reklam
Regionxeberlericom.az » Sosial » Yazıçı, rəssam və bəstəkarlara xüsusi təqaüd necə verilir? - MƏDƏNİYYƏT NAZİRLİYİNDƏN AÇIQLAMA

reklam

Yazıçı, rəssam və bəstəkarlara xüsusi təqaüd necə verilir? - MƏDƏNİYYƏT NAZİRLİYİNDƏN AÇIQLAMA


“Xüsusi təqaüdçülərin seçilməsi ilə bağlı bütün məsələlər həmin yaradıcı ittifaqların səlahiyyətinə aiddir”.
Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov ONA-nın sorğusuna cavab olaraq bildirib ki, yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətinə dəstək məqsədilə verilən təqaüdlər ölkə başçısının 6 avqust 2007-ci il tarixli fərmanına əsasən verilir: “Azərbaycan Prezidenti İlham Əliyevin yaşlı və gənc nəslin yaradıcılıq fəaliyyətini təmin etmək məqsədilə xüsusi təqaüd fondu haqqında fərmanı var. Həmin fərmandan irəli gələrək yazıçılar - 70 nəfər yaşlı, 50 nəfər gənc yazıçıya, rəssamlar - 50 nəfər yaşlı, 20 nəfər gənc rəssama, bəstəkarlar - 30 nəfər yaşlı, 10 nəfər gənc bəstəkara bir illik xüsusi təqaüdlər verilir. Bu təqaüdlərin də məbləği yaşlı nəsil üçün 300 manat, gənc nəsil üçün 200 manat məbləğində müəyyənləşdirilib”.
Şöbə müdiri təqaüdlərin yalnız Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Bəstəkarlar İttifaqının üzvlərinə verilməsi məsələsinə də aydın gətirib: “Həmin fərmanda xüsusi bənd var. Yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondundan istifadə qaydalarının 3.1-ci bəndində deyilir: “Xüsusi təqaüdçülər müvafiq olaraq Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən öz ümumi yığıncaqlarının qərarı ilə təşkilatın üzvü olan yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarlardan seçilir”. Ona görə də qeyd etmək istəyirəm ki, bu siyahı və adlar Mədəniyyət Nazirliyi tərəfindən yalnız rəsmiləşdirilir, onların seçimi ilə bağlı bütün məsələlər isə həmin yaradıcı ittifaqların səlahiyyətinə aiddir və onlar tərəfindən həyata keçirilir”.

Xüsusi təqaüdçülərin adlarının ictimaiyyətə açıqlanmasına gəlincə, İntiqam Hümbətov qeyd edib ki, siyahılar yaradıcı ittifaqlar tərəfindən tərtib olunduğu üçün onların hər hansı formada ictimaiyyətə açıqlanmasının da yaradıcı ittifaqlar tərəfindən təmin edilməsi daha məqsədəuyğundur.


Paylaş:


Müəllif : Tarix:
10-04-2019, 15:43
Sikayət   


loading...
Загрузка...