Yerli istehsal olan maskaların satışa çıxarılacağı vaxt açıqlandı - RƏSMİ

"Yerli maska istehsalı müəssisəsində artıq son quraşdırma işləri aparılır. Bizim yerli istehsal maskalarımız bir həftədən sonra apteklərdə satışa çıxarılacaq".
regionxeberlericom.az-un SONXEBER.AZ-a istinadən məlumatına görə, bunu "Bakı Tekstil Fabriki" MMC-nin təsisçisi Səkinə Babayeva jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yerli istehsal olan maskaların qiyməti hələ müəyyənləşməyib:
"Yaxın iki gün ərzində Azərbaycan istehsalı olan maskaların satış qiyməti açıqlanacaq. Müəssisədə ilk 15 gün ərzində maska tələbatının gündəlik 30-40 faizinin qarşılanması nəzərdə tutulur".
S.Babayeva qeyd edib ki, müəssisənin qurulmasında Türkiyədən dəstək alınıb.
Qeyd edək ki, istehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edir.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-04-2020, 13:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-04-2020, 13:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39
Dünən, 13:07

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT