək sənədlər var deyib onları ictimailəşdirmir? Bu alverdə alət olduğunuzun fərqindəsinizmi?
- Sonda bu gün məni Azərbaycan Respublikası Prezidenti İlham Əliyevi tənqid etmədiyimə görə satqın adlandırıb, ən ağır təhqirlərlə ittiham edənlərin diqqətinə çatdırıram ki, bəli, İ.Əliyevi birbaşa heç vaxt tənqid etməmişəm. Ancaq M.Mənsimov kimi də onun ad günlərində, Prezident seçkilərində qazandıqları parlaq qələbələrlə bağlı şəninə təriflər deməmişəm və bununla da özümə milyardlar qazanmamışam. Azərbaycana gəldiyim 31 il ərzində bu hakimiyyətin bütün təqib sınaqlarından keçmiş, 3 dəfə cinayətkar adı qazanmış, vəkillik fəaliyyətindən iki dəfə məhrum olunmuş şəxsəm.
Budurmu Sizin ədalətiniz, düzgünlüyünüz?!
Bununla da M.Mənsimov söhbətinə son qoyub, onun tezliklə azadlığa çıxmasını arzulayıb heç bir ittihamlara, suallara cavab verməyəcəm və bundan sonra mənim üçün daha vacib olan koronavirus təhlükəsindən necə qaçmaq yollarının araşdırılması, yaranacaq iqtisadi böhrandan çıxış yolları və bu yöndə əlimdən gələni etməklə məşğul olacam. Hesab edirəm ki, bildiyim sualların çox az hissəsi olan bu suallara cavab versəniz kifayətdir. Məqsədim M.Mənsimovun onsuz da ağır olan durumunu daha ağırlaşdırmaq deyil, məni öz əxlaqlarına uyğun formada təhqir edənlərə cavab verməkdir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-03-2020, 09:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-03-2020, 09:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:35
AŞARAQ ƏRAZİDƏ QALAN 10 YAXIN İRİ HƏCİMLİ ŞAM AĞAÇLARI - TƏBİƏTƏ ABŞERON RİH TƏRƏFİNDƏ EDİLƏN " HÖRMƏT" VƏ "QAYĞI" - FOTO
Bu gün, 11:34
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
15-11-2024, 10:07