reklam
Regionxeberlericom.az » Sosial » Sumqayıtda sahibkarların pulu batdı... - GİLEY

reklam

Sumqayıtda sahibkarların pulu batdı... - GİLEY

"Mən və mənim kimi aldadılmış bir qrup sahibkar səsimizi heç yerdə eşidən olmadığı üçün sizə müraciət etmək qərarına gəldik.
Keçən ilin noyabr ayında Sumqayıt şəhərinin 70 illik yubileyinə hazırlıq işləri görülən zaman bizə doğma şəhərimizin 70 illik yubiley tədbirlərinə kömək məqsədi ilə müraciət olundu". regionxeberlericom.az bildirir ki, bu barədə DİA.AZ-a yazan narazı sahibkar bildirir.

Sahibkarın müraciətində daha sonra deyilir: "Sumqayıt şəhərində İcra hakimiyyətinin nəzdindəki ictimai nəqliyyatda reklam idarəsi 6 aylıq endirimli ödəniş müqabilində bizim obyektlərimizin şəhərdəki avtobuslarda və küçə monitorlarında reklam ediləcəyini həmçinin bununla da bizim şəhərimizin 70 illik yubiley tədbirlərinə töhfə verəcəyimizi bildirdilər. Şəxsən mən ayı 500 manatdan olmaqla 6 aylıq 3000 manat nəğd pulu bu məqsədlə ödədim. Lakin hal-hazırda hamımızın bildiyi kimi məlum hadisələrə görə hamının biznes obyekti bağlanıb. Artıq bizim obyektlərin reklamları nə avtobuslarda nə də küçə monitorlarında yayımlanmır. Amma bizim hələ yarımçıq qalmış mart ayından əlavə aprel ayı üçün də öncədən ödədiyimiz vəsait reklam idarəsində qalır.
Tək mən deyiləm ki, deyim ki 500 manatdırda batdı-batdı eybi yox. Tanıdığı bildiyim sayı 30 dan çox olmaqla şadlıq evi, özəl klinika, lazer epilyasiya mərkəzi, tədris kursları və s. obyektlər mənim vəziyyətimdədir. Belə çıxır ki təxminən 15000 manata yaxın öncədən ödənilmiş lakin xidmət göstərilməmiş vəsait reklam idarəsinin büdcəsində qalır. Hal-hazırda aprel ayı üçün xüsusi karantin rejimi elan olunduğunu nəzərə alaraq bizim bu vəsaitimizin kimlərinsə cibində qalacağı bəllidir. Bu isə bizə qarşı haqsızlıqdır. Bütün sahibkarların adından çıxış edib xahiş edirəm ki, bizim öncədən ödədiyimiz 15000 manatdan artıq reklam xidmət haqqı ölkə başçımızın yeni yaratdığı Koronavirusa qarşı mübarizə fonduna köçürülsün. Küçə monitorlarında, avtobuslarda, dayancaqlarda, bilboardlarda və s.yerlərdə reklam xidmətləri göstərən bir idarə üçün bu böyük vəsait olmadığı üçün biz sahibkarlar da rahat olardıq ki bizim xeyriyyə məqsədi üçün ödədiyimiz vəsait də dövlətimizə kömək oldu".


Paylaş:


Müəllif : Tarix:
27-03-2020, 13:46
Sikayət   


loading...
Загрузка...