Heyvan haqları müdafiəçiləri "Toplan" Mərkəzinin fəaliyyətinə etiraz edirlər - QALMAQAL
"Toplan" Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin əməkdaşları ilə heyvansevər fəallar arasında növbəti qarşıdurma yaşanıb.
Bakı şəhəri üzrə fəalliyət göstərən "Toplan" Mərkəzinin əməkdaşları şəhərdəki ərazilərin birindən itləri toplayarkən etirazla qarşılaşıblar.
Bir qrup heyvansevər yaşadıqları ərazidə mütəmadi olaraq qayğısına qaldıqları bala itlərin "Toplan" Mərkəzi tərəfindən götürülməsinə etiraz edib və mərkəzin xidməti avtobilinin önünü kəsib.
"Toplan"ın işçiləri ilə heyvansevərlər arasında yaşanan qarşıdurma səbəbiylə polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları da hadisə yerinə gəliblər.
"102” xidmətinə zənglər edirik, şikayətimizə baxmaqdan imtina edirlər"
Mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz heyvan haqları müdafiəçisi Nicat İsmayılov deyir ki, karantin rejimində "Toplan" Mərkəzi işləməməlidir: "Ölkədəki karantin şəraiti ilə bağlı Nazirlər Kabineti tərəfindən istisnaları çıxmaq şərti ilə bütün qurumların bağlanmasına qərar verilib. Bu qərarla əlaqədar Daxili İşlər Nazirliyi fəaliyyətini davam etdirəcək qurumların siyahısını yayımlayıb. "Toplan" Mərkəzi də bağlı olması gərəkən qurumlardan olsa da, hazırda əvvəlki qaydada işləyir. Bununla bağlı onlarla heyvan haqları müdafiəçisi Daxili İşlər Nazirliyinin zəng mərkəzi sisteminə müraciət edib. Ancaq günlərdir etdiyimiz bu müraciətlər qarşılıqsız qalır”.
"Oraya aparılan küçə itlərinin sonrakı taleyi sirr olaraq qalır"
""Toplan" Mərkəzinin fəalliyəti ilə özlərinin açıqladığı fəaliyyət prinsipləri arasında ciddi ziddiyət var. Onlar deyirlər ki, mərkəzə gətirilən itlər burada müəyyən sağlıq prosedurlarından keçirildikdən sonra yenidən tutulduqları əraziyə buraxılırlar. Bu isə tamamən yalandır. Onlar itləri Bakı-Şamaxı, Bakı-Quba və Bakı-Astara yolunda, şəhərdən uzaq çöllük ərazilərdə buraxırlar. Bu zaman itlər həyatlarını davam etdirkiləri yerlərdən qoparılmış olurlar. Buraxıldıqları ucqar yerlərdə isə yaşayış səviyyəsi az olduğu üçün yemək tapmaqda çətinlik çəkirlər. Müşahidələrimiz onu deməyə əsas verir ki, "Toplan" Mərkəzinə aparılan çox az sayıda sahibsiz it bu ərazilərə buraxılırlar. Mərkəzə aparılan itlərin əksəriyyətinin isə sonrakı taleyi sirr olaraq qalır”.
"Koronavirus səbəbiylə etiraz aksiyalarımızı dayandırdıq"
Heyvan haqları müdafiəçisi Elxan Mirzəyev isə deyir ki, "Toplan" Mərkəzi 1 ildən çoxdur fəaliyyətdədir və bu müddət ərzində onlar, 6 etiraz aksiya keçirərək həm cəmiyyətin, həm də hökumətin diqqətini bu məsələyə yönəltməyə çalışıblar: "Koronavirus təhkükəsinə görə etiraz aksiyalarımızı müvəqqəti olaraq dayandırmalı olduq. Hesab edirik ki, əgər etiraz aksiyası keçirsək, heyvansevərlər, mətbuat nümayəndələri və polislər ortaq bir yerə cəmləşməli olacaqlar. Koronavirusun sürətlə yayıldığı bir dönəmdə bu, insanların həyatını təhlükəyə atmaq olardı. Biz insanların sağlamlığına təhlükəsizlik yaratmamaqdan ötrü etiraz aksiyalarını dayandırdıq, amma "Toplan" Mərkəzi heç də fəaliyyətinə ara vermək niyyətində deyil. Anlamırıq ki, belə bir şəraitdə onların işçilərinin bir araya gəlməsinin və heyvansevərlərin yaşadıqları ərazidə baxıb-bəslədikləri itləri toplamasının səbəbi nədir. Bu qurumun fəaliyyətini dayandırmasını tələb edirik”.
Arqument.az
Paylaş:
Müəllif : Yazar
Tarix:4-04-2020, 09:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-04-2020, 09:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09