reklam
Regionxeberlericom.az » Sosial » Mətbuat öz "koronavirusundan" müalicə olunur... - Amma cəza da olmalıdır...

reklam

Mətbuat öz "koronavirusundan" müalicə olunur... - Amma cəza da olmalıdır...


Azərbaycan mətbuatını sözün əsl mənasında yerlə-yeksan edən Əli Həsənovun ardınca kadrları bir-bir yola salınır. Cəmiyyətin başı koronavirusa qarışdığı üçün Azərbaycanda əsl medianın formalaşmasında uzun illər külüng çalmış, bütün maddi sıxıntılara baxmayaraq, Əli Həsənovun “qılıncının altından keçməyən” və ya özünü onun səviyyəsinə qoymayan neçə-neçə əsl jurnalistlərin necə sevinc hissi keçirdiyini görmək və duymaq çoxlarına qismət olmadı. Amma sizi inandırıram ki, hazırda tele nədir, heç radioya da dəxli olmayan Nuşirəvan Məhərrəmovun və ömründə məqalə nədir, heç xəbər də yaza biməyən Vüqar Səfərovun işdən getməsi Azərbaycan mediası üçün koronavirusun ölkəni tərk etməsi xəbəri səviyyəsində bir hadisədir. İnanmırsınızsa, Əli Həsənovun öz məkrli planlarını yerinə yetirmək üçün vəzifəyə gətirdiyi bu şəxslərin mətbuatımıza və teleradio məkanını “öz bostanları”na çevirməsinə dair bir neçə fakta nəzərə yetirməyə dəvət edirəm.

Özü vaxtilə kirayədə qalan Əli Həsənov evsiz jurnalistlərin mənzilə sahib olmasının qarşısını aldı

Öncə teleradio şurasının sabiq sədri barədə. Nuşirəvan Umud oğlu Məhərrəmov 1960-cı ildə İmişli rayonu Muradxanlı kəndində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin əyani şöbəsinə daxil olub. 1985-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinin tarix fakültəsinin əyani şöbəsinə köçürülüb. 1988-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsinin aspiranturasının əyani şöbəsinə daxil olub. Əli Həsənovla tanışlığı da həmin dövrlərdən başlayıb. 1996-cı ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-Siyasi məsələlər şöbəsində çalşması da keçmiş qrup yoldaşı sayəsində olub. Beləcə 2003-cü ildən Milli Televiziya və Radio Şurasının sədri kimi yüksək vəzifəyə təyin olunması baş verib. Yəni, 17 ildir ki, Nuşirəvan Məhərrəmov televiziyalara nəzarət etmək üçün Əli Həsənovun qulluğunda dayanıb və onun qohumları və yaxınlarının televiziyalara nəzarəti həyata keçirməsi üçün şərait yardıb. Bununla da təkcə çap mətbuatı deyil, teleməkan da Əli Həsənovun nəzarətinə keçib.

Vüqar Səfərova gəlincə, onun guya jurnalistlərin sosial müdafiəsi və KİV-in inkişafına dəstək üçün yaradılmış quruma icraçı direktor təyin olunması bəlkə də Əli Həsənovun Azərbaycan jurnalistikasına vurduğu ən böyük zərbə, ölçüyəgəlməz cinayətdir. Çünki Vüqar Səfərovun hələ 2009-cu ildən saxtakarlıqları sübut olunsa da, arxasında Əli Həsənov dayandığı üçün ona “gözün üstə qaşın var” deyən tapılmırdı.

Deyənləri də, yazanları da Mətbuat Şurasının əli ilə ya “reket” elan edir, ya da saytını, qəzetini bağlatdırır, Azərbaycanı ona dar edirdilər. Halbuki vaxtilə Hüseyn Abdullayevdən maaşını gec alanda böyük narahatlıq keçirən Əli Həsənov kimi görməmiş birinin keçmişi haqqında hamının az-çox nəsə bildiyi halda bu adam daha azğınlaşmış, azad və müstəqil mətbuatın amansız düşmənlərindən birinə çevrilmişdi. Kirayələrdə qalan, qapançı işləyən, maaş sıxıntısı çəkən, ilk avtomobilə minəndə kövrələn bir insanın azad və müstəqil sözə bu qədər qəddar və zalım olması, hətta kirayədə qalan jurnalistlərin Prezidentə göndərdiyi müraciətlərini gizlədib, özünə ünvanlanan məktubları isə etinasız şəkildə bir kənara atıb, ya da özündən quraşdırdığı saxta şərtlərlə kənarda qoyaraq dövlətdən dəfələrlə ev alanlara, jurnalistikaya dəxli olmayanlara öz şəxsi mülki kimi hədiyyə verəcək səviyyəyə gəlib çıxmışdı. Bu işdə təbii ki onun sağ əli olan Vüqar Səfərov da mənfi rolu ilə seçilib.

Ona görə də bir çox jurnalistlər Vüqar Səfərovun vəzifədən azad edilməsi ilə kifayətlənmir, uzun illər ərzində Azərbaycan mətbuatını məhvə sürükləyən bu adamın dövlətin KİV-in inkişafı üçün ayırdığı pulları dağıtdığı üçün mütləq cinayət məsuliyyətə cəlb edilməsi tələb edirlər.

Baş redaktorlarla əlbir olub KİVDF-nin pullarını talayan Vüqar Səfərovun fəaliyyətinin araşdırılması tələb edilir

Jurnalistlər 10 il ərzində KİVDF-dən maliyyə alan qəzetlərin redaksiyaları və maddi texniki bazalarının hansı səviyyədə olmasının yoxlanılması, jurnalistlərə verilən məvaciblərin azlığı, pulun böyük hissəsinin baş redaktorlar tərəfindən talanması və buna Vüqar Səfərovun göz yumması məsələlərini araşdırmağı tələb edirlər. Mediada yenidən gündəmə gətirilən məsələlər arasında ev almağa layiq olan əsl jurnalistlərin necə kənarda saxlanılması, jurnalist adı ilə katibələrə, baş redaktorların inşa yaza bilməyən yaxın adamlarına paylanması, hətta evlərin müəyyən rüşvətin müqabilində layiq olmayan adamlara satılması iddilarının araşdırılması tələbləri də var.

Onu da xatırladaq ki, Vüqar Səfərov saxtakarlığa hələ 2011-ci ildən başlayıb. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və KİVDF-nin birgə keçirdiyi yazı müsabiqəsində “Mövqe” qəzetinin redaktoru Seymur Səfərlinin məqaləsi birinci yeri tutması böyük qalmaqala səbəb olmuşdu. Seymur Səfərlinin Vüqar Səfərovun oğlu olması jurnalistləri qəzəbləndirmişdi. V.Səfərov müsabiqənin nəticələrinə heç bir müdaxilə etmədiyini guya “məqalələr ekspert qrupu tərəfindən qiymətləndirilməsini” əsas gətirərək iddiaları rədd etmişdi. Amma onun izahı da çox kobud və mənqtiqsiz olmuşdu.

Beləcə, Vüqar Səfərlinin özü məqalə, oçerk və korrespondensiya arasında fərqi bilmədiyi halda “ekspert”dən bərk-bərk yapışaraq illərlə jurnalist fəaliyyəti ilə məşğul olanların peşəkarcasına yazdığı yazıların düzgün qiymətləndirilməsinin qarşısını alaraq onları “sındırmaq”la məşğul olub.
Buna görə də bəzi jurnalistlərin vaxtilə onu “jurnalistikanın qəssabı” adlandırması haqlı və yerində olub. Onun layiq olmadığı halda tutduğu vəzifədən uzaqlaşdırılması gec də olsa, yerində və lazımi qərar kimi jurnalistlər tərəfindən alqışlanır. Buna görə jurnalistlər dövlət başçısına minnətdarlıq edir, onun Əli Həsənovla birgə iki sezonda (2013 və 2017-ci illərdə) “satdığı” mənzillərə və jurnalistlərin binasından müxtəlif adlar altında yığdığı və mənimsədiyi pullara görə cəzalandırılmasını istəyirlər.
AzToday.az


Paylaş:


Müəllif : Tarix:
8-04-2020, 10:25
Sikayət   


loading...
Загрузка...